Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                        Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü .....                        Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi .....                        Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı .....                        Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı .....                        Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək .....                        Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO .....                        İrandakı səfirliyimizdə Zəfər Günü münasibətilə rəsmi qəbul .....                        "ABŞ-la danışıqları bərpa etmək mümkün deyil" .....                       
18-01-2024, 19:19
Lənkəranda ər və arvad dəm qazından öldü


Lənkəranda ər və arvad dəm qazından öldü

Lənkəranda ər və arvad dəm qazından boğulub.
Hadisə rayonun Göyşaban kəndi ərazisində baş verib.
Belə ki, Murad Aydın oğlu Cəfərov və Bənövşə Abduləli qızı Cəfərovanın meyitləri yaşadıqları evdə yaxınları tərəfindən aşkar edilib. Onların dəm qazından zəhərlənərək öldükləri ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
18-01-2024, 18:17
44 günlük Vətən müharibəsi iştirakçısı vəfat etdi


44 günlük Vətən müharibəsi iştirakçısı vəfat etdi

Gəncədə 44 günlük Vətən müharibəsi iştirakçısı Vəliyev Əli vəfat edib.
O, uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Əli Vəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
18-01-2024, 17:50
Ötən il Azərbaycana 1.2 milyon ton buğda idxal edilib


Ötən il Azərbaycana 1.2 milyon ton buğda idxal edilib

2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 303 milyon 983 min dollar dəyərində 1 milyon 175,3 min ton buğda idxal edilib.
Göstərici 2022-ci illə müqayisədə həcm baxımından 9.1% və ya 117 min 655 ton, məbləğ baxımından isə 30.4% və ya 132 mln. 538 min dollar çoxdur.
Xatırladaq ki, ötən il buğda idxalı Azərbaycanın ümumi idxalının 1.76%-nə bərabər olub.
Əlavə edək ki, 2023-cü ildə ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, əvvəlki illə müqayisədə 23.4% azalaraq 439.6 manat təşkil edib.
18-01-2024, 17:42
“Prokurorluq haqqında” qanuna dəyişiklik edildi


“Prokurorluq haqqında” qanuna dəyişiklik edildi

Prokurorluq işçiləri ilə yanaşı prokurorluq orqanlarının digər əməkdaşlarının da sosial müdafiəsi gücləndirilir.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Prokurorluq haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən və “Prokurorluq haqqında” qanunun 39-cu maddəsində nəzərdə tutulan vəsaitlərin prokurorluq orqanlarının digər əməkdaşlarının, o cümlədən prokurorluq orqanlarının dövlət qulluqçularının, hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların və prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərin sosial müdafiəsinə yönəldilməsi mümkün olacaq.
Qeyd edək ki, Prokurorluq haqqında qanunun 39-cu maddəsinə əsasən, prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülür:
- prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;
- prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi.
18-01-2024, 16:31
Sahibə Qafarova Qazaxıstanın ölkəmizdəki səfiriylə bir sıra məsələləri müzakirə etdi - FOTO


Sahibə Qafarova Qazaxıstanın ölkəmizdəki səfiriylə bir sıra məsələləri müzakirə etdi - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın ölkəmizdəki səfiri ilə Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsi, Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunması məsələlərini müzakirə edib.
Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayellə görüşən spiker xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu, əlaqələrimizin ümumi dəyərlərin, ortaq tarix, din, dil əsasında uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Sahibə Qafarova deyib ki, həm Azərbaycan, həm də Qazaxıstan müstəqil ölkə kimi zəngin dövlətçilik ənənələri üzərində qurulub və bu gün həmin ənənələrə əsaslanaraq, öz inkişaflarını davam etdirirlər.
Milli Məclisin sədri qeyd edib ki, ölkə başçılarımız arasında əlaqələr münasibətlərimizin inkişafında böyük rol oynayır. Görüşdə qarşılıqlı səfərlərin, keçirilən görüşlərin və tərəflər arasında imzalanan sənədlərin əməkdaşlığın daha da genişlənməsinə töhfələri vurğulanıb. Söhbət zamanı Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.
Sahibə Qafarova Qazaxıstana rəsmi səfərini xatırladaraq, səfər çərçivəsində keçirilən görüşlərdən, parlamentlərimiz arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu bildirib. Spiker, həmçinin Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanovun ötən il Azərbaycan Respublikası Milli Məclisinin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Sahibə Qafarova Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin və onun ölməz ideyalarının bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, Azərbaycanın bu siyasi kursa uyğun olaraq uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Milli Məclisin sədri parlamentarilərin öz xalqlarını təmsil etdiklərini, bu baxımdan qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşməsinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə töhfə verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Milli Məclisinin Qazaxıstan Respublikasının Parlament Məclisi və Senatı ilə yüksək səviyyəli münasibətləri var. Tərəflər həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Bu mənada, dostluq qruplarının uğurlu fəaliyyəti də qeyd edilib.
S.Qafarova görüşdə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, suverenliyimizin bərpası məsələlərindən danışıb. O, təəssüflə dünyada ikili standartların mövcud olduğunu bildirərək, qeyd edib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətləri həzm edə bilməyən bəzi dövlətlər ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqedən çıxış edirlər. Biz Fransanın son dövrlərdə Azərbaycana qarşı mütəmadi hal alan davranışlarında bunu aydın şəkildə görürük. Spiker Fransa Senatının bir neçə gün öncə qəbul etdiyi sonuncu qətnaməsini ikiüzlülüyün bariz nümunəsi adlandıraraq, deyib ki, Fransa bu cür addımları ilə beynəlxalq hüququn normalarına və prinsiplərinə də açıq hörmətsizlik nümayiş etdirir.
Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Alim Bayel də ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirərək, dövlət başçılarımızın uğurlu fəaliyyətinin və qarşılıqlı səfərlərinin bu əlaqələrə töhfə verdiyini deyib. O, səfir kimi fəaliyyətində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə ölkələrimizin birgə icra etdiyi layihələrdən də danışılaraq, Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsi, Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunması qeyd edilib.
Söhbətdə Azərbaycan və Qazaxıstan arasında humanitar sahədə də əməkdaşlığın inkişaf etdiyi bildirilərək, vurğulanıb ki, bu istiqamətdə keçirilən tədbirlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verir. Qeyd olunub ki, ötən il Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



18-01-2024, 15:56
Ödənişli yolda sürət həddi müəyyənləşdi


Ödənişli yolda sürət həddi müəyyənləşdi

Ənənəvi yola alternativ olaraq yaradılmış ödənişli avtomobil yolunda yeni yol nişanı qoyulub.
Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda maksimal sürət həddi 110 km/saat nişanı quraşdırılıb.
Bundan öncə həm qovşaqlara dönən, həm də giriş-çıxış hissələrində 90 km/saat və 70 km/saat nişanı olsa da, artıq 110 km/saat nişanı da qoyulub. Baxmayaraq ki, magistral yollarda maksimal sürrət həddinin 110 km/saat olduğunu hamı bilir. Amma nişan olmadığı üçün sürücülər bundan sui-istifadə edirdilər.
Qeyd edək ki, sürücülərin sürət rejiminə əməl etməsinə nəzarət olunması məqsədilə yaxın zamanda yolda xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulur. Onu da bildirək ki, artıq ödənişli yolda ölüm və ağır xəsarətlə nəticələnən bir neçə yol qəzası baş verib.
18-01-2024, 15:23
“Qəbələ” - “Qarabağ” oyunu təxirə salındı


“Qəbələ” - “Qarabağ” oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, “Qarabağ”ın rəsmi müraciəti və “Qəbələ”nin razılıq məktubunu nəzərə alan PFL Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, ağdamlıların Azərbaycanı UEFA Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə qarşılaşmanı təxirə salıb.
Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı hələ ki, qərar verilməyib. Ancaq klubların əvəzedici heyətləri arasındakı matç təqvimə uyğun şəkildə reallaşacaq.
Qeyd edək ki, XXIII turun digər görüşləri fevralın 17-18-də keçiriləcək.
18-01-2024, 14:49
Naxçıvana yeni yol çəkilir - Rəsmi AÇIQLAMA - VİDEO


Naxçıvana yeni yol çəkilir - Rəsmi AÇIQLAMA - VİDEO

Azərbaycan Respublikasının əsas hissəsini
Naxçıvan Muxtar Respublikası ilə birləşdirən avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısı və Araz çayı üzərində körpünün tikintisi işləri icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)verilən məlumat görə, Azərbaycan Respublikası Prezidentinin Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə tikinti işləri davam etdirilir.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantı yolu və Araz çayı üzərində körpü layihəsi Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolunun 111.8 km-dən ayrılır.
Qeyd olunan layihə üzrə inşa edilən 7.2 kilometrlik 1 dərəcəli bağlantı avtomobil yolunda süni qurğuların (istinad divarları, müxtəlif diametrli borular, düzbucaqlı borular, keçidlər və beton küvetlər) və torpaq yatağının tikintisi davam etdirilir. Görülmüş işlərin fiziki tərəqqisi 80% təşkil edir.
Layihə çərçivəsində Araz çayı üzərində uzunluğu 374 və eni isə 27.6 metr təşkil edəcək avtomobil körpüsünün inşasına da start verilib. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcı zolaqlardan ibarət olmaqla hər bir istiqamətdə üzrə körpü üzərində 2.8 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.
Hazırda ərazidə körpünün dayaq svaylarının vurulması və svay başlıqlarının qurulması işləri davam etdirilir. Bu işlər üzrə tərəqqi 10% təşkil edir.
“İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində inşa edilən avtomobil körpüsü iki ölkə ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. Tikiləcək, avtomobil körpüsünün gündəlik buraxılış qabiliyyəti 1100 ədəd yük-nəqliyyat vasitələrinin təşkil edəcəkdir.

[media=https://youtu.be/b9ycdYreNPo]
18-01-2024, 14:42
Prezident ABŞ-nin yeni təyin olunmuş səfiriylə fikir mübadiləsi apardı


Prezident ABŞ-nin yeni təyin olunmuş səfiriylə fikir mübadiləsi apardı

Prezident İlham Əliyev yanvarın 18-də ABŞ-nin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə fikir mübadiləsi aparılıb.
18-01-2024, 14:33
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - Ailələrə açarları təqdim olundu - FOTO


Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - Ailələrə açarları təqdim olundu - FOTO

Yanvarın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, mərasimdə Komitənin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 127 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 410 ailə, 1519 nəfərin daimi məskunlaşması təmin edilib.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!