Bakıdakı sürücülərin nəzərinə! .....                        İsrail zərbə endirdi .....                        Paşinyan İlham Əliyevə təşəkkür etdi .....                        Putin liderlərlə bir araya gəldi .....                        Bəzi təkliflərdən sonra futbolçuların başı gedir - Qurban Qurbanov .....                        Ukraynadan qaçan biznesmen bu ölkədə tapıldı .....                        Azərbaycana QIŞ GƏLDİ .....                        Kolumbiyada zənginlərdən əlavə vergilər alınacaq .....                        Bu suallar Putinin xoşuna gəlmədi .....                       
30-03-2024, 15:55
Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində


Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində

2024-cü il üçün birgə tədbirlər planına əsasən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində olublar.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi hissənin ərazisindəki əsgər yataqxanası, yeməkxana, anbar və digər obyektlərə baxış keçirən nümayəndə heyəti burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar. Həmçinin qonaqlar tibb məntəqəsində tibb xidmətinin təşkili ilə maraqlanıblar.
Sonra aparatın nümayəndələri hərbi qulluqçularla görüşüb, onların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda mühazirələrlə çıxış ediblər.
Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.
30-03-2024, 12:57
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Martın 31-də Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.
29-03-2024, 23:50
Moskvada Bakı və İrəvan arasında normallaşma müzakirə edildi


Moskvada Bakı və İrəvan arasında normallaşma müzakirə edildi

Martın 29-da Moskvada Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov rusiyalı həmkarı Mixail Qaluzin ilə görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və perspektivləri əsaslı şəkildə nəzərdən keçirilib.
Tərəflər Cənubi Qafqazdakı hazırkı vəziyyət, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli sazişlər əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri də daxil olmaqla bir sıra regional və beynəlxalq mövzulara toxunublar.
29-03-2024, 23:37
“Qalatasaray” “Qarabağ”ı mövsümün çempionu olması münasibətilə təbrik etdi


“Qalatasaray” “Qarabağ”ı mövsümün çempionu olması münasibətilə təbrik etdi

Türkiyənin “Qalatasaray” futbol klubu “Qarabağ” FK-nı Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu olması münasibətilə təbrik edib.
Bu haqda “Qalatasaray” FK “X”də paylaşım edib.
“Can Azərbaycanda çempion olan “Qarabağ” FK-nı təbrik edirik”, - deyə paylaşımda qeyd olunub.
29-03-2024, 23:13
Azərbaycan və İran arasında müsbət razılaşmalar əldə olunub - İran KİV


Azərbaycan və İran arasında müsbət razılaşmalar əldə olunub - KİV

Azərbaycan və İran arasında müsbət razılaşmalar əldə olunub.
Bu barədə "Tasnim" agentliyi İran Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, Azərbaycanın İrandakı səfirliyi yaxın vaxtlarda fəaliyyətə başlayacaq.
“Gündəliyə iki ölkə nümayəndələri arasında diplomatik və rəsmi görüşlərin keçirilməsi də daxildir”, - mənbə əlavə edib.
Nəşrin mənbəsi İranın Azərbaycandakı hazırkı səfiri Seyid Abbas Musəvinin fəaliyyət müddətinin başa çatdığını və yeni səfir təyin olunduğunu yazıb. Yeni səfirin kim olduğunu açıqlanmayıb.
Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb
29-03-2024, 22:36
Belə matçlar futbolçuları daha peşəkar edir - Qurban Qurbanov


Belə matçlar futbolçuları daha peşəkar edir - Qurban Qurbanov

Belə matçlar futbolçuları daha peşəkar edir. Ölkədə gücümüzü saxlamalıyıq.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz”ə 6:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVIII turunun matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis Gəncə təmsilçisinə və rəqibin baş məşqçisi Adil Şükürova uğurlar arzulayıb: “Oyunçularımı və klub rəhbərliyini təbrik edirəm. Şadam ki, komandamla çempion olduq”.
Təcrübəli baş məşqçi sonrakı hədəflərdən söz açıb: “İşimiz elədir ki, daim uğurun ardınca getməliyik. Mövsüm boyu yaxşı olmaq istəyiriksə, uğur qazanmalıyıq. Azərbaycan kimi ölkələrdə böyük uğurlar az olur. Futbol elədir ki, daim dəyişikliklər olur. Ölkədə gücümüzü saxlamalıyıq”.
Q.Qurbanov ona milli komandada baş məşqçi postunun təklif edilmədiyini vurğulayıb: “İcraiyyə Komitəsinə, mənə yığmanın baş məşqçiliyi təklif olmayıb. Olsa, bunu müzakirə etməliyik”.
Baş məşqçi çempion heyəti qoruyub saxlamağın çətin olduğunu diqqətə çatdırıb: “Buna çalışacağıq. Gələn il üçün komandanın potensialı var. Onların ustalıq səviyyəsini artırmağa çalışacağıq. Bəzən düşünmədiyimiz təkliflər olub, futbolçuları saxlaya bilməmişik. Amma əlimizdən gələni edəcəyik”.
29-03-2024, 22:06
“Qarabağ” 11-ci dəfə ölkə çempionluğuna yüksəldi


“Qarabağ” 11-ci dəfə ölkə çempionluğuna yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü dövrənin növbəti oyunu keçirilib.
XXVIII turun ikinci matçında "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 21-ci dəqiqədə Julio Romao açıb. 52-ci və 56-cı dəqiqələrdə Olavio Juninyo dubl edib. Abbas Hüseynov 64-cü dəqiqədə fərqi dörd topa çatdırıb. Elvin Cəfərquliyev 69-cu dəqiqədə növbəti qola imza atıb. 88-ci dəqiqədə Redon Cica adını tabloya yazdırıb. Matçın yekun nəticəsini 90-cı dəqiqədə Latir Fal müəyyənləşdirib
Bununla da xallarını 69-a çatdıran Ağdam təmsilçisi sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirib.
Günün digər oyununda isə "Neftçi" səfərdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun digər qarşılaşmaları martın 30-31-də keçiriləcək.
29-03-2024, 20:25
İşğaldan azad edilmiş ərazilərə fermerlərin qeydiyyatı başlandı


İşğaldan azad edilmiş ərazilərə fermerlərin qeydiyyatı başlandı

Qoyunçuluq və arıçılıq təsərrüfatlarını Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına başlanılıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Belə ki, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir.
Məlumata görə, təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər sözügedən portala öz təsərrüfatları haqqında məlumatları daxil edərək aprelin 1-dən etibarən qeydiyyatdan keçə bilərlər.
O da bildirilib ki, fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq.
Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.
29-03-2024, 19:48
Cəhri-Buzqov yolunda qaya uçqunu aradan qaldırıldı


Cəhri-Buzqov yolunda qaya uçqunu aradan qaldırıldı

Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci km-lik hissəsində qaya uçqunu tamamilə aradan qaldırılıb.
Bu barədə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən bildirilib.
Bir neçə gün əvvəl baş verən uçqun zamanı yolun hərəkət hissəsinə qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub. Yaranan problem dərhal aradan qaldırılsa da, yolun yuxarı hissəsindəki iri qaya parçası təhlükə yaratdığından texnika vasitəsi ilə onu yoldan kənarlaşdırmaq mümkün olmayıb.
Bu gün qaya parçası partladıldıqdan sonra Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən yolun tam olaraq təmizlənməsi təmin olunub.
29-03-2024, 19:13
İran səfiri Azərbaycanı tərk edir


İran səfiri Azərbaycanı tərk edir

İranın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb.
Bu barədə IRNA agentliyi İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbəyə istinadən bildirib.
Məlumata görə, İranım Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.
Mövcud razılaşmalar çərçivəsində İranın yeni səfiri Azərbaycana göndəriləcək.
Qeyd edək ki, Musəvi 2020-ci ildə Azərbaycana səfir təyin olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!