ABŞ məktəbində atışma: yaralılar var .....                        Bakıda polisin tapdığı 10 min manatın sahibi məlum oldu .....                        Nəzrinin ölümündə günahlandırılan həkim barədə qərar verildi .....                        Sayt rəhbərinə hökm oxundu .....                        İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                       
Tarix : 18-09-2015, 15:20
Pensiyalar artırılacağı tarix bəlli oldu


Gələn ilin əvvəlində inflyasiyanın səviyyəsinə uyğun olaraq pensiyalar artırılacaq.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) gələn il üçün gəlirləri və xərcləri haqqında məlumat açıqlayıb.

Butov.az ANS PRESS-in məlumatına əsasən, gəlirin 82%-nin əhaliyə ödənişlərə xərclənəcəyi bildirilib. Bu isə 3 milyard 11,2 milyon manat deməkdir.

Fondun sədri Elman Mehdiyevin sözlərinə görə, əhaliyə ödənişlərin 97,1%ni və ya 2 milyard 923,6 milyon manatını əmək pensiyalarının ödənilməsi üzrə xərclər, 2,9%-ni və ya 87,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.

O, fondun 2016-cı il üçün büdcə göstəricilərində artımın olduğunu da bildirib: "Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcə göstəriciləri builkindən daha çoxdur. Gələn il DSMF-nin büdcəsi artımla proqnozlaşdırılır. Yəni biz 3 milyard 78 milyon manat proqnozlaşdırırıq ki, bu da cari ilin proqnozundan təqribən 22 milyon manat çoxdur".

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, bu artım 2016-cı ildə pensiyaların inflyasiya göstəricilərinə uyğunlaşdırılmasına sərf ediləcək. "Gələn ilin yanvar ayında pensiyalar indeksasiyalaşdırılacaq.

Məqsəd inflyasiyanın pensiyanın real dəyərini azaltmasının qarşısını almaqdır. Beləliklə, DSMF-nin büdcə göstəricilərindəki artım müəyyənləşdirilən pensiya xərclərinin ödənilməsinə və vaxtında verilməsinə xərclənəcək". Bu isə o deməkdir ki, gələn ilin əvvəli inflyasiyanın səviyyəsinə uyğun olaraq pensiyalar artırılacaq.

Eyni zamanda gələn ilin fondun büdcə xərclərinin məbləği və onların sərf ediləcəyi sahələr də açıqlanıb.


DSMF sədri gələcəkdə pensiyaların hesablanması qaydasının dəyişə biləcəyini də qeyd edib. O, artımın mümkünlüyünü, lakin bunun fərdi pensiya kapitallarının artırılması yolu ilə reallaşa biləcəyini deyib.

"Pensiya sisteminin bugünkü inkişaf səviyyəsi onu deməyə əsas verir ki, biz yeni mərhələyə qədəm qoya bilərik. Yəni pensiyaların artırılmasının yalnız fərdi hesablara toplanan kapitallara istinad etməklə reallaşdırılması mexanizminə keçməliyik". Beləliklə, əgər bu mexanizm reallaşarsa, pensiyalarda artım yalnız şəxsin öz hesabına köçürdüyü vəsait hesabına mümkün olacaq.

Qadın və kişilərin pensiya yaş həddinin dəyişdirilməsi məsələsi isə pensiya islahatları çərçivəsində hazırlanacaq konsepsiyanın tərkib hissəsisdir.

"Cari ayın sonunda Azərbaycanda pensiya sisteminin maliyyə dayanıqlılığının aktual qiymətləndirilməsi və pensiya islahatlarının aktual hesablamalarının nəticələri ictimai müzakirəyə təqdim ediləcək. Həmin prosesdə həyata keçirilməsi vacib olan islahat tədbirləri, müxtəlif alternativlər təqdim olunacaq və həmin alternativlərdən yalnız biri seçiləcək. Ancaq onda aydın olacaq ki, Azərbaycanın pensiya islahatlarında hansı zəruri addımlar atılmalıdır", - deyə Elman Mehdiyev əlavə edib.


Pensiyalar artırılacağı tarix bəlli oldu

Elman Mehdiyev - DSMF sədri

Dövlət Sosial Müdafiə Fondu vətəndaşlar göstərilən xidmətin keyfiyyətini artırma məqsədilə 3 yeni elektron xidmətini istifadəyə verib. Bu xidmətlər əsasən “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” ilə bağlıdır.

Elman Mehdiyevin sözlərinə görə, 2015-ci il ərzində bir sıra yeni elektron xidmətlər də əhalinin istifadəsinə veriləcək və həmin xidmətlərlə bağlı işlər artıq yekunlaşmaq üzrədir.


Butov.az


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!