Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
12-08-2024, 23:47
Türk dövlətləri Parisdə 41 medal qazanıb


Türk dövlətləri Parisdə 41 medal qazanıb

Türk dövlətlərinin idmançıları Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında ümumilikdə 41 medal qazanıblar.
Bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev məlumat verib.
“Bütün idmançılarımızı və azarkeşlərimizi təbrik edirik!”, - deyə o qeyd edib.
12-08-2024, 23:24
Sumqayıtda 3 nəfər arasında dava - Bıçaqlanan var


Sumqayıtda 3 nəfər arasında dava - Bıçaqlanan var

Sumqayıtda bıçaqlı insident baş verib.
Hadisə şəhərin 5-ci mikrorayon, ev 32 ünvanında qeydə alınıb.
Belə ki, üç nəfər arasında baş verən dava bıçaqlanma ilə nəticələnib. Mübahisənin iki tanışın birləşərək orta yaşlı kişini döyməsi ilə başladığı bildirilir. Onların arasındakı ədavətin səbəbi məlum deyil.
Hadisə yerinə polis əməkdaşları gəliblər. Davada iştirak edən şəxslərdən biri saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti də hadisə ilə bağlı məlumat yayıb.
"Avqustun 12 də Sumqayıt şəhəri ərazisində bir nəfərin kəsici-deşici alətlə xəsarət alması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
12-08-2024, 23:13
"Neftçi"nin yeni transferi


"Neftçi"nin yeni transferi

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan verilən məlumata görə, “ağ-qaralar” portuqaliyalı Rafael Quzzonu transfer edib. Yarımmüdafiəçi mövqeyində çıxış edən oyunçu ilə 2 illik müqavilə imzalanıb.
O, "Neftçi"də 6 nömrəli formanı geyinəcək.
12-08-2024, 20:10
Keşikçidağda 3 min il yaşı olan kurqan aşkarlanıb


Keşikçidağda 3 min il yaşı olan kurqan aşkarlanıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri dosent Bəxtiyar Cəlilovun rəhbərliyi ilə arxeoloji qazıntıların birinci mərhələsi uğurla yekunlaşıb.
Keşikçidağ ərazisində aparılan bu tədqiqatlarda əsas məqsəd ərazidə qeydiyyata alınmış çoxsaylı kurqanların elmi dövriyyəyə cəlb edilməsi, onların elmi potensialının müəyyənləşdirilməsi, Keşikçidağın mədəni irsinin tədqiqi və təbliği ilə əlaqədardır.
Qoruq ərazisində aparılan elmi tədqiqat və arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələri bu ərazinin qədim sakinlərinin təsərrüfat həyatının, sosial-iqtisadi münasibətlər sisteminin, tayfa məskunlaşmasının və dini dünyagörüşünün bəzi xüsusiyyətlərini aydınlaşdırmağa imkan verib.
Qoruq ərazisində iki istiqamətdə kurqanlarda qazıntılar aparılıb. Onlardan birincisi Ağstafa rayonunun Ağgöl kəndindən 600 metr şimal-şərq istiqamətində qeydə alınmış kurqanlardır. Bu kurqanın maraqlı cəhəti ondan ibarətdir ki, kurqanın üst örtüyü kiçik çay daşlarından kromlex şəklində əhatə olunub. Adətən qoruq ərazisində aparılmış elmi tədqiqatlarda isə böyük qaya daşlarından ibarət kromlexlərə rast gəlinib. Kurqandan 3 ədəd kamera aşkar olunub. Materikdə qazılan qəbir kameralarının üzəri ağaclarla örtülüb. Çox maraqlıdır ki, qəbirlər hamısı qərb və şərq istiqamətində materikdə qazılıb. Hamısı bir-birinə simmetrikdir, ikisi yan-yana, digər üçüncü isə tam ortada simmetrikdir və adətən belə hallar az olur, bu dövrədə çoxkameralı kurqan daha çoxdur, bəzən fərqli istiqamətlərdə qəbir kameraları olur. Burada simmertiya tamamilə gözlənilib.
İkinci istiqamət isə Sarısoy kurqanlarıdır. Sarısoy istiqamətində aparılmış arxeoloji qazıntı işləri başa çatdırılıb və maraqlı tapıntılar əldə olunub. Kurqanlar özündə Xocalı-Gədəbəy mədəniyyətinin izlərini yaşadır və bu mədəniyyəti öyrənmək üçün mühüm əhəmiyyət kəsb edən dəfn adətləri mövcuddur. Maraqlı məqam ondan ibarətdir ki, kurqanın çox kiçik - uzunluğu təxminən 1,5 metr, eni 1 metr olan kamera hissəsi var. Kurqanın örtüyü 12 metr, hündürlüyü 1 metrdən azdır. Kameranı tədqiq edərkən 3 ədəd saxsı küp aşkar olunub. Qəbir kamerası şimal-qərb, cənub-şərq istiqamətində qurulub və bir nəfər dəfn olunub. Skeletin üzü cənub-qərbə doğrudur, sağ böyrü üstə və bükülü vəziyyətdədir. Maraqlı cəhətlərdən biri də odur ki, skeletin ön hissəsində kamera boyunca cavan və kiçik yaşında olan ev heyvanı dəfn olunub. Paleontoloqlar tərəfindən baxıldıqdan sonra bu heyvanın kiçik və ya iribuynuzlu olduğu barədə məlumat verilə bilər. Skeletin arxa hissəsi boyunca kiçikbuynuzlu ev heyvanı dəfn olunub ki, bu da böyük ehtimalla keçi və ya qoyundur. Ancaq çox böyük ehtimalla keçidir. Qəbir kamerasında əlavə 10 santimetr də olsa, boş yer yoxdur. İnsan və heyvan sümüklərinin düzümündən sonra kamerada boş yer qalmayıb. Bu da arxeoloji cəhətdən böyük əhəmiyyət kəsb edir və belə qəbir abidələrinin tədqiqi Xocalı-Gədəbəy mədəniyyətində tayfaların dəfn adətlərini, dünyagörüşünü öyrənmək üçün mühüm rol oynayır.
Bu qiymətli nəticələr elmi dövriyyəyə məqalələrlə daxil ediləcək və mühüm elmi nəticələr əldə olunacaq.
Ərazidə elmi tədqiqat və arxeoloji qazıntı işləri davam etdiriləcək. Yaxın 10 gündə “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihəyə start veriləcək. Layihədə Bakı Dövlət Universitetinin, həmçinin universitetin Qazax filialının tələbələri, bölgədə fəaliyyət göstərən qoruqların, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional Bölməsinin abidə mühafizəçiləri, tarix-diyarşünaslıq muzeylərinin, digər muzeylərin, mədəniyyət müəssisələrinin əməkdaşları, rayonun ümumi təhsil müəssisələrinin tarix müəllimləri iştirak edəcək. İştirakçılar çöl arxeoloji ekspedisiyasının təşkili və aparılmasının xüsusiyyətləri, müxtəlif tarixi və arxeoloji məlumatların toplanması və təhlili sahəsində təcrübə qazanacaq, arxeoloji tədqiqat metodlarını mənimsəyəcək və sahə arxeoloji tədqiqatları zamanı alətlərdən və avadanlıqlardan istifadə etmək bacarıqlarına yiyələnəcəklər.
12-08-2024, 19:49
Xankəndidə yeni seçki məntəqəsi yaradıldı


Xankəndidə yeni seçki məntəqəsi yaradıldı

“122 saylı Xankəndi seçki dairəsinin 15 saylı seçki məntəqəsi yeni yaradılıb. Seçki Məntəqəsi Kərkicahan qəsəbəsində yerləşir”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 122 saylı Xankəndi Seçki Dairəsinin 15 saylı Məntəqə Seçki Komissiyasının sədri Qəzənfər Əliyev deyib.
O bildirib ki, seçki məntəqəsi bütün lazımi avadanlıqlarla təchiz olunub. Seçicilərin rahat səs verməsi üçün bütün şərait yaradılıb. Dairə Seçki Komissiyası ilə mütəmadi əlaqə saxlanılır.
“Seçki Məntəqəmiz Xankəndi şəhərinin bir hissəsini və Kərkicahan qəsəbəsini əhatə edir. Məntəqə Seçki Komissiyası üzvlərinin treninqlərdə iştirakı təmin olunur. Seçici siyahısı ilə bağlı son dəqiqləşmələr aparılır. Təbii ki, bizim məntəqə yeni yaradıldığı üçün və işğaldan azad edilmiş ərazidə yerləşdiyi üçün məsuliyyətimiz ikiqatdır. Eyni zamanda qürurvericidir ki, 30 ildən artıq müddətdən sonra azad edilmiş Xankəndidə Azərbaycanın Milli Məclisinə seçkilər baş tutur”, - deyə Q.Əliyev əlavə edib.
12-08-2024, 18:51
Sənəd qəbulunun müddəti uzadılır


Sənəd qəbulunun müddəti uzadılır

“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsinə sənəd qəbulunun müddəti avqustun 26-dək uzadılır.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmış uşaqları bu təhsilə cəlb etməkdir.
Ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.
12-08-2024, 18:18
Yerli müşahidəçilərin sayı 50 mini ötüb


Yerli müşahidəçilərin sayı 50 mini ötüb

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar yerli müşahidəçilərin sayı 50 min 699 nəfərdir.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 12-də keçirilən iclasında söyləyib.
O bildirib ki, müşahidəçilərdən 5831 nəfəri Mərkəzi Seçki Komissiyasında, 44 min 868-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.
12-08-2024, 16:58
Siyasi partiyalar neçə namizədlə seçkidə iştirak edəcək? - TAM SİYAHI


Siyasi partiyalar neçə namizədlə seçkidə iştirak edəcək? - TAM SİYAHI

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərin qeydə alınması başa çatıb.
Qeydiyyatda olan 26 siyasi partiyadan 25-i öz namizədlərini irəli sürüb. Bəzi partiyaların sədrləri seçkilərdə iştirak etməsə də, partiyada müxtəlif vəzifə tutan şəxslərin namizədliyi qeydə alınıb.
Beləliklə, siyasi partiyalar aşağıdakı sayda namizədlə seçkilərdə iştirak edir:

1. Yeni Azərbaycan Partiyası - 125 namizəd;

2. Müsavat Partiyası - 25 namizəd;

3. Vətəndaş Həmrəyliyi Partiyası - 18 namizəd;

4. Ağ Partiya - 18 namizəd;

5. Ümid Partiyası - 17 namizəd;

6. REAL partiyası - 12 namizəd;

7. Ədalət,Hüquq və Demokratiya Partiyası - 11 namizəd;

8. Klassik Xalq Cəbhəsi Partiyası - 10 namizəd;

9. Azərbaycan Milli İstiqlal Partiyası - 8 namizəd;

10. Milli Cəbhə Partiyası - 7 namizəd;

11. Azərbaycan Xalq Partiyası - 7 namizəd;

12. Ana Vətən Partiyası - 7 namizəd;

13. Müasir Müsavat Partiyası - 6 namizəd;

14. Azad Vətən Partiyası - 6 namizəd;

15. Böyük Azərbaycan Partiyası - 6 namizəd;

16. Haqq Ədalət Partiyası - 5 namizəd;

17. Demokratik İslahatlar Partiyası - 5 namizəd;

18. Vəhdət Partiyası - 5 namizəd;

19. Ədalət Partiyası - 4 namizəd;

20. Azərbaycan Demokrat Partiyası - 4 namizəd;

21. Yeni Zaman Partiyası - 2 namizəd;

22. Gələcək Azərbaycan Partiyası - 2 namizəd;

23. Azərbaycan Demokratik Maarifçilik Partiyası- 1 namizəd;

24. Böyük Quruluş Partiyası - 1 namizəd;

25. Milli Dirçəliş Hərəkatı Partiyası - 1 namizəd;
12-08-2024, 16:38
Kərbəlaya getmək istəyənləri aldatdılar - QMİ-dən AÇIQLAMA


Kərbəlaya getmək istəyənləri aldatdılar - QMİ-dən AÇIQLAMA

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər. Dünən günorta saat 14:20-də İraqa uçmalı olan zəvvarlar onlara saxta bilet verildiyini son anda hava limanında biliblər. Qeydiyyat üçün yaxınlaşdıqda məlum olub ki, onların biletlərinin nömrəsi yoxdur. Məlumatı "Xəzər TV" yayıb.
Məlumata görə, bir çoxu şəhid ailəsi olan zəvvarlar ziyarət üçün 750 manat pul ödəyiblər. Aylardır ki, ziyarəti gözləyən insanlar bütün günü hava limanında cavab gözləyiblər. Zərərçəkənlərin şikayəti əsasında polis vətəndaşları aldatdığı iddia edilən və özünü "Hacı xanım" kimi təqdim edən şəxslə bağlı araşdırma aparır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri bildirib ki, bununla bağlı onlara heç bir müraciət olmayıb.
"Kərbəla ziyarətləri özəl şirklətlər tərəfindən həyata keçirilir. Bu şirkətlərin hamısı lizensiyalıdır və normal fəaliyyət göstərirlər. Şirkətlər insanları aldatmır. Daha çox fərdi şəxslər, dələduzlar insanları aldadır. Həcc və Ümrə ziyarətləri zamanı da dəfələrlə, vətəndaşlar dələduzlar tərəfindən aldadılıblar", - o deyib.
Vüsal Cahangiri söyləyib ki, Kərbəla ziyarətlərinin təşkili məsələsinin Qafqaz Müsəlmanları İdarəsinə verilməsi məsələsi hazırda gündəmdə deyil: "Əlbəttə, gələcəkdə çox şey ola bilər. Həmçinin Kərbəla ziyarətlərinin Qafqaz Müsəlmanları İdarəsinə verilməsi də mümkündür. Bununla bağlı heç bir təklifimiz olmayıb, yoxdur".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, zəvvarlardan polis orqanına müraciəti daxil olmayıb: “Şikayəti olan şəxslərin rəsmi müraciət etmələri tövsiyə olunur. Yayılan məlumatlarla bağlı araşdırma aparılır”.
12-08-2024, 16:04
Dənizdən iki nəfərin meyiti çıxarıldı


Dənizdən iki nəfərin meyiti çıxarıldı

Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, avqustun 12-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 m aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!