TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
22-07-2024, 17:47
Sülhdən əvvəl yaxşı qonşuluq - Bakıdan İrəvana mühüm təklif


Sülhdən əvvəl yaxşı qonşuluq - Bakıdan İrəvana mühüm təklif

Azərbaycan Ermənistan tərəfinə təklif edib ki, müvəqqəti yanaşma olaraq biz iki ölkə arasındakı qonşuluq münasibətlərinin əsasını təşkil edə bilən əsas prinsiplər məsələsində də razılığa gələ bilərik. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
"Buna aralıq sülh müqaviləsi deməzdim. Nəzərə almaq lazımdır ki, 2021-ci ildə bütövlükdə sülh prosesinin əsasını təşkil edən prinsiplərin təşəbbüskarı da Azərbaycan tərəfi idi", - o qeyd edib.
Qonşuluq münasibətləri ilə bağlı sözügedən təklif sülh müqaviləsinin imzalanması prosesi sürətlənə bilərmi?
Təkliflə bağlı danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, burada söhbət ilkin razılıq sazişindən gedir:
“Bəllidir ki, iki ölkə arasında olan problemlərin həllinə nail olmaq üçün aylar, bəlkə də illər lazımdır. Məsələn sərhədlərin müəyyən edilməsi, delimitasiya və demarkasiya prosesi, kommunikasiyaların normallaşması, humanitar problemlərin həll olunması, hüquqi məsələlərin həlli vacibdir. İlkin mərhələdə gələcək sülh danışıqlarına dair hansısa prinsiplər müəyyən oluna bilər. Bu barədə razılığın əldə edilməsi mümkündür. Hər halda cənab Prezident bildirib ki, sülh sazişi mətninin 80-90%-i hazırdır. Bu sülhə aparan yolun başlanğıcı kimi qəbul oluna bilər. Orada da bəzi problemlər var ki, öz həllərini tapmalıdır",
O qeyd edib ki, sülh üçün Ermənistanın müəyyən qanunlarının ləğvi barəsində öhdəlik götürməlidir: "Biz başa düşməliyik ki, bu sülhün təmin edilməsi yox, bu istiqamətdə bir sıra məsələlərin həll edilməsi barəsində saziş ola bilər. Bu da sülh prosesində vacib mərhələdir. Bir çox hallarda bu münaqişədə olan tərəflər arasında bu cür yanaşma tətbiq olunur”.
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov da saziş üçün Ermənistanın addımlar atmalı olduğunu vurğulayıb:
"Prezident İlham Əliyev də bildirmişdi ki, sülh sazişi üzərində iş aparılır. Aparılan işlər bitiriləndən sonra əsas şərt Ermənistanın öz konstutisiyasını təmizləməlidir. Sülhün əldə edilməsi üçün əvvəlcə Ermənisrtan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və konstutisiyasında da buna uyğun düzəliş etməlidir”.
22-07-2024, 17:31
Xaçmazda “Təhsil” İstirahət Mərkəzinin yeni korpusu istifadəyə verildi - FOTO


Xaçmazda “Təhsil” İstirahət Mərkəzinin yeni korpusu istifadəyə verildi - FOTO

Xaçmaz rayonunun Nabran qəsəbəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) “Təhsil” istirahət mərkəzinin yeni tikilən korpusu istifadəyə verilib.
Açılışı olan üçmərtəbəli korpusda ümumilikdə 45 otaq var. Otaqlardan 12-si üç nəfərlik, 33-ü isə beş nəfərlikdir. Bütün otaqlar kondisioner, televizor və soyuducu ilə təchiz olunub.
Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, ATİAHİ RK-ya üzv təşkilatların rəhbərləri iştirak ediblər.
Yeni korpusla yanaşı istirahət mərkəzinin ərazisində tikilən müasir 2 kottec də istifadəyə verilib. Kotteclər ikimərtəbəlidir və hər kottec 10 nəfər üçün nəzərdə tutulub (ümumilikdə 20 nəfər). Kotteclərdə turistlərin rahat dincəlməsi üçün hər cür zəruri şərait yaradılıb.
Bunlardan başqa, istirahət mərkəzinin ərazisində turistlərin istirahəti üçün daha bir hovuz tikilib. İki hissədən ibarət olan hovuz böyüklər və uşaqlar üçün nəzərdə tutulub. Hovuz vaxtaşırı təmizlənib dərmanlanır, xlorlama və dezinfeksiya işləri aparılır. Həmçinin istirahət məkanının yeməkxanası və mətbəxi də yenidən təmir olunaraq genişləndirilib. İstirahətdə olanlar burada milli və Avropa mətbəxinin müxtəlif təamlarından dadırlar.
2013-cü ildə istifadəyə verilən “Təhsil” İstirahət Mərkəzi 10 hektardan artıq ərazini əhatə edir. Buraya yeni tikililərlə birlikdə üçmərtəbəli 3 yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar (ümumilikdə 3), ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər obyektlər daxildir. Mərkəzdə eyni vaxtda 800-ə yaxın şəxs istirahət edə bilir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir.





22-07-2024, 17:22
Jalə Əhmədova geri çəkildi: deputatlığa namizəd olmayacaq


Jalə Əhmədova geri çəkildi: Deputatlığa namizəd olmayacaq

Milli Məclisin VI çağırış deputatı Jalə Əhmədova sentyabrın 1-də keçiriləcək növbədənkənar Parlament seçkilərində iştirak etməyəcək.
Bu barədə onun köməkçisi sorğusuna cavab olaraq bildirib.
Qeyd edək ki, Jalə Əhmədova 2020-ci ildə 59 saylı Salyan seçki dairəsindən deputat seçilib.
O, VI çağırış Milli Məclisdə İnsan hüquqları, Gənclər və idman komitələrinin üzvü olub.
Qeyd edək ki, deputatın köməkçisi onun namizəd olmayacağı barədə məlumatı əvvəlcə təsdiq, daha sonra təkzib edib. Ardınca onun köməkçisi Modern.az-la əlaqə saxlayaraq Jalə Əhmədovanın namizəd olmayacağı barədə qərar qəbul etdiyini bildirib.
22-07-2024, 17:01
Qeydə alınan müşahidəçilərin sayı açıqlandı


Qeydə alınan müşahidəçilərin sayı açıqlandı

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 480 yerli müşahidəçi qeydə alınıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Onlardan 344 nəfər öz təşəbbüsü, 10 nəfər QHT-lərin təşəbbüsü ilə, 126 nəfər isə xüsusi icazə almış müşahidəçilərdir.
22-07-2024, 16:58
Parlament seçkiləri: 16 nəfərin namizədliyi qeydə alınıb - RƏSMİ


Parlament seçkiləri: 16 nəfərin namizədliyi qeydə alınıb - RƏSMİ

Növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün müraciət edənlərin sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasdında məlumat verib.
O bildirib ki, 125 dairə üzrə 1048 nəfər namizəd olmaq üçün müraciət edib.
Məlumata görə, 700 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Onlardan 609 nəfər imza vərəqləri götürüb, 57 nəfər imza vərəqlərini geri qaytarıb, 16 nəfərin namizədliyi qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.
22-07-2024, 16:24
MSK Fəzail Ağamalının partiyası ilə bağlı qərar verdi


MSK Fəzail Ağamalının partiyası ilə bağlı qərar verdi

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar daha bir partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar Fəzail Ağamalının Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
22-07-2024, 16:24
MSK Fəzail Ağamalının partiyası ilə bağlı qərar verdi


MSK Fəzail Ağamalının partiyası ilə bağlı qərar verdi

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar daha bir partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar Fəzail Ağamalının Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
21-07-2024, 16:43
Şuşada ATNA-nın 1-ci iclası


Şuşada ATNA-nın 1-ci iclası

İyulun 21-də II Şuşa Qlobal Media Forumu çərçivəsində Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib.
Toplantıda ATNA-nın İcraiyyə Komitəsində üzv agentliklər Alyansın loqosu ilə bağlı layihələri, veb-saytın konsepsiyasını, birgə təlim proqramlarını və gündəlikdə duran digər məsələləri müzakirə ediblər.
Qeyd edək ki, ATNA 2023-cü ilin noyabrında İstanbul şəhərində keçirilmiş Baş Assambleyada Azərbaycanın AZƏRTAC, Türkiyənin “Anadolu”, Qazaxıstanın “Qazkontent”, Qırğızıstanın “Kabar” və Özbəkistanın “UzA” agentlikləri tərəfindən təsis edilib.
Alyansın məqsədləri agentliklər arasında informasiya mübadiləsini gücləndirmək, birgə təlim proqramları həyata keçirmək, müsabiqələr təşkil etmək, dünya informasiya məkanında türk dünyası haqqında xəbərlər yaymaqdır.
21-07-2024, 13:10
Hakimliyə namizədlər imtahan verdilər


Hakimliyə namizədlər imtahan verdilər

İyulun 21-i məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında fasiləsiz seçimi davam etdirilib.
Test imtahanında müvəffəqiyyət qazanmış 167 hakimliyə namizədlə 21 iyul 2024-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda yazılı imtahan keçirilib. Əvvəlcə Hakimlərin Seçki Komitəsi tərəfindən qapalı iclasda yazılı imtahana təqdim edilməli olan cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlanıb. Həmin inşa mövzuları təsdiq edildikdən sonra Hakimlərin Seçki Komitəsinin üzvləri tərəfindən inşa mövzuları kənar şəxslərlə ünsiyyətə yol verməmək şərti ilə imtahan keçirilən auditoriyaya gətirilib. Namizədlər həmin suallar sırasından təsadüfi yolla cinayət və mülki sahəyə aid suallar seçiblər.
Seçilmiş inşa mövzuları elan edilib və kazusların işlənilməsi üçün namizədlərə 4 saat vaxt verilib. Namizədlər verilən inşa mövzularını həll edərək müvafiq qanunun məzmununu mümkün qədər dolğun çatdırmalı və onun izahını verməklə, qanunun konsepsiyasını ifadə etməlidirlər.
İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib. Yazılı imtahanın nəticələri “ikiqat yoxlama” üsulu ilə yaxın zamanda elan olunacaq. Qeyd edək ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Növbəti test imtahanı dekabrın 15-də keçiriləcək. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan hüquqşünasları müsabiqədə daha fəal iştiraka dəvət edir.
21-07-2024, 12:42
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!