Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                        Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü .....                        Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi .....                        Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı .....                        Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı .....                        Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək .....                        Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO .....                        İrandakı səfirliyimizdə Zəfər Günü münasibətilə rəsmi qəbul .....                        "ABŞ-la danışıqları bərpa etmək mümkün deyil" .....                       
12-01-2024, 16:28
Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşdi


Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşdi

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib.
İki günü əhatə edəcək mərhələnin görüşləri aşağıda göstərilən saatlarda başlayacaq:

30 yanvar (çərşənbə axşamı)

“Səbail” – “Zirə”
“ASCO Arena”, 15:00

“Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”, 19:00

31 yanvar (çərşənbə)

“Araz-Naxçıvan” – “Qəbələ”
“Dalğa Arena”, 16:00

“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 19:00
12-01-2024, 16:12
İlham Əliyev bu qanunlara dəyişiklikləri təsdiqlədi


İlham Əliyev bu qanunlara dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1073-VIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1073-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.
11-01-2024, 21:00
Bakının mərkəzindəki universitetlər kənar ərazilərə köçürülə bilər - VİDEO


Bakının mərkəzindəki universitetlər kənar ərazilərə köçürülə bilər - ViDEO

Bakıda sıxlığı azaltmaq üçün şəhərin mərkəzi hissələrində yerləşən universitetlər kənar ərazilərə köçürülə bilər.
Baş Planda Bakıda bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsi və yaxud mövcud ali məktəblərdən birinin tamamilə yeni bir yerə köçürülməsi nəzərdə tutulur.
Təhsil eksperti Kamran Əsədov deyir ki, ölkədə olan ali təhsil müəssisələrinin əksəriyyəti paytaxtda fəaliyyət göstərir. Tələbə sayının çoxluğu ictimai nəqliyyatın yükünü birə-beş artırır.
Ekspert bildirib ki, sıxlığa səbəb olan əsas amillərdən biri də metrostansiyaların ətrafında bir neçə universitetin yerləşməsidir.
Kamran Əsədov digər ərazilərə köçürülməsi ehtimal edilən ali təhsil müəssisələrinin adlarını da açıqlayıb.
Daha ətraflı aşağıdakı videomaterialda:

[media=https://youtu.be/KMI9H8zOg3o]
11-01-2024, 20:44
İlham Əliyevin müsahibəsi Türkiyə mediasında işıqlandırıldı


İlham Əliyevin müsahibəsi Türkiyə mediasında işıqlandırıldı

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Türkiyə mediasında geniş işıqlandırılıb.
Dövlətimizin başçısının fikirləri Türkiyənin TRT, Anadolu Agentliyi, İHA, NTV, “Haber Global”, ATV kimi nüfuzlu KİV-lərində geniş yayımlanıb.
Anadolu agentliyində dərc olunan yazıda dövlətimizin başçısının İkinci Qarabağ müharibəsi dövründə ən çox Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar apardığına dair ifadələri əks olunub: “Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi, Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi”.
TRT-nin yayımladığı xəbərdə isə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin açılmasının önəmi barədə fikri xüsusi vurğulanıb, dövlətimizin başçısının çıxışından sitatlar tamaşaçıların diqqətinə çatdırılıb. Məlumatda Prezident İlham Əliyevin “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik” ifadələrinə yer verilib. Məqalədə, həmçinin dövlətimizin başçısının fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqladığı bildirilib.
“Haber Global”da yayımlanan informasiyada isə Prezident İlham Əliyevin Fransanın Ermənistanı müharibəyə hazırlaşdırması barədə sözləri diqqətə çatdırılıb: “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır”. Xəbər dövlətimizin başçısının “Xankəndidə Bayrağın qaldırılması Zəfərimizin son nöqtəsi idi”, “Əsgərlərimiz böyük qəhrəmanlıq göstərdi”, “Bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”, “Zəngəzur dəhlizi açılmasa Ermənistan zərər çəkəcək”, “Ermənistanı silahlandıran, müharibəyə hazırlayan ölkə Fransadır”, “Ciddi məsələ olarsa, ilk zəng edəcəyim şəxs Ərdoğandır” və “Azərbaycanlılar Qarabağa qayıdır” fikirlərindən ibarət alt başlıqlarla təqdim olunub. Bundan başqa, xəbərdə dövlətimizin başçısının Qarabağ Zəfəri, Xankəndidə, Xocalıda Azərbaycan Bayrağını ucaltması barədə fikirləri də diqqətə çatdırılıb.
“Haber Global” televiziya kanalında da Azərbaycan Prezidentinin müsahibəsinə dair süjet yayımlanıb.
“İhlas” xəbər agentliyi (İHA) dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsi barədə xəbəri oxuculara Prezident İlham Əliyevin “Ermənistanı silahlandıran, müharibəyə hazırlayan ölkə Fransadır” ifadəsindən ibarət sərlövhə ilə təqdim edib. Məqalədə bildirilir ki, Azərbaycan Prezidentinin Qarabağ məsələsində ədalətin Zəfər çalması barədə sözləri sitat gətirilib: “Ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik... Halbuki, əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar... Yəni, biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir”.
Yazıda Prezident Əliyevin Xankəndi və işğaldan azad edilən digər bölgələrimizdə Azərbaycan Bayrağını ucaltması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Fransanın bölgədə təxribatçı fəaliyyəti və Ermənistanın silahlandırılması, dövlətimizin başçısının Türkiyə Prezidenti ilə bağlı fikirlərinə də geniş yer verilib.
“Star” qəzeti isə xəbəri “Əliyev: Ciddi məsələ olarsa, ilk zəng edəcəyim şəxs Ərdoğandır” sərlövhəsi ilə təqdim edib. Yazıda Prezident Əliyevin Vətən müharibəsi dövründə ən çox Türkiyə və Rusiya prezidentləri ilə danışıqlar aparması barədə fikrinə xüsusi yer verilib: “Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi, Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi”.
11-01-2024, 19:45
Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik - ABŞ rəsmisi


Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik - ABŞ rəsmisi

ABŞ Azərbaycan və Ermənistan arasında sülhü və münasibətlərin normallaşmasını dəstəkləyir.
Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn xarici jurnalistlər üçün onlayn brifinqdə deyib.
"Biz tərəflər arasında sülh sazişini, dayanıqlı və ləyaqətli sülhün əldə olunmasını dəstəkləyirik. Biz iki ölkənin sülhlə bağlı sağlam gündəliyinin olmasından həvəslənirik", - o deyib.
O bildirib ki, ABŞ-nin Azərbaycan və Ermənistanla siyasi, iqtisadi və təhlükəsizlik sahələrində yaxşı əlaqələri var.
"Biz hesab edirik ki, tərəflər arasında sülhün əldə olunması regional iqtisadi inkişaf üçün imkanlar yaradacaq".
Obrayn vurğulayıb ki, sülh region xalqları üçün səmərə verəcək.
11-01-2024, 18:51
Keçən il Astara terminalında 700 min tona yaxın yük aşırılıb - ADY


Keçən il Astara terminalında 700 min tona yaxın yük aşırılıb - ADY

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli struktur vahidlərindən biri olan Astara terminalında 2023-cü il ərzində 700 min tona yaxın yük aşırılıb, bu da 2018-ci il - fəaliyyətə başladığı dövr ilə müqayisədə üç dəfə çoxdur.
Bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) yayıb.
Hazırda terminalda biraşırımlı avtomobil yolu körpüsünün, üçaşırımlı Kəmərbəndi körpüsünün, 4 biraşırımlı dəmir yolu körpüsünün, 10 xidmət binasının və 2 platformanın tikintisi işləri davam etdirilir.
2024-cü ildə terminalın tikintisi tamamlandıqdan sonra yükaşırma gücünün illik 3,5-4 milyon tona çatdırılması nəzərdə tutulur.
Aşırılan yüklər taxta və taxta məmulatları, tikinti materialları (klinker, sement, qranit və mərmər daşlar, kafel), kimyəvi məhsullar, dənli bitkilər (arpa, taxıl, buğda və mərci), meyvə və tərəvəzlər, konservləşdirilmiş məhsullar, qida məhsulları və alkoqolsuz içkilərdir.
Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə qlobal ticarətin təşviqi istiqamətində Astara terminalının inşasına başlanılıb. Terminal İranın Astara şəhərində 35 ha ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi Azərbaycana 25 il müddətinə icarəyə verilib. Astara terminalında yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir və 2022-ci ilin sentyabr ayından ADY-nin törəmə şirkəti olan “Astara Terminal” MMC tərəfindən aparılır.
11-01-2024, 17:41
Elbay Qasımzadə:”Paytaxt Bakının digər əraziyə köçürülməsi yanlış fikirdir”


Elbay Qasımzadə:”Paytaxt Bakının digər əraziyə köçürülməsi yanlış fikirdir”

“Paytaxt Bakının digər əraziyə köçürülməsi yanlış fikirdir. Paytaxtın öz funksiyaları var və bu funksiyalar daxilində şəhər öz həyatını yaşamalıdır”.
Bunu AZƏRTAC-a “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na münasibət bildirərkən Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.
Bakıda həddən artıq yüklənmə olduğunu etiraf edən E.Qasımzadə bildirib ki, bir çox iri dövlət qurumları artıq şəhərin mərkəzi hissəsindən köçürülüb:
“Eyni zamanda, Heydər Əliyev prospektində böyük dövlət qurumları üçün yeni ofislərin tikintisi aparılır. Bu düzgün siyasət olmaqla yanaşı özünü tam doğruldur. Həmçinin şəhərin mərkəzində nəqliyyatın sıxlığını bir qədər yüngülləşdirir. Amma əsas bu deyil. Paytaxtın köçürülməsi ilə birgə böyük sayda mütəxəssislərin, dövlət qulluqçularının da başqa yerə köçürülməsi düşünülməlidir. Bu mümkündürmü?”
Paytaxtın köçürülməsi ilə bağlı Qazaxıstan nümunəsindən danışan sədr bildirib ki, ölkə paytaxtının Almatıdan Astanaya köçürülməsinin təkcə Almatı şəhərinin yüklənməsi problemi deyil, digər səbəblər də var idi:
“Amma nə əldə olundu? Bu gün Astana maraqlı bir memarlıq muzeyidir, amma bir şəhər olaraq canlanma yoxdur. Mütəxəssislər və dövlət qulluqçuları Astanaya məcburiyyət qarşısında köçürüldülər. Lakin Almatının əsas sakinləri köçmədilər”.
E.Qasımzadə qeyd edib ki, ali tədris müəssisələrinin də Bakıdan çıxarılması və onlar üçün kampusların tikilməsi barədə fikirlər səsləndirilir. Bu ideya Bakının Baş planının əvvəlki redaksiyalarında da olub.
“Amma bunu həyata keçirmək o qədər də asan deyil. Çünki sözügedən tədris ocaqlarında çalışan professor, müəllim heyəti hər gün uzaq məsafə qət etməli olacaqlar. Bu, əslində böyük problemdir. Odur ki, Azərbaycan paytaxtının kənara köçürülməsi yanlış fikirdir”, - deyə Elbay Qasımzadə əlavə edib.
Bakının Baş planı təsdiq edildikdən sonra ən çox müzakirə olunan mövzulardan olan paytaxtda tramvay nəqliyyatının bərpasına da toxunan E.Qasımzadə Baş planda qeyd olunan qərarın lehinə olduğunu açıqlayıb:
“Əslində etiraf etməliyik ki, tramvayın olub-olmaması Bakının inkişafına o qədər də böyük təsir göstərmir. Amma bir Bakı sakini olaraq düşünürəm ki, Avropanın və dünyanın bir çox qədim şəhərlərində olduğu kimi Bakıda da tramvay olmalıdır, tramvayı bərpa etmək vacibdir. Bilirəm ki, dövlət tərəfindən bu istiqamətdə hansısa addımlar atılır. Tramvay yaxşı nəqliyyat vasitəsidir və öz yolu ilə gedir. Ona görə də avtomobilin hərəkətinə o qədər də mənfi təsir göstərmir. Avtobuslar üçün isə xüsusi yollar salınmasına baxmayaraq, yenə də küçənin ortası ilə avtomobillərlə bərabər hərəkət edirlər. Bu, problem yaradır. Amma tramvay heç bir problem yaratmayacaq. Sakinlər üçün cəlbedici bir nəqliyyat vasitəsidir. Ona görə tramvayın bərpasının tam tərəfdarıyam”.
Paytaxtın Baş planında yer alan yaşıllaşdırma planlarına da toxunan Azərbaycan Memarlar İttifaqının sədri Bakının yaşıllaşdırılması proqramının 1971-ci ildə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdən Azərbaycan Kommunist Partiyasının və Nazirlər Sovetinin birgə qərarı ilə planlaşdırıldığını qeyd edib.
Onun sözlərinə görə, Bakıda yaşıllıqların artırılması sahəsində son 50 ildə çox böyük işlər görülüb.
“Çox təəssüf ki, bəzi yaşıllıq massivlərində ağaclar qırılıb, tikililər aparılıb. Amma Bakının yaşıllaşdırılması problemi bu gün dövlət başçısının diqqət mərkəzindədir. Son bir neçə ildə bir neçə böyük yaşıllıq sahələri yarandı. Nümunə olaraq Füzuli küçəsi boyu Mərkəzi Park, dənizkənarı bulvarın genişlənməsi və s. Gələcəkdə bulvarın uzunluğu 21 kilometrə qədər çatdırılacaq və Baş planda bu əlbəttə ki, nəzərdə tutulub. Ümumiyyətlə Baş planda Bakının bir sıra yenidənqurmaya məruz qalacaq ərazilərində də yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulub. Yəni Baş plan konkret tikililərin aparılması üçün olan sənəd deyil. Baş plan şəhərin inkişaf konsepsiyasını müəyyənləşdirən, istiqamətlərini göstərən və ən vacib problemlərin həllini təklif edən bir sənəddir. Bu plan 2040-cı ilədək olan müddətə tərtib olunub. Bu müddətə isə 16 il qalıb. Bu müddətdə ola bilər ki, hansısa yeni fikirlər, təkliflər yarana bilər. Bu o demək deyil ki, o fikirləri biz saxlamalı və yalnız 2040-cı ildən sonra tətbiq etməliyik. Biz şəhərin xeyrinə olan hər bir sağlam təklifi və fikri istifadə etməliyik və vaxtında yerinə yetirməliyik”.
11-01-2024, 16:52
Yaşa görə pensiyaya çıxanların sayında azalma olacaq


Yaşa görə pensiyaya çıxanların sayında azalma olacaq

Yaşa görə pensiyaya çıxanların sayında azalma olacaq.
Buna səbəb qadınların pensiya yaşının artırılmasıdır.
Qadınların pensiya yaşının artırılması yaşa görə pensiyaya çıxanların sayının azalmasına səbəb olacaq. Bildirək ki, 2019-cu ildə yaşa görə 742 min insan pensiya alırdı. Bunun 466,8 min nəfəri qadınlar idi. 2023-cü ilin əvvəlində yaşa görə pensiya alanların sayı 696 min nəfərə, qadın pensiyaçıların sayı isə 404,5 min nəfərə enib.
Pensiya yaşının artırılmasından sonra qadınlar arasında yaşa görə pensiya alanların sayı bir qədər də azalacaq.
Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
10-01-2024, 22:08
Prezidentlə müsahibədə 6 yerli telekanalın təmsilçisi iştirak etdi


Prezidentlə müsahibədə 6 yerli telekanalın təmsilçisi iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib.
Prezident İlham Əliyevlə müsahibədə 6 yerli telekanalın təmsilçisi iştirak edib.
Bunlar Azərbaycan Televiziyası (AzTV), Real TV, İctimai Televiziya, Xəzər TV, ARB TV, CBC TV-dir.
İki telekanalı onların rəhbərləri təmsil edib – AzTV-nin sədri Rövşən Məmmədov və Real TV-nin rdirektoru Mirşahin Ağayev müsahibədə özləri iştirak ediblər. Digər telekanallar müsahibədə əməkdaşlar səviyyəsində təmsil olunub. İctimai Televiziyadan müsahibədə Xəbərlər Departamentinin direktoru Fikrət Doluxanov, Xəzər TV-dən xəbər aparıcısı Günel Qədimova iştirak edib.
Qeyd edək ki, “Space” TV və ATV Prezident İlham Əliyevlə müsahibəyə dəvət olunmayıb
10-01-2024, 21:41
Prezident işğal altında qalan kəndlər barədə danışdı


Prezident işğal altında qalan kəndlər barədə danışdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə danışıb.
Dövlət başçısı bu gün işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib.
“Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, - Prezident İlham Əliyev vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!