Külək güclənəcək - XƏBƏRDARLIQ .....                        Müəllimini güllələyən şagird HƏBS EDİLDİ .....                        Güllələnən müəllim palataya köçürüldü .....                        Qohumları ilə dalaşan kişi infarktdan öldü .....                        75 illik mənalı ömür yolu .....                        Azərbaycan daim Pakistanın yanındadır .....                        Şəmkirdə qəsdən adam öldürmə cinayətinin üstü açıldı - Birgə məlumat .....                        Narkotikə görə saxlanılan şəxs həbs olundu .....                        Liseydə güllənənən müəllimin atası danışdı - VİDEO .....                       
30-04-2024, 00:03
ADNA terrorundan 15 il keçir


ADNA terrorundan 15 il keçir

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 15 il ötür.
2009-cu ilin 30 aprel tarixində ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov sonuncu mərtəbəyə qədər qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açıb.
Güllə 25 nəfərə tuş gəlib. Onlardan 13-nün həyatını xilas etmək mümkün olsa da, 12 nəfər dünyasını dəyişib.
Fərda Qədirov sonda özünü güllələyib. Onun üzərindən "Makarov" tipli tapança, hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrontaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.
İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar insanları əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.
29-04-2024, 18:51
Avropa Parlamentinin üzvündən Azərbaycana dəstək


Avropa Parlamentinin üzvündən Azərbaycana dəstək

Aprelin 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomaş Piotr Porebanı qəbul edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Avropa Parlamentində (AP) təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etdiyini deyən Səməd Seyidov bildirib ki, AP-nin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq 25 aprel tarixli qətnaməsi yalan və saxta məlumatlar üzərində qurulub. Bildirilib ki, bu əsassız qətnamə ölkəmizə qarşı irəli sürülmüş qondarma iddiaların açıq təzahürü olmaqla yanaşı, eyni zamanda, ikili standartların bariz nümunəsidir. Azərbaycana qarşı çirkin siyasi aksiyaların həqiqi səbəblərinin hamıya məlum olduğunu deyən komitə sədri vurğulayıb ki, heç bir qüvvə bizə təzyiq göstərə bilməz, ölkəmiz bundan sonra da müstəqil və yalnız sülhün, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə yönəlmiş siyasətini davam etdirəcəkdir.
Tomaş Piotr Poreba səfərinin məqsədləri barədə məlumat verib. İlyarım əvvəl Azərbaycana birinci səfəri zamanı işğaldan azad olunmuş Şuşa şəhəri ilə tanışlığından bəhs edən qonaq, regionda cərəyan edən tendensiyalara və gələcək inkişaf perspektivlərinə toxunub, Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə danışıqların müsbət nəticələrindən məmnunluğunu ifadə edib. Azərbaycanın mühüm iqtisadi-coğrafi mövqeyi barədə fikirlər söyləyən Tomaş Poreba ölkəmizin Avropa İttifaqı (Aİ) ilə əlaqələri barədə danışıb, Aİ-nin Cənubi Qafqaz regionun aparıcı ölkəsi olan Azərbaycanla bir çox sahələrdə, o cümlədən enerji, ətraf mühit, nəqliyyat və logistika kimi mühüm əhəmiyyətli seqmentlərdə əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyinə dair fikirlərini səsləndirilib.
Son dövrlərdə Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli və ikili standartları özündə ehtiva edən mövqeyini pisləyən qonaq, bu mövqeyi ədalətsiz və məntiqə sığmayan addım kimi dəyərləndirib. Ortaya çıxan məsələlərin təzyiq yolu ilə deyil, yalnız əməkdaşlıq və bərabərhüquqlu dialoq yolu ilə həll olunmasının əhəmyyətini qeyd edən Avropa Parlamentinin üzvü Azərbaycanın Aİ-nin etibarlı tərəfdaşı olduğunu, bu əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə komitənin üzvü Tural Gəncəliyev Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıqdan söz açıb, ölkəmizin qurumla nəqliyyat və logistika sahəsində də əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
29-04-2024, 17:33
Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub - Ermənistan Ədliyyə Nazirliyi


Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub - Ermənistan Ədliyyə Nazirliyi

"Demarkasiyanın başa çatmasına dair sənəd parlament tərəfindən ratifikasiya olunacaq və Ermənistan və Azərbaycan arasında dövlət sərhədi haqqında beynəlxalq müqavilə olacaq".
Bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik xatırladıb ki, SSRİ-də qüvvədə olan xəritələrə görə 4 kənd Sovet Azərbaycanına məxsus olub.
Qeyd olunub ki, sərhəd dirəklərinin quraşdırılması da tərəflərin razılaşdırdığı xəritələr əsasında baş verir. Bildirilib ki, İrəvan və Bakı komissiyalarının imzaladığı protokolda “mayın 15-dək sərhədin müəyyən hissəsinin təsdiq edilməsindən”, sonra isə bu əraziyə sərhəd qoşunlarının yerləşdirilməsindən söhbət gedir.
Açıqlamada deyilir ki, son günlər delimitasiya və demarkasiya üzrə komissiyanın işi və Tavuş vilayətində aparılan proseslə bağlı bir sıra yalan və çaşdırıcı tezislər səslənir.
Nazirlik əlavə edib ki, "Ermənistan Respublikasının inzibati ərazi bölgüsü haqqında" qanununa əsasən, ölkənin ərazisinə sözügedən 4 kənd daxil deyil.
29-04-2024, 17:19
Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi


Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi

Nazirlər Kabineti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında qərar qəbul edib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Regional Su Meliorasiya Xidməti, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun nizamnamələri təsdiq edilib.
29-04-2024, 16:53
Avtoxuliqanlıq edən şəxs həbs olundu


Avtoxuliqanlıq edən şəxs həbs olundu

"Toyota Prado" markalı, 01-CJ-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muradov Pərviz Elşad oğlu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bakı Şəhər DYP İdarəsindən verilən məlumata görə, sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.
29-04-2024, 16:34
Polis əməliyyat keçirdi, narkotacirlərin səs yazıları yayıldı - VİDEO


Polis əməliyyat keçirdi, narkotacirlərin səs yazıları yayıldı - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Xırdalan şəhəri, Masazır, Novxanı, Saray və digər qəsəbə ərazilərində silsilə əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbirlər zamanı paytaxt sakinləri Əvəz Alışov, Rövşən Qurbanov, əvvəllər məhkum olunmuşlar Hacıəli İmanov, Orxan Vəliyev, Təbriz Cəfərov və Sərdar Əsgərov saxlanılıblar. Onlardan, idarə etdikləri avtomobillərindən, paytaxt və Abşeron rayonun müxtəlif ünvanlardakı mənzillərində 5 kiloqrama yaxın heroin, marixuana, metamfetamin və psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirilən narkotikləri satmaq məqsədi ilə əldə etdikləri müəyyən olunub.
Qeyd edilib ki, saxlanılan şəxslər narkotiklərin bir qismini “izi” itirmək məqsədi ilə qəbirstanlıqda məzar daşlarının yanında gizlətməkdən belə çəkinməyiblər.
Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

29-04-2024, 16:10
Qadın şahmatçımız Avropa çempionu oldu


Qadın şahmatçımız Avropa çempionu oldu

Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanda keçirilən Avropa çempionatının qalibi olub.
Qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
Azərbaycan yarışda 10 şahmatçı ilə təmsil edilib.
29-04-2024, 15:30
İsa Qəmbər Müsavat başqanlığına namizəd oldu


İsa Qəmbər Müsavat başqanlığına namizəd oldu

Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq.
Bu barədə Partiyanın mətbuat xidməti məlumat yayıb.
İsa Qəmbər bu haqda qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb. Bundan əvvəl Natiq Ulubəy və Osman Kazımov başqanlığa öz namizədliklərini irəli sürüblər.
1957-ci il fevralın 24-də doğulan İsa Qəmbər Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1979-cu ildən elmi fəaliyyət göstərib. 2014-cü ildə başqan postundan gedən İsa Qəmbər partiya Məclisinin üzvüdür.
29-04-2024, 15:06
Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır


Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır

29.04.2024-cü il tarixində saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.
Bu barədə TƏBİB məlumat yayıb.
Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlayıb. Məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.
28-04-2024, 17:28
Bakıda restoranda yanğın - İşçilər tüstüdən zəhərləndi


Bakıda restoranda yanğın - İşçilər tüstüdən zəhərləndi

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış 1 ədəd kompressor yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın zamanı 3 nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!