Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
29-11-2023, 21:59
Daha iki güləşçimiz qızıl medal qazandı


Daha iki güləşçimiz qızıl medal qazandı

Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında daha iki idmançımız qızıl medal qazanıb.
74 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov final görüşündə İran pəhləvanını böyük xal fərqi ilə məğlub edərək dünya çempionu olub.
Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov həlledici döyüşdə türk rəqibindən üstün olub və ölkəmizə bu yarışda dördüncü qızıl medalı qazandırıb.
28-11-2023, 16:57
Xankəndi şəhər stadionunda keçiriləcək oyunun iştirakçıları bəlli oldu


Xankəndi şəhər stadionunda keçiriləcək oyunun iştirakçıları bəlli oldu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin bəzi oyunları keçirilib.
Binə qəsəbə stadionunda keçirilən MOİK - “Cəbrayıl” oyunu 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Beləliklə MOİK 1/8 finalda “Qarabağ”a rəqib olub.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 finalın “Qarabağ” – MOİK oyunu Xankəndi şəhər stadionunda keçiriləcək.
Bununla əlaqədar Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir.
Komandalar matçdan bir gün əvvəl səhər saatlarında Heydər Əliyev adına Bakı Hava limanından Füzuli Beynəlxalq Hava Limanına uçacaq. Futbolçular sonra Şuşaya gedəcəklər.
Matç günü isə komandalar Xankəndi Şəhər Stadionuna yollanacaq.
Azərbaycan Kubokunda 1/8 finalın “Qarabağ” – MOİK oyunu dekabrın 21-də Xankəndi şəhər stadionunda keçiriləcək.
27-11-2023, 18:23
"Şamaxı" futbol klubuna yeni baş məşqçi təyin olundu


"Şamaxı" futbol klubuna yeni baş məşqçi təyin olundu

"Şamaxı" futbol klubuna yeni baş məşqçi təyin olunub.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, “Karvan”la oyundan sonra istefa verən baş məşqçi Vüqar Əsgərlinin yerinə tanınmış sabiq milli üzvü, baş məşqçi və hazırda klubun İdarə Heyətinin sədr müavini Ramiz Məmmədov gətirilib.
Ramiz Məmmədov İdarə heyətinin sədr müavini olmaqla yanaşı, mövsümün sonuna kimi komandanın baş məşqçisi kimi də fəaliyyət göstərəcək.
26-11-2023, 20:44
“Sumqayıt” və “Zirə” oyunu qolsuz başa vurdu


“Sumqayıt” və “Zirə” oyunu qolsuz başa vurdu

Noyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun sonuncu görüşündə “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəliblər.
“Kapital Bank Arena”da keçirilən qarşılaşmada qapılara top vurulmayıb və komandalar meydandan qolsuz heç-heçə ilə ayrılıblar.
Bununla da Azərbaycan Premyer Liqasının XIV turuna yekun vurulub.
On dörd turdan sonra Premyer Liqaya 29 xalla “Qarabağ” klubu liderlik edir. “Zirə” 28 xalla ikincidir. Aktivlərində 22 xal olan “Sumqayıt” üçüncü, “Səbail” isə dördüncü pillədə yer alıb. Çempionatda sonrakı yerləri “Araz-Naxçıvan” (21 xal), “Neftçi” (19), “Sabah” (16), “Turan Tovuz” (15), “Qəbələ” (11) və “Kəpəz” (10) tutur.
25-11-2023, 16:14
“Səbail” və “Kəpəz” oyunu heç-heçə bitdi


“Səbail” və “Kəpəz” oyunu heç-heçə bitdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
“Səbail” klubu “ASCO Arena”da “Kəpəz”i qəbul edib. Hər iki komandanın çoxsaylı qol imkanlarına baxmayaraq, matçda hesab açılmayıb.
Bu nəticədən sonra xallarını 22-yə çatdıran “dənizçilər” üçüncü pilləyə yüksəlib. 10-cu xalını qazanan “sarı-göylər” isə 9-cu sırada qalıb.
Günün son oyununda “Qəbələ” öz meydanında “Turan Tovuz”la qarşılaşacaq.
Qeyd edək ki, turun açılış matçında “Qarabağ” səfərdə “Sabah”a 2:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 26-da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları ilə yekun vurulacaq.
19-11-2023, 22:54
Millimiz Belçikada keçirilən oyunda məğlub oldu


Millimiz Belçikada keçirilən oyunda məğlub oldu

Bu gün AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində F qrupunda mübarizə aparan Azərbaycan millisi səfərdə Belçikanın qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-şeytanlar"ın heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib. F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb - 2:0.
Millimiz bundan öncəki oyunda doğma azarkeşlər önündə İsveç millisini darmadağın etmişdi: 3-0
19-11-2023, 20:21
Boksçumuz erməni rəqibini məğlub etdi, qızıl medala yiyələndi


Boksçumuz erməni rəqibini məğlub etdi, qızıl medala yiyələndi

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final döyüşləri keçirilir. Həlledici mərhələdə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.
Azərbaycan Boks Federasiyasından bildiriblər ki, finalda ermənistanlı Rudolf Qarboyanla üz-üzə gələn yığmamızın lideri Nicat Hüseynov (51 kq) rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb. O, bununla titulunu qoruyaraq ardıcıl ikinci dəfə Avropa çempionu adına layiq görülüb və Budvada Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çempionatda 57 kiloqram çəkidə mübarizə aparan Əzrək Bəbirov isə gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 5 medalla başa vurub. Komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata yiyələnib. Millimizə bürünc medalları Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) qazandırıb.
Bir il əvvəl Xorvatiyada yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olmuşdu.
16-11-2023, 23:08
Millimiz İsveç üzərində qələbə qazandı


Millimiz İsveç üzərində qələbə qazandı

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində yeddinci oyununu keçirib.
Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Kapitan Emin Mahmudov 3-cü və 89-cu dəqiqələrdə qol vuraraq dubl edib. Renat Dadaşov isə 6-cı dəqiqədə rəqibin qapısına yol tapıb.
Meydan sahibləri bu oyunda qazandığı qələbədən sonra 7 xalla dördüncü, qonaq komanda isə 7 xalla üçüncü yerdə qalıb.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 19-da “Kral Boduin” stadionunda Belçika kollektivi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
15-11-2023, 13:52
2024-cü il Avropa çempionatının rəsmi topu təqdim olundu


2024-cü il Avropa çempionatının rəsmi topu təqdim olundu

Futbol üzrə 2024-cü il Avropa çempionatının rəsmi topu təqdim olunub.
Qitə çempionatının oyunları zamanı istifadə ediləcək top “Fussballliebe” adlanır.
Alman dilindən tərcümədə "Futbol sevgisi" mənasını verən top hərəkətin hər bir elementi ilə bağlı məlumat verən və hakimlərin qərarvermə prosesini asanlaşdıran “Connected Ball” texnologiyası ilə təchiz olunub. Top maksimum sürətli və dəqiq oyuna imkan verir.
“Fussballliebe”nin dizaynı topun hərəkətini və oyunun enerjisini əks etdirir. Qırmızı, mavi, yaşıl və narıncı rənglərin istifadəsi həm iştirakçı ölkələrin turnirə gətirdiyi canlılığı, həm də bütün dünyada azarkeşlərin böyük sevgisini qazanan futbolun sadəliyini göstərir.
Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Qitə birinciliyində 24 komanda mübarizə aparacaq.
11-11-2023, 14:02
Cüdoçumuz Avstraliyada keçirilən turnirdə qızıl medal qazandı


Cüdoçumuz Avstraliyada keçirilən turnirdə qızıl medal qazandı

Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən açıq Okeaniya turnirində qızıl medal qazanıb.
90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Estoniya təmsilçisi Klen Kristofer Kalyulaidlə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Fətiyev yarışın qalibi olub.
Qeyd edək ki, ötən gün Aydan Vəliyeva (52 kq) bürünc medala sahib çıxıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!