13-08-2022, 22:11
Gimnastlarımız Konyada qızıl medal qazandı
Bədii gimnastlarımız Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının fərdi təsnifat yarışlarında çıxışlarını başa vurublar.
Butov.az xəbər verir ki, son olaraq gimnastlarımız - Zöhrə Ağamirova və İlona Zeynalova lentlə proqramlarını təqdim ediblər. Z.Ağamirovanın çıxışı 31,200, İ.Zeynalavanın proqramı isə 30,400 xalla qiymətləndirilib. Dörd hərəkətin cəmində Azərbaycan millisi 252,300 xalla komanda yarışlarında birinci olub. Hesabında 248,500 xalla Özbəkistan ikinci, 240,100 xalla isə Qazaxıstan komandası üçüncü pillədə qərarlaşıblar. Yarışda ölkəmiz üç gimnast – Z.Ağamirova, İ.Zeynalova və Alina Gözəlova ilə təmsil olunur.
13-08-2022, 21:22
İdmançımız Avropa rekordunu yenilədiPolşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Butov.az xəbər verir ki, yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Komandamızdan növbəti olaraq körpücük üzərinə Ravin Alməmmədov çıxıb. Qazax rayonunun “Göyəzən” Ağır Atletika Klubunu təmsil edən idmançı yaşı 17-yə qədər olan atletlər arasında 67 kq çəki dərəcəsində mübarizə aparıb. İdmançımız birdən qaldırma hərəkətində 126 kq nəticə ilə bu hərəkətdə gümüş medala sahib çıxıb.
Atletimiz təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, bu hərəkətdə 158 kq-ı ram edərək gümüş medal ədə edib. Toplam 284 kq (126+158) nəticə göstərən Ravin Alməmmədov bütün rəqiblərini üstələyərək yekun sıralamada qızıl medal qazanıb. Bu nəticə – 284 kq – həm də bu çəki dərəcəsində yeniyetmələr arasında yeni Avropa rekordudur!
13-08-2022, 21:19
İslamiada: Dörd güləşçimiz finala yüksəldi
Azərbaycan güləşçisi Jalə Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında finala yüksəlib.
Butov.az xəbər verir ki, xanım təmsilçimiz türkiyəli rəqibi üzərində qələbə qazanaraq finala vəsiqə qazanıb. Beləliklə, Bakı vaxtı ilə saat 18:30-dan etibarən start götürəcək final görüşlərində Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleyamanov (77 kq) və Jalə Əliyeva (57 kq) final görüşlərinə çıxacaq. Məhəmməd Əhmədiyev (87 kq) və Sabah Şəriəti (130 kq) isə bürünc medal üçün mübarizə aparacaq. Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir. Yarışın doqquzuncu günündə - avqustun 13-də güləş (yunan-Roma və qadın güləşi) üzrə Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sabah Şəriəti (130 kq) və Jalə Əliyeva (57 kq) uğur qazanmağa çalışıblar. İdmançılarımızdan üçü həlledici qarşılaşmada güləşmək hüququ qazanıb. Dünya və Avropa mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının medalçısı Murad Məmmədov (60 kq) qazaxıstanlı Yernar Fidəhmədova 4:1 hesabı ilə qalib gələrək yarımfinala keçib. Bu mərhələdə növbəti rəqibini məğlub edən güləşçimiz Murad Məmmədov finala yüksəlib. Sonra dünya mükafatçısı və Avropa çempionu Sənan Süleymanov və Avropa mükafatçısı Həsrət Cəfərov da rəqiblərini üstələyərək finala adlayıblar. Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.
12-08-2022, 22:54
“Sabah” ardıcıl ikinci qələbəsini qazandıFutbol üzrə Misli Premyer Liqasında ikinci turun oyunları start götürüb.
Butov.az xəbər verir ki, bu gün "Dalğa Arena"da "Zirə"-"Sabah" görüşü keçirilib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da ardıcıl 2-ci qələbəsini qazanan "Sabah" 6 xalla liderliyini möhkəmlədib. Aktivində 3 xal olan "Zirə" isə 5-ci pillədədir. Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 13-14-də keçiriləcək.
12-08-2022, 22:50
Üçqat Avropa çempionumuz İslamiadanın qalibi oldu
Üçqat Avropa və dünya çempionu olan yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Butov.az xəbər verir ki, qızıl medal uğrunda görüşdə təmsilçimiz Qırğızıstan idmançısı Kalidin Asikeyev ilə üz-üzə gəlib. İlk hissədə hesabda geri olan R.Hüseynov sonradan əzmkarlıq nümayiş etdirərək 6:3 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər. Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.
12-08-2022, 22:42
Daha bir güləşçimiz gümüş medal qazandı
Yunan-Roma güləşçimiz Ülvi Qənizadə (72 kq) V İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olub.
Butov.az xəbər verir ki, güləşçimiz həlledici görüşdə İran idmançısı Mahmud Rüstəmi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Ü.Qənizadə 8:9 hesabı ilə məğlub olub və turniri ikinci pillədə başa vurub. Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər. Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.
12-08-2022, 21:46
"Qarabağ"ın oyunu təxirə salındı"Qarabağ" futbol komandasının səfərdə "Turan Tovuz"a qarşı Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirməli olduğu oyun təxirə salınıb. Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. Qərar "köhlən atlar"ın Bakıda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə oynayacağı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçına daha yaxşı hazırlaşması ilə əlaqədar qəbul edilib. Tovuz klubunu "Qarabağ" komandasının oyunun ləğvi ilə bağlı müraciətinə müsbət cavab verib. Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" matçı avqustun 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
11-08-2022, 21:35
İdman gimnastımız qızıl medal qazandıAzərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb.
Butov.az xəbər verir ki, 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib. Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub.
11-08-2022, 21:24
Qadın güləşçimiz İslamiadanın qalibi oldu
Azərbaycan idmançısı Leyla Qurbanova V İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş üzrə qızıl medal qazanıb.
Butov.az xəbər verir ki, güləşçimiz Özbəkistan idmançısı Aktenge Keunimjayevaya 6:1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.