Saakaşvilinin partiyasının sabiq sədri saxlanıldı .....                        Ukraynanın təyyarəsi qəzaya uğradı .....                        Trampın tələbi ilə Lukaşenko 52 məhbusu azad etdi .....                        Gürcüstanın sabiq müdafiə naziri tutuldu .....                        Sabah Hadruta ikk köç olacaq .....                        Ərdəbillə Azərbaycan arasında iqtisadi əməkdaşlıq artırılacaq .....                        Onlayn bilet satışı adı ilə dələduzluq edilir - FOTO .....                        Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü .....                        Sahibə Qafarova İsrailin yeni səfiri ilə görüşdü .....                       
5-11-2022, 18:18
“Qəbələ”dən baxımlı qol, “Zirə” uduzdu


“Qəbələ”dən baxımlı qol, “Zirə” uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib. Butov.az xəbər verir ki, Qəbələnin eyniadlı komandası öz meydanında "Zirə"ni qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu əsas vaxta əlavə olunmuş dəqiqələrdə Ülvi İsgəndərov vurub. Bu nəticədən sonra xallarını 20-yə çatdıran "qırmızı-qaralar" dördüncü pilləyə yüksəlib. 19 xalı olan "qartallar" isə beşinci sıraya geriləyib. Günün son oyununda "Neftçi" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Qeyd edək ki, tura noyabrın 6-da keçiriləcək "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" görüşləri ilə yekun vurulacaq.
4-11-2022, 22:38
Cüdoçumuz “Böyük dəbilqə”nin qalibi oldu


Cüdoçumuz “Böyük dəbilqə”nin qalibi oldu

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb. Butov.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz final görüşündə ukraynalı idmançı Dilşot Xalmatovu məğlub edib. Digər idmançımız Kəramət Hüseynov (60 kq) isə üçüncü yer uğrunda qarşılaşmada ispaniyalı Fransisko Qarriqosa qalib gələrək bürünc medal qazanıb.
3-11-2022, 17:09
AFFA bu klubları cərimələdi


AFFA bu klubları cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Butov.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub.
29.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Kəpəz” – “Səbail” oyununda “Səbail” klubunun 55 nömrəli futbolçusu Nihad Qurbanlı oyunun 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırımızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın, klub 200 manat cərimə olunsun. (maddə 47.2).
29.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Zirə” – “Neftçi” oyununda jurnalistlər zona 1-də PFL-in verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmadıqları üçün “Zirə” kluba xəbərdalıq edilsin. (PFL-nin Əsasnaməsinin 14.7-ci bəndinin tələblərinin pozulması, maddə 35, maddə 11).
30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən Şamaxı stadionunda 12 ədəd plastik oturacağın sıradan çıxarılmasına görə stadiona ziyan vurulduğu üçün dəymiş ziyan “Qarabağ” klubu tərəfindən tam ödənilsin. (maddə 49.4).
30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” klubu 800 manat cərimə olunsun. (maddə 39).
30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” – “Qəbələ” oyununda “Sabah” və “Qəbələ” klublarının azarkeşləri arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə “Sabah” və “Qəbələ” klubları ayrı – ayrılıqda 4000 manat cərimə olunsun. (maddə 49.1, maddə 49.3).
30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” – “Qəbələ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə “Qəbələ” klubu 1600 manat cərimə olunsun (maddə 51.1).
30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” – “Qəbələ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən stadiona ziyan dəydiyi üçün (73 ədəd plastik oturacağın sıradan çıxması faktı) dəymiş ziyan “Qəbələ” klubu tərəfindən tam ödənilsin. (maddə 49.4).
30.10.2022-ci il tarixində Misli Premyer Liqasının XII turunun “Sabah” –“Qəbələ” oyununda, “Qəbələ” klubunun azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, “Qəbələ” klubunun azarkeşlərinin stadiona girişinə 1 oyunluq məhdudiyyət qoyulur. 05.11.2022-ci il tarixində Misli Premyer Liqasının XIII turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” komandasının azarkeşlərinin stadiona girişi qadağan edilsin. (maddə 49.3).
2-11-2022, 14:41
“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq


“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

“Neftçi”nin 11 yaşadək futbolçulardan ibarət komandası növbəti beynəlxalq turnirə yollanacaq. Butov.az-ın məlumatına görə, Bakı klubunun yeniyetmələri Türkiyədə turnirə qatılacaq.“Fənərbaxça” klubunun ev sahibliyi etdiyi turnir “Dereağzı Lefter Küçükandonyadis” bazasında baş tutacaq. Noyabrın 11-də start veriləcək yarışda təmsilçimiz və ev sahibi ilə yanaşı, “Beşiktaş”, “Qalatasaray”, eləcə də “Atletiko”, “İnter”, “Yuventus”, “Vilyarreal” kimi Avropa nəhəngləri mübarizə aparacaq. Turnirdə ümumilikdə 16 komanda yarışacaq. Digər iştirakçılar “Başakşehir”, “Altınordu”, “Göztəpə”, “Altay”, “Manisa”, “Adana Dəmirspor”, “Gölcük Karadeniz” və Sofiya MOİK-idir.
1-11-2022, 13:40
UEFA "Qarabağ"a 1,3 milyon avro ayırdı


UEFA "Qarabağ"a 1,3 milyon avro ayırdı

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.
Butov.az xəbər verir ki, "köhlən atlar" UEFA Avropa Liqasının qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) 1.294.000 avro alıb. Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
30-10-2022, 19:20
“Qarabağ” rəqibini darmadağın etdi - Ardıcıl 11-ci qələbə


“Qarabağ” rəqibini darmadağın etdi - Ardıcıl 11-ci qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. Butov.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" komandası "Qarabağ"ı qəbul edib. Şamaxı şəhər stadionunda təşkil olunan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 51 və 90+3-cü dəqiqələrdə Musa Qurbanlı, 56-cı dəqiqədə Elvin Cəfərquliyev və 90+5-ci dəqiqədə Cəlal Hüseynov (avtoqol) vurub. Ardıcıl 11-ci qələbəsini qazanan Ağdam klubu 33 xalla liderliyini davam etdirir. 4 xalı olan "Şamaxı" isə 9-cu pillədə qərarlaşıb.
30-10-2022, 19:12
“Qarabağ”da ciddi itki


“Qarabağ”da ciddi itki

"Qarabağ" klubu Şamaxıda eyniadlı komandaya qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XII tur oyununda ciddi itki ilə üzləşib. Butov.az-ın məlumatına görə, "köhlən atlar"ın yarmmüdafiəçisi Filip Ozobiç zədələnib. Ayağından zədələnən 30 yaşlı futbolçu matçı davam etdirə bilməyib. Təcrübəli oyunçunun yerinə meydana 19-cu dəqiqədə Nəriman Axundzadə daxil olub. Qeyd edək ki, Ağdam klubu bu oyundan sonra UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Almaniya "Frayburq"unu qəbul edəcək. Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
29-10-2022, 20:25
"Neftçi" növbəti dəfə qələbə qazandı


"Neftçi" növbəti dəfə qələbə qazandı

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində "Neftçi” səfərdə “Zirə” klubu ilə qarşılaşıb. Butov.az xəbər verir, "Ağ-qaralar” rəqibini 3 cavabsız qolla məğlub edib. Bu nəticə ilə xallarının sayını 25-ə yüksəldən “Neftçi” 3-cü pillədə yerini bir qədər də möhkəmlədib. “Zirə” isə 19 xalla 4-cü pillədə qalıb.
“Zirə” – “Neftçi” - 0:3
Qol: Yeqor Boqomolski, 6, Qodsyev Donyo, 75, Emin Mahmudov, 83
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu
29-10-2022, 19:51
Azərbaycan avarçəkəni Avropa çempionu oldu


Azərbaycan avarçəkəni Avropa çempionu oldu

İspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında 4000 metr məsafəyə yürüşlərin qalibləri müəyyənləşib. Avarçəkmə Federasiyasından verilən məlumata görə, Azərbaycanı qitə birinciliyində Diana Dimçenko təmsil edib.“Baku” avarçəkmə klubu adından yarışan Dimçenko mübarizəyə yarımfinal mərhələsindən başlayıb. O, bu mərhələdə ən yaxşı nəticəni göstərib. 4000 metr məsafəni 22 dəqiqə, 56.72 saniyəyə qət edən idmançımız finiş xəttinə birinci çatıb. Bununla Diana Dimçenko əsas finala vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi finalda da uğurlu çıxış edib. Dimçenko ən yaxın rəqibi, ispaniyalı Qonzales Karotanı 5 saniyə qabaqlayaraq sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülüb. Qeyd edək ki, Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülən ilk Azərbaycan təmsilçisidir. Əlavə olaraq xatırladaq ki, Diana Dimçenko Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə sonuncu dünya çempionatında Azərbaycan bayrağı altında gümüş medal qazanıb.
25-10-2022, 00:08
Cüdoçularımız Avropada 8 medal qazandı


Cüdoçularımız Avropada 8 medal qazandı

22-23 oktyabrda Sloveniyanın Slovenc Qradek şəhərində sayca 46-cı Açıq Koroska 2022 turniri keçirilib. Butov.az xəbər verir ki, U-15 və U-18 yeniyetmələr arasında keçirilən beynəlxalq yarışda 22 ölkədən 602 idmançı medallar uğrunda mübarizə aparıb. Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıb. Qeyd edək ki, idmançılarımız 24-26 oktyabr tarixlərində Sloveniyada təşkil olunacaq təlim-məşq prosesinə qatılacaqlar. Medalçıların siyahısını təqdim edirik:
U-15
-48 kq.
Nuranə Hacızadə gümüş medal
-52 kq.
Vüsalə Hacıyeva qızıl medal
Aytən Verdiyeva gümüş medal
Aysun Məmmədova bürünc medal
U-18
-40 kq.
Məryəm Bayramzadə qızıl medal
-52 kq.
Aytən Verdiyeva qızıl medal
Vüsalə Hacıyeva gümüş medal
-57 kq.
Fidan Qasımova qızıl medal.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!