19-08-2022, 22:25
İslamiadada iştirak edən idmançılarımız Vətənə qayıdıb
Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları vətənə qayıdıblar.
Butov.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları idman ictimaiyyəti, media nümayəndələri və digər şəxslər qarşılayıb. Qeyd edək ki, Azərbaycan yarışda 99 medalla 54 iştirakçı ölkə arasında dördüncü yeri tutub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür.
17-08-2022, 21:22
İslamiadada növbəti qızıl medalı qazandıqTürkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb.
Butov.az xəbər verir ki, dünya çempionu və XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda meydan sahibi Türkiyə idmançısı Kadir Yıldırım üzərində qələbə qazanıb. Bundan başqa, Amil Məmmədov (full contact, 51 kq) isə bürünc medal əldə edib. Bəhram Rəcəbzadənin nailiyyəti Azərbaycanın İslamiadada qazandığı 25-ci qızıl medal olub. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.
17-08-2022, 21:20
Güləşçimiz dünya çempionu olduAzərbaycan güləşçisi Cəbrayıl Qadjıyev dünya çempionu olub.
Butov.az xəbər verir ki, Qadjıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə U-20 dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda yapon idmançısı üzərində tuşe ilə qələbə qazanıb.
17-08-2022, 20:07
Milli komandamız İslamiadanın qalibi olduŞpaqa üzrə milli komandamız V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.
Butov.az xəbər verir ki, yığmamız Türkiyənin Konya şəhərində təşkil olunan yarışın həlledici mərhələsində İran millisi ilə qarşılaşıb. Rəqib komandanı 45:35 hesabı ilə məğlub edən millimiz İslamiadanın qalibi olub. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.
16-08-2022, 22:44
Elmar Qasımov finalda məğlub olduTürkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında cüdoçumuz Elmar Qasımov (100 kq) gümüş medal qazanıb.
Butov.az xəbər verir ki, tatami ustası həlledici mərhələdə Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevə uduzaraq ikinci yerlə kifayətlənib. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək
16-08-2022, 22:39
Güləşçimiz dünya çempionu olduAzərbaycanın sərbəst güləşçisi Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.
Butov.az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib ABŞ təmsilçisi Miçel Mesenbrink olub. İdmançımız rəqibinə 13:7 hesabı ilə qalib gələrək karyerasında ilk dəfə dünya çempionu tituluna yiyələnib.
16-08-2022, 22:35
İslamiada: Üzgüçümüz qızıl medal qazandı
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü qızıl medal qazanıb.
Butov.az xəbər verir ki, idmançımız Ramil Vəlizadə finişə hamıdan tez çatıb. O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərib.
16-08-2022, 22:02
Futbol millimiz İslamiadada üçüncü oldu23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Konyada təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında üçüncü olub.
Butov.az xəbər verir ki, Konyadakı Cümhuriyyet stadionunda keçirilən qarşılaşmada seçməmiz Əlcəzair yığması ilə qarşılaşıb. Matçda hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Zərbələri dəqiq yerinə yetirən Azərbaycan millisi qələbə qazanıb – 4:3. Oyunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, veteran futbolçu İsgəndər Cavadov və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da izləyiblər.