Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb .....                        Fransanın eks-prezidenti həbsdən buraxıldı .....                        BBC-nin baş direktoru istefa verib .....                        Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                        Paşinyan orduda əməliyyat müşavirəsi keçirdi .....                        Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında .....                        Sabir Rüstəmxanlıdan etiraz: Prezidentin siyasətinə ziddir! .....                        Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB .....                        Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO .....                       
19-02-2024, 19:22
Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə saziş imzalandı


Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə saziş imzalandı

Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə saziş imzalanıb.
Saziş Azərbaycan Prezidenti İlham Əliyevin səfəri çərçivəsində imzalanıb.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
Qeyd edək ki, ötən il Prezident İlham Əliyev Türkiyənin ovaxtkı milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü qəbul edərkən birgə universitetin yaradılması məsələsi də müzakirə olunub. Prezident həmin görüşdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını söyləyib.
Oktyabr ayında isə Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan – Türkiyə Universitetinin yaradılması üzrə danışıqların davam etdirilməsi məqsədilə ölkəmizə səfər edib.
19-02-2024, 18:41
Avtomobilə “Qatil 78 leş” ifadəsini yazan sürücü saxlanıldı


Avtomobilə “Qatil 78 leş” ifadəsini yazan sürücü saxlanıldı

Bu gün Koroğlu metrostansiyasından üzü Heydər Əliyev prospekti istiqamətində hərəkət edən “Toyota Prius” markalı avtomobilin üzərinə yazılmış sözlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtomobilin dövlət qeydiyyat nişanının yerinin dəyişdirilməsi və onun yerinə “Qatil 78 leş” sözlərinin yazılması diqqət çəkib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, artıq həmin avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb:
“Sosial şəbəkələrdə və xəbər saytlarında yayımlanan görüntü ilə əlaqədar olaraq sözügedən nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər həyata keçirilir”.
19-02-2024, 18:22
İlham Əliyev Ərdoğanı Azərbaycana dəvət etdi


İlham Əliyev Ərdoğanı Azərbaycana dəvət etdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.
Bu təklifi Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı ifadə edib.
“Bir daha, əziz qardaşım, göstərdiyiniz qonaqpərvərliyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək sizi yenidən Azərbaycana dəvət etmək istəyirəm”, - dövlət başçısı vurğulayıb.
19-02-2024, 18:10
Türk dünyasının birləşməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək


Türk dünyasının birləşməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək

Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.
Bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən dövlətimizin başçısı deyib: “Eyni zamanda, bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.
19-02-2024, 17:59
Azərbaycanda separatçı qüvvələrə yer yoxdur və heç vaxt olmayacaq


Azərbaycanda separatçı qüvvələrə yer yoxdur və heç vaxt olmayacaq

Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi.
Bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı xatırladıb ki, artıq Azərbaycan ərazisində separatçı qüvvələrə yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.
19-02-2024, 17:55
Antiterror tədbirləri göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub


Antiterror tədbirləri göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub

İşbirliyimizin önəmli istiqaməti hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlir.
Bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı qeyd edib:
“İkinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub”.
19-02-2024, 17:51
Türkiyə və Azərbaycan arasında Anlaşma Memorandumu imzalandı


Türkiyə və Azərbaycan arasında Anlaşma Memorandumu imzalandı

Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb.
Anlaşma Memorandumunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
19-02-2024, 17:46
Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik - Ərdoğan


Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik - Ərdoğan

Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmizdə və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik.
Bu fikri fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında deyib.
19-02-2024, 17:17
Malibəyli sakinləri Xan çinarı xoş xatirələrlə yada salırlar - FOTO


Malibəyli sakinləri Xan çinarı xoş xatirələrlə yada salırlar - FOTO

Malıbəyli sakinləri doğma kəndlərindən danışarkən yaşı yüzlərlə olan Xan çinarını xoş xatirələrlə yada salırlar. Xan çinarı öz möhtəşəmliyi ilə nəinki yerli sakinləri, eləcə də kəndə gələn qonaqları da heyran edərdi. Təbiətin möcüzəsi sayılan bu çinarın dibində suyu bumbuz olan bulaq, bir qədər aralıda isə qədim hamam var idi. Bulağa el arasında “Çinar bulağı” deyilərdi. İşğal etdikləri bütün ərazilərdə dinc sakinlərə, şəhərlərə, kəndlərə, evlərə, sosial obyektlərə, tarixi abidələrə, təbiətə qarşı terror həyata keçirən erməni işğalçıları, təbiət abidəsi olan bu çinarı da yandırıb, yaxınlıqdakı qədim hamamı dağıdıblar.
Malıbəyli kənd sakini Allahverdi Balakişiyev AZƏRTAC-a bildirib ki, çinar və bulaq olan ərazi onların ən sevimli məkanlarından biri idi: “Gəlib bulağın suyundan içər, çinarın kölgəsində dincələrdik. Bir dəfə bu ağacı ildırım vurmuşdu.
Çox maraqlıdır ki, ağacın qırılan yerində heç kim əkmədiyi halda bir qızılgül bitmişdi. İndi baxırıq, ermənilər çinarı yandırıblar, üstündəki qızılgül də yoxdur. “Çinar bulağı” bütün Qarabağda fərqlənən bir bulaqdır ki, dağın demək olar, üst hissəsində çıxır. Bulaq ilboyu axır, quruduğunu görən olmayıb. Bu bulağın suyu ilə aşağıda hamam işləyib. Bulağın suyundan kənd camaatı içməli su kimi istifadə edirdi”.
Ermənilər Xan çinarının gövdəsini yandırıb məhv etsələr də, kökü dərində olduğu üçün yenidən qol-budaq atıb. Bulağın suyu isə yenə də axır. Artıq Malıbəyli kəndində bərpa-quruculuq işlərinə başlanılıb. Çox keçməyəcək ki, düşmənin talan edib dağıtdığı Malıbəylinin yenidən xoşbəxt günləri qayıdacaq. Çinar ağacı və “Çinar bulağı” yenə də kənd sakinlərinin sevimli məkanlarından olacaq.



19-02-2024, 16:52
Cəbrayılda tikiləcəj günəş elektrik stansiuasının vaxtı açıqlandı


Cəbrayılda tikiləcəj günəş elektrik stansiuasının vaxtı açıqlandı

BP şirkətinin Cəbrayılda tikəcəyi 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı yekun investisiya qərarı 2024-cü ilin ikinci yarısında gözlənilir.
Bu fikirləri BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərin suallarını cavablandırarkən bildirib.
B.Aslanbəyli qeyd edib ki, artıq bununla bağlı hazırlıq işləri yekunlaşır: “Minalardan təmizləmə işləri yekunlaşmaq üzrədir. Günəş elektrik stansiyasının təməli yekun investisiya qərarı qəbul edildikdən sonra bu il qoyulacaq”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!