Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb .....                        Fransanın eks-prezidenti həbsdən buraxıldı .....                        BBC-nin baş direktoru istefa verib .....                        Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                        Paşinyan orduda əməliyyat müşavirəsi keçirdi .....                        Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında .....                        Sabir Rüstəmxanlıdan etiraz: Prezidentin siyasətinə ziddir! .....                        Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB .....                        Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO .....                       
23-02-2024, 15:51
Ağdamda partlamamış döyüş sursatları aşkarlandı - VİDEO


Ağdamda partlamamış döyüş sursatları aşkarlandı - VİDEO

Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib.
Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir", - məlumatda qeyd olunub.

[media=https://youtu.be/b94Fi_bTmNM]
23-02-2024, 15:18
“Qarabağ”ın 1/8 final mərhələsində rəqibi bəlli oldu


“Qarabağ”ın 1/8 final mərhələsində rəqibi bəlli oldu

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
"Qarabağ" Almaniyanın "Bayer" klubuna rəqib olub.
"Qarabağ" bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.

1/8 final cütləri

"Sparta" Praqa (Çexiya) - "Liverpul" (İngiltərə)

"Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)

"Roma" (İtaliya) - "Brayton" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)

"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)

"Milan" (İtaliya) - "Slaviya" Praqa (Çexiya)

"Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya)

Qeyd edək ki, 1/8 mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.
23-02-2024, 15:11
“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirildi.


“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirildi.

22.02.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis mayoru Anar İbrahimov, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi polis polkovnik – leytenant Nəbi Nəcəfov, Yasamal rayon Polis İdarəsinin Veteranlar Şurasının Sədri Xanlar Ağayev, Yasamal rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev, “Miqrasiya sahəsinin inkişafı” İctimai Birliyin Sədri Vidadi Fətullayev və məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
Məktəbin direktor səlahiyyətlərini icra edən Hüseynova Rəna çıxış edərək tədbirin məqsədindən, ölkə prezidentinin narkomaniya ilə mübarizədə gordüyü tədbirlərdən, gənclərə xüsusi qayğısından danışdı. Qeyd etdi ki, müasir gənclərimiz “bizim milli-mənəvi dəyərlərimizə sadiq , yad təsirdən uzaq, bilikli, savadlı, vətənpərvər insan” olmalıdırlar.
Polis mayoru Anar İbrahimov çıxış edərək müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları barədə nümunələr əsasında ətraflı məlumat verdi.
Vidadi Fətullayev öz çıxışında narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi vurğuladı.
Nəbi Nəcəfov gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdü, müəllimlərə, məktəblilərə müəyyən tövsiyələr verdi.
Sonda qonaqlar məktəb şagirdlərini maraqlandıran sualları cavablandırdılar.



23-02-2024, 14:55
Şagird sayı 500-dən çox olan məktəblərdə direktorların yerdəyişməsi başlayıb


Şagird sayı 500-dən çox olan məktəblərdə direktorların yerdəyişməsi başlayıb

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrinin vakant direktor vəzifəsinə yerdəyişmə məqsədilə qeydiyyat başlanıb.
Bu barədə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində sonuncu iş yeri üzrə 3 ildən artıq müddətdə direktor vəzifəsində çalışan şəxslər müraciət edə bilərlər.
Vakant yerlərin siyahısı linkdə yerləşdirilib.
Qeyd edək ki, müraciətlər fevralın 27-dək qəbul ediləcək.
23-02-2024, 14:30
Xocalıda basdırılmış kütləvi insan qalıqları aşkarlandı


Xocalıda basdırılmış kütləvi insan qalıqları aşkarlandı

İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı rayon prokurorluğuna məlumat daxil olub məlumat daxil olub.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi» Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.
Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Axtarış işləri tam yekunlaşdıqdan və müavfiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
23-02-2024, 13:43
Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədriylə görüşdü


Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədriylə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib.
Dövlət başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyə Respublikasına etməsinin önəmi qeyd olunub, bunun iki ölkə rəhbərliyi arasında bir ənənəyə çevrilməsindən məmnunluq ifadə olunub.
23-02-2024, 13:17
Cəbrayılda ilk yaşayış kompleksinin inşası bu il yekunlaşacaq


Cəbrayılda ilk yaşayış kompleksinin inşası bu il yekunlaşacaq

Cəbrayıl şəhərində ilk yaşayış kompleksinin inşası bu il yekunlaşacaq.
Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, Cəbrayıl şəhərində tikilən Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edir. Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq.
Qeyd edək ki, dördmərtəbəli və beşmərtəbəli binalarda mənzillərin 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 40-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.
Altı kvartaldan ibarət kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.
23-02-2024, 12:51
Papikyan: “..rusiyalı həmkarlar da eyni cür hərəkət etməlidir”


Papikyan: “..rusiyalı həmkarlar da eyni cür hərəkət etməlidir”

"Fransa və İran İrəvanın digər tərəfdaşlarla əməkdaşlıq hüququna hörmətlə yanaşır, rusiyalı həmkarlar da eyni cür hərəkət etməlidir".
Bunu Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı ilə keçirdiyi brifinqdə deyib.
Papikyan Fransa ilə əməkdaşlığın İrəvanın KTMT çərçivəsində öhdəliklərinə zidd olmadığı və İranın mövqeyinin nəzərə alınıb-alınmaması sualına cavab verib.
Onun sözlərinə görə, Ermənistan diversifikasiya vəzifəsini qarşısına qoyub.
23-02-2024, 12:42
Bakıda Dünya Kubokunun açılış mərasimi keçirildi


Bakıda Dünya Kubokunun açılış mərasimi keçirildi

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə yarışda iştirak edəcək ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva Bakının artıq yeddinci dəfə bu yarışa ev sahibliyi etdiyini bildirib. O, beynəlxalq arenada keçirilən idman yarışlarında Azərbaycan gimnastlarının müxtəlif əyarlı medallar qazandıqlarını, etimadı layiqincə doğrultduqlarını diqqətə çatdırıb. Həmçinin qeyd edilib ki, əldə olunan uğurlar ölkəmizdə mötəbər idman yarışlarının yüksək səviyyədə təşkilinə möhkəm zəmin yaradıb. M.Vasilevanın sözlərinə görə, üç gün davam edəcək turnirdə batut üzrə 32, tamblinq üzrə 6 ölkə təmsilçisi çıxış edəcək. Dünya Kubokunda ümumilikdə hər iki növ üzrə 300 idmançının mübarizə aparacağını vurğulayan nazir müavini əlavə edib ki, turnir fərdi proqramda "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Rəsmi çıxışdan sonra Dünya Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Batut gimnastikası üzrə yarışda Azərbaycanı qadınlar arasında Selcan Mahsudova (fərdi çıxış), kişilər arasında Hüseyn Abbasov (fərdi və sinxron çıxışlar), Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış) təmsil edirlər.
Tamblinq üzrə yarışda isə Mixail Malkin, Adil Hacızadə və Tofiq Əliyev, gənclərdən Bilal Qurbanov çıxış edəcəklər.
Yarışda həm kişilər, həm də qadınlar arasında fərdi proqramda batut gimnastikası və tamblinq üzrə ən yüksək icra xalı, eləcə də ilk dəfə olaraq batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar “AGF Trophy” kuboku ilə təltif ediləcəklər.
23-02-2024, 00:23
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəldi


“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəldi

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.
Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.
Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.
Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.
Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!