Rəqsanənin həbsinin TƏFƏRRÜATLARI .....                        Yer yaxınlığında təhlükəli asteroid .....                        Bloger-jurnalist həbs edildi .....                        Türkiyədə saxta polislər - Əməliyyatçılar heyrətə gəldi .....                        Çin kosmosu fəth edir - Növbəti peyk orbitə buraxıldı .....                        FHN çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir .....                        Azərbaycanda cinayətlər ən çox hansı bölgədə törədilir? .....                        Türkiyədə meşə yanğınları davam edir .....                        İsrail Husilərə məxsus obyektləri vurdu .....                       
Tarix : 31-05-2017, 11:01
Azərbaycan Beynəlxalq Bankından müştərilərə xoş xəbər

Azərbaycan Beynəlxalq Bankı “SMS-xəbərdarlıq” xidməti üzrə tariflərdə böyük dəyişikliklər edib.
Butov.az xəbər verir ki, bankdan Trend-ə verilən məlumata görə, əvvəllər ayda 1.18 manatlıq abunə haqqı ilə təklif edilən bu xidmət indi VISA və Master Cardın Gold, Platinum, Amex Green Card, VISA PrimeCard Gold, Amex Gold Card, VISA PrimeCard Platinum, VISA Infinite/MC World Elite, Amex Platinum Card ödəniş kartlarının sahibləri üçün tamamilə pulsuz olub. Digər ödəniş kartlarının sahibləri isə bu xidmətdən indi cəmi 0.40 aylıq abunə haqqı ilə faydalana bilərlər. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı həmçinin digər bir sıra məhsul və xidmətlər üzrə də tarifləri optimallaşdırıb və beləliklə, xidmətlərini müştərilər üçün daha sərfəli edib.

“SMS-xəbərdarlıq” xidməti müştəriyə ödəniş kartı üzrə keçirilən bütün әmәliyyatlar barәdә real vaxt rejimindә SMS şəklində bildirişlər almaq imkanı verir. Kart hesabına vəsait daxil olanda, yaxud hesabdan vəsait çıxanda müştərinin mobil telefonuna dərhal bu barədə SMS göndərilir. Beləliklə, müştəri bu xidmət vasitəsilə öz kart hesabını 24/7 rejimində nəzarət altında saxlamış olur. Azərbaycan Beynəlxalq Bankının “SMS-xəbərdarlıq” xidmətinə bankın bankomatları vasitəsilə qoşulmaq mümkündür.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!