3 gün sonra məktəblərdə dərslər başlayır .....                        İrəvanda Ermənistan-Aİ sammiti keçiriləcək .....                        ABŞ-nin İrana qarşı son zərbə planı: Tramp üçün 4 hərbi ssenari .....                        İran mənə yeni Ali Lider olmağı təklif edib - Tramp .....                        Azərbaycana soyuqlar gəlib .....                        Bakının ən rahat iş tapılan rayonları - SİYAHI .....                        Afrika ölkəsinin 15 vətəndaşı Ukraynada öldürülüb .....                        Qarabağda açılan iş yerlərinin sayı sürətlə artır .....                        Üçdən çox mənzili olanlar əlavə vergi ödəyəcək .....                       
9-07-2024, 20:19
İlham Əliyev Pezeşkiana zəng etdi


İlham Əliyev Pezeşkiana zəng etdi

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin Prezident seçilməsi münasibətilə dövlətimizin başçısının daha əvvəl göndərdiyi məktuba görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İran Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub.
Dövlət başçıları ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.
Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlət başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.
Dövlət başçısı bu dəvəti məmnunluqla qəbul edib.
9-07-2024, 19:45
Avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər üçün yeni avadanlıqlar


Avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər üçün yeni avadanlıqlar

Avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər üçün texniki avadanlıqlar tətbiq ediləcək.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, paytaxtın avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər ictimai nəqliyyatın fasiləsiz hərəkətində ləngimələr, süni tıxaclar, maneələr yaradır.
"Şəhər sakinlərini narahat edən bu halların qarşısının alınması istiqamətində DİN tərəfindən tədbirlər görülür. Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaq. Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır. Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir", - məlumatda qeyd edilib.
9-07-2024, 19:44
MİQ imtahanı verənlərin nəzərinə! - Apellyasiya başlayır


MİQ imtahanı verənlərin nəzərinə! - Apellyasiya başlayır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin tarix, coğrafiya və alman dili fənləri üzrə test imtahanının apellyasiya müraciətlərinə qəbul başlayıb.
Bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.
Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
9-07-2024, 18:25
Azərbaycanda bu kanalların yayımı dayandırılır


Azərbaycanda bu kanalların yayımı dayandırılır

Audiovizual Şurasının iclası keçirilib, iclasda bir sıra məsələlərə baxılıb.
İlk olaraq audiovizual media sahəsində fəaliyyətlə bağlı lisenziya alınması üçün müraciətlər müzakirəyə çıxarılıb və müvafiq qərarlar verilib.
Belə ki, Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlərin müvafiq yoxlamaları nəticəsində "Aznet Technologies" Qapalı Səhmdar Cəmiyyətinə universal platforma operatoru (operatorun xidmət adı: "Aznet" olmaqla) lisenziyası, "Metaflix" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Metaflix" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları, "Megogo" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Megogo" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları olmaqla ümumi 5 lisenziya verilib.
Daha sonra iclasda Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılmış monitorinqlər nəticəsində müstəsna yayım hüququnun pozulması ilə bağlı təsbit olunmuş faktlar müzakirə olunub. Monitorinqlər nəticəsində "ATV" televiziya redaksiyasının (kanalının) efirində 18 aprel 2024-cü il tarixdə saat 05.29-06.38 aralığında, "ARB" televiziya redaksiyasının (kanalının) efirində 21 may 2024-cü il tarixdə saat 03.05-04.33 aralığında, "ARB Günəş" televiziya redaksiyasının (kanalının) efirində 13 iyun 2024-cü il tarixdə saat 18.25-19.29 aralığında Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan proqramların (bədii və cizgi filmlərinin) icazəsiz yayımlanması faktları öz təsdiqini tapıb. Şura üzvlərinin bu məsələnin diqqətdə saxlanılması ilə bağlı yayımçıları əvvəlki dövrlərdə xəbərdar etməsi və müvafiq tövsiyələr verməsini nəzərə alaraq bu dəfə həmin televiziya yayımçılarının ("ARB 24" MMC-nin "ARB" kanalının, "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının "ATV" kanalının və "RTV" MMC-nin "ARB Günəş" kanalının) proqramlarının yayımının 11 iyul tarixində 3 saatlıq dayandırılması barədə müvafiq qərarlar qəbul olunub.
9-07-2024, 18:04
Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zəfər Kuboku" keçiriləcək


Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zəfər Kuboku" keçiriləcək

20-21 iyulda Qusar Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək.
İdman Araşdırmalar Mərkəzi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, "Avrora Group"un baş sponsorluğu ilə ardıcıl dördüncü dəfə baş tutacaq yarışa 6 komanda qatılacaq.
Bunlar əvvəlki iki turnirin qalibi "Şuşa", son iki finalçı "Kəlbəcər, ilk turnirin qalibi "Zəngilan", jurnalist müharibə veteranlarından ibarət "Ağdərə", "Report" İnformasiya Agentliyinin kollektivindən təşkil olunmuş "Füzuli" və debütant "Laçın" kollektivləridir.
Püşkatma mərasimi iyulun 12-də saat 10:00-da Bakının Dərnəgül qəsəbəsindəki Voleybol Mərkəzində baş tutacaq.
9-07-2024, 17:44
Azərbaycanda diplomları tanınmayan ali məktəblər hansı ölkələrə məxsusdur?


Azərbaycanda diplomları tanınmayan ali məktəblər hansı ölkələrə məxsusdur?

İyun ayı üzrə xaricdə təhsil almış 308 müraciətçinin 237-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Onların diplomları tanınmayıb.
Bəs diplomlar hansı hallarda tanınmır? Bu kimi hallar əsasən hansı ölkələrin ali məktəbləri ilə bağlı yaşanır?
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə məsələylə bağlı fikir bildirib.
Onun sözlərinə görə, xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması xüsusi bir prosedurdur:
“Bunun üçün ilk növbədə ali təhsil müəssisəsi akkreditasiyadan keçməlidir. Hər bir ölkədə ali məktəblər akkreditasiyadan keçir. Bu həmin ali təhsil müəssisəsinin öz ölkəsində və digər ölkələrdə tanınması deməkdir. Bəzən bizim tələbələr xarici ölkələrə gedir, bu məqama diqqət etmədən akkreditasiyadan keçməmiş ali məktəblərə daxil olur, təhsil alırlar, sonda isə diplomları tanınmır”.
Şura sədri bildirib ki, bu kimi halların baş verməsində başqa səbəblər də ola bilər:
“Ola bilər ki, tələbənin təhsil aldığı universitet qeyri-qanuni olaraq fəaliyyət göstərir, tələbə adını ora yazdırır və dərslərdə iştirak etmir. Belə hallar da aşkar edildikdə diplom tanınmır. Ümumiyyətlə, diplomların tanınması ölkələr arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir”.
H.Əlizadə sonda qeyd edib ki, bu problem əsasən Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində olan bir sıra universitetlərlə yaşanır:
“SSRİ dağılandan sonra potsovet məkanında müxtəlif ali məktəblər formalaşdı. Ali məktəbin formalaşması üçün müəyyən dövr tələb olunur. Bir sıra ali məktəblər özlərinin nüfuzlu ali məktəblər sırasına daxil olması üçün zəruri olan işləri həyata keçirə bilmədilər. Bunun nəticəsində də həmin ali məktəblərin diplomları hətta öz ölkələrində də tanınmır. Nəticədə onlarda təhsil alan tələbələr çətinlik çəkirlər. Bu hallar əsasən Ukraynada yerləşən bəzi ali məktəblərdə yaşanır. Belə halların yaşandığı ölkələrdə çox nüfuzlu ali təhsil müəssisələri də mövcuddur, diplomları yüksək səviyyədə qəbul edilir”.
9-07-2024, 17:37
Quqeşaşvili "Qarabağ"ı tərk etdi


Quqeşaşvili "Qarabağ"ı tərk etdi

“Qarabağ” Gürcüstan millisinin üzvü ilə yollarını ayırıb.
Luka Quqeşaşvili Azərbaycan çempionunu tərk edib.
Gürcüstan millisi ilə AVRO-2024-ün iştirakçısı olan qolkiper karyerasını Yunanıstanda davam etdirəcək. O, “Panserraikos” klubuna transfer edilib. Quqeşaşvili yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, qapıçı 2022-ci ilin əvvəlindən “Qarabağ”ın heyətində idi.
9-07-2024, 17:18
Namizədliyim barədə düşünməyə vaxtım yoxdur - Sabir Rüstəmxanlı


Namizədliyim barədə düşünməyə vaxtım yoxdur - Sabir Rüstəmxanlı

2024-cü il sentyabr ayının 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
İndiyə kimi, bir sıra partiya sədrləri hansı dairədən namizədliklərini irəli sürəcəklərini bildiriblər.
Amma hələ gözləyən, tərəddüd edən partiya liderləri də var.
VI çağırış Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı necə, namizədliyini irəli sürəcək?
O bildirib ki, başı partiyanın seçkilərdə iştirakı məsələsinə qarışıb:
"Mən hələ partiyanı fikirləşirəm. Partiyanın bütün işlərini yoluna qoyduqdan sonra özümün namizədliyimi irəli sürmək barədə fikirləşəcəm. Hələlik bu barədə düşünməyə zamanım yoxdur".
9-07-2024, 17:15
Qarabağ Universitetinin rektoru abituriyentlərə çağırış etdi


Qarabağ Universitetinin rektoru abituriyentlərə çağırış etdi

2024/2025-ci tədris ili üçün Qarabağ Universitetində ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur.
Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, azad edilən ərazilərə ali təhsil ənənələrinin qaytarılması əsas məqsədlərdən biridir: “Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Qarabağ Universiteti ölkəmizin ən müasir ali təhsil müəssisələrindən biri olmalıdır. Prezident İlham Əliyev iyulun 5-də universitetimizə gələrək aparılan işlərin gedişatı ilə maraqlandı, müvafiq tövsiyə və tapşırıqlarını verdi. Biz də Qarabağ Universitetinin gələcəyi ilə bağlı aparacağımız işlərlə bağlı müvafiq tapşırıqları dövlət başçımızdan almış olduq”.
Rektor bildirib ki, Qarabağ Universiteti ən müasir ali təhsil müəssisəsi olacaq:
“Universitetimiz ilk növbədə Azərbaycanımızın sosial-iqtisadi inkişafı ilə bağlı zəruri olan müasir, yüksək ixtisaslı kadrların hazırlanmasını həyata keçiriləcək, həm də tədqiqat əsaslı bir universiteti olacaq. Bu o deməkdir ki, universitetimiz ölkəmizin növbəti mərhələdə inkişafına töhfə verəcək”.
Rektor vurğulayıb ki, növbəti tədris ilinə hazırlıq işləri gedir: “Bilirsiniz ki, ilk dəfə universitetimizə tələbə qəbulu həyata keçiriləcək. Builki tədris ilində universitetimizə yalnız dövlət sifarişi əsasında tələbə qəbulu həyata keçiriləcək. Bu o deməkdir ki, Qarabağ Universitetinin tələbəsi adını qazanacaq istənilən gənc universitetdə heç bir təhsil haqqı ödəmədən təhsil alacaq. Bundan başqa, ödənişsiz şəkildə ən müasir şəraiti olan mənzil tipli yataqxanada tələbələrimiz həm də əməkdaşlarımızı yerləşdirməyi nəzərdə tutmuşuq. Onu da qeyd edim ki, universitetimizə qəbul olunacaq bütün tələbələrə noutbuk hədiyyə olunacaq”.
Ş.Bayramov abituriyentlərə çağırış da edib: “İxtisas seçimi zamanı Qarabağ Universitetini ilk sırada yazsınlar”.
Rektor bildirib ki, onların Qarabağ Universitetinin ilk tələbəsi olmaq şansları var:
“Bu şansı əldən qaçırmasınlar. Onlar Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanmış olacaqlar. Əminik ki, bizi seçən tələbələr universitetin inkişafında fəal rol oynayacaqlar. Biz abituriyentləri dəvət edirik ki, gəlin Qarabağ Universitetinin tələbəsi olur. Elə Qarabağ Universitetini sizinlə bərabər quraq, bu niyyətlə yola çıxmışıq”.
O həmçinin söyləyib ki, növbəti tədris ilində Qarabağ Universitetinə subbakalavrların qəbulu və tələbə köçürülməsi nəzərdə tutulmayıb.
8-07-2024, 20:22
Avtomobil nömrələri oğurlayan şəxs həbs olundu


Avtomobil nömrələri oğurlayan şəxs həbs olundu

Paytaxt ərazisində avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edən daha bir şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, cari ildə polis əməkdaşları tərəfindən vətəndaşlar tərəfindən daxil olan müraciətlər üzrə aparılan araşdırmalarla 11-dən artıq fakt üzrə tədbirlər görülüb.
Həmin əməlləri törətməkdə şübhəli bilinən şəxslərdən daha bir nəfər - əvvəllər Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunmuş, 2002-ci il təvəllüdlü Hüseynov Qəhrəman Ceyhun oğlu məsuliyyətə cəlb edilib.
O, 3 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edib.
Q.Hüseynov barəsində toplanmış material aidiyyəti üzrə göndərilib və müvafiq qərarla 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Onun analoji əməllərdə iştirakı istisna edilmir, əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!