TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
13-07-2024, 15:15
ATƏT fəaliyyətini reallıqlara uyğun qurmalıdır - Ceyhun Bayramov


ATƏT fəaliyyətini reallıqlara uyğun qurmalıdır - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, regional əməkdaşlıq imkanları müzakirə olunub.
Mövcud regional və beynəlxalq təhlükəsizlik vəziyyətinin fonunda ATƏT çərçivəsində regional məsələlərin beynəlxalq hüquq normaları əsasında həllini tapması istiqamətində mövcud imkanlardan səmərəli istifadənin vacibliyi vurğulanıb. Bu istiqamətdə, təşkilatın öz fəaliyyətini günümüzün reallıqlarına uyğun şəkildə qurmasının əhəmiyyəti qeyd olunub. Ölkəmizin ATƏT-lə bir sıra istiqamətlər üzrə ən fəal üzvlərindən olduğu diqqətə çatdırılıb.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin mövcud əməkdaşlıq gündəliyində iqlim fəaliyyəti istiqamətinin gücləndirilməsinə töhfə verə biləcəyi qeyd edilib.
C.Bayramov postmünaqişə dövründə regional vəziyyət, ölkəmizin bərpa, yenidənqurma və sülh gündəliyi, mövcud təhdid və çağırışlardan ətraflı bəhs edib. Ermənistanın mina təhdidinin vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə qayıdışına, habelə bu istiqamətdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə hədə törətməkdə davam etdiyi bildirilib.
Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib. Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
13-07-2024, 15:00
Prezident sülh müqaviləsi ilə bağlı əsas şərtini açıqladı


Prezident sülh müqaviləsi ilə bağlı əsas şərtini açıqladı

“Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulması vacibdir”. Butov.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edərkən deyib.
Dövlət başçısı onu da bildirib ki, Azərbaycanın sülh gündəliyinə sadiqdir və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişiklərin aparılması, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulması vacibdir.
13-07-2024, 14:47
Ermənistan qısa müddətdə sülh müqaviləsini imzalamağa hazırdır - Ruben Rubinyan


Ermənistan qısa müddətdə sülh müqaviləsini imzalamağa hazırdır - Ruben Rubinyan

Ermənistan qısa müddət ərzində Azərbaycanla sərhədin demarkasiyası prosesini davam etdirməyə və sülh müqaviləsi imzalamağa hazırdır.
Bu sözləri Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan X BRICS Parlament Forumundakı çıxışı zamanı deyib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin 12 kilometrlik hissəsi artıq demarkasiya olunub və sərhədin müvafiq hissələrində hər iki tərəfin sərhəd xidmətləri yerləşdirilib.
“Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir ambisiyası yoxdur və sərhədlərin demarkasiyası prosesinin davam etdirilməsi, qısa müddətdə sülh müqaviləsinin bağlanması və imzalanması istiqamətində konstruktiv və intensiv iş görməyə hazırdır”, - deyə Rubinyan vurğulayıb.
O, Ermənistanın həm də regional infrastrukturların blokunu açmaqla beynəlxalq tranzit marşrutlarının bir hissəsinə çevrilməkdə maraqlı olduğunu vurğulayıb.
13-07-2024, 14:16
Kiçik ada dövlətləri Azərbaycanın gündəliyindədir - İlham Əliyev


Kiçik ada dövlətləri Azərbaycanın gündəliyindədir - İlham Əliyev

İnkişaf etməkdə olan kiçik ada dövlətləri Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biridir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edərkən deyib.
Dövlət başçısı Azərbaycanın yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışıb. Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirib.
13-07-2024, 14:11
Hərbçilərimiz PUA-larla şərti düşməni məhv etdi - VİDEO


Hərbçilərimiz PUA-larla şərti düşməni məhv etdi - VİDEO

"Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminə cəlb edilən Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, plana uyğun olaraq, təlim çərçivəsində əməliyyat qrupu tərəfindən qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritə üzərində işlənilib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları pilotsuz uçuş aparatı (PUA) vasitəsilə uçuşlar həyata keçirərək, təlimin digər iştirakçı dövlətlərinin PUA bölmələri ilə qarşılıqlı əlaqədə ərazinin hava kəşfiyyatını aparmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin ediblər.
Təlim meydançasında hücuma keçən Azərbaycan Ordusunun Quru Qoşunlarının hərbi qulluqçuları şərti düşmən qüvvələrinin müqavimətinin qarşısını alaraq onun canlı qüvvəsini və döyüş texnikasını məhv ediblər.
Eyni zamanda, təlimə cəlb edilən komandolar qrup şəklində sürətlə şərti düşmənin arxasına sızaraq mövqeyin ələ keçirilməsi, eləcə də hakim yüksəkliklərin və yolların nəzarət altında saxlanılması üzrə tapşırıqları icra ediblər.
Həmçinin döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı yaralı hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi və onların döyüş meydanından təxliyə olunması həyata keçirilib.
"Birləşdik - 2024" beynəlxalq təlimində qarşıya qoyulan bütün tapşırıqlar iştirakçı dövlətlərin hərbi qulluqçuları tərəfindən yüksək peşəkarlıqla icra edilir.

13-07-2024, 13:45
Jurnalist 3 ildən sonra veteranlıq statusu aldı - FOTO


Jurnalist 3 ildən sonra veteranlıq statusu aldı - FOTO

Vətən müharibəsində iştirak edən jurnalist Hafiz Əhmədov 3 ildən sonra müharibə veteranı statusu qazanıb.
Bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.
H.Əhmədovun sözlərinə görə, bunun üçün illərlə mübarizə aparmalı olub və könüllü cəbhəyə yazılmasının 4-cü ildönümündə təsdiq cavabı alıb: “Nəhayət, mənim də veteranlıq statusum təsdiq olundu. Artıq mən də müharibə veteranıyam! 3 ildən sonra haqq, ədalət zəfər çaldı! Həyatımda qazandığım ən böyük uğurumdur. Ədalətli, vicdanlı, qorxmaz, mərhəmətli olub haqqı müdafiə edənlərin hər birinə dərindən təşəkkür edirəm.
Mən 4 il öncə məhz Tovuz döyüşlərində qəhrəman generalımız Polad Həşimov şəhid olan gün Tovuz Rayon Səfərbərlik İdarəsində könüllü əsgər kimi qeydiyyatdan keçmişdim. Veteran statusum da Tovuz döyüşlərinin ildönümü günündə, yəni 12 iyul 2024-cü il tarixində təsdiq olundu”.

13-07-2024, 09:17
2024 "QURAN SƏDASI" MÜSABİQƏSİNİN FİNAL MƏRHƏLƏSİ


2024 "QURAN SƏDASI" MÜSABİQƏSİNİN FİNAL MƏRHƏLƏSİ

Rəhimli və mərhəmətli Allahın adı ilə!
2004- cü il iyulun əvvəlində "Quran sədası" müsabiqəsi başa çatdı.
Qeyd edim ki, artıq Azərbaycanda ikinci dəfədir telelayihə çərçivəsində "Quran sədası" adlı müsabiqə keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd Hz Muhəmmədin (s) yer üzündəki ümmətinə vəsiyyət edərək qoyduğu iki mühüm və ağır əmanəti qoruyub saxlamaqdan ibarətdir. Uca Allahın bəşəriyyət üçün hidayət çırağı olaraq göndərdiyi müqəddəs Qurani-Kərimin olduğu kimi qorunub saxlanılaraq düzgün oxuyub nəsildən nəsilə ötürülməsi və Əhli-beyt!
Məhz bu mübarək və məsuliyyətli məqsəd və prinsiplər çərçivəsində görülən bütün işlər İlahinin bizlərə bəxş etdiyi müqəddəs və ali əmanətlərimizə olan bağlılığın bariz nümunəsidir. Həmd olsun Aləmlərin Rəbbinə ki, Azərbaycanda bu mübarək missiyanı layiqincə təmsil edən yüksək dəyərlərə malik elm-ürfan sahibi Quran Ustadlarımız var. Ümmətin ən şəfaətçi nümayəndələrindən biri də Quranı oxuyub başqalarına öyrədənlərdir. Düzgün və gözəl Quran oxuyanların sayının çoxalması məqsədilə başladılan "Quran sədası" müsabiqəsi iki mərhələdən ibarət idi.
Birinci mərhələdə çoxsaylı Quran Qariləri arasından ölkəmizin dəyərli Ruhaniləri və beynəlxalq Quran Ustadlarımız tərəfindən 10 nəfər iştirakçı seçilmişdir. 10 həftədən artıq davam edən müsabiqə iştirakçıları aşağıdakılardır.

1. Eldar Əhmədzadə
2. Fuad Əliyev
3. Əlixan Əhmədov
4. Simran Əliyev
5. Mahir Əliisgəndərov
6. Ramil Vəlişov
7. Hümmət Məmmədov
8. Yusif Hüseynov
9. Tural Hüseynli
10. Kamran Hacıyev

Müsabiqədə əsas üstünlük muğam, səslər, təcvid, ləhn və məlahətə verilirdi. Ən böyük məqsəd və missiya ondan ibarət idi ki, qüsursuz və düzgün şəkildə Quran oxuyanların sayı çoxalsın. Həmçinin bütün bacarıq və qabiliyyətlərini nümayiş etdirən iştirakçılarımız üçün gələcəkdə beynəlxalq Quran yarışlarında iştirak etməyə əlverişli şərait yaransın. Çünki təcvid, üzdən oxu və gözəl səs Qari olmaq üçün bir insanda vəhdət təşkil etməlidir. Bunun üçün dəyərli münsiflər heyəti hər bir iştirakçı ilə ayrı-ayrılıqda məşq edərək həmin 10 həftə ərzində böyük əmək sərf etdilər.
Çox hörmətli münsiflər heyətinin nümayəndələri beynəlxalq Quran Qarimiz-Quran mərkəzinin sədri Ustad Hacı Ruslan Qasımov, layihənin rəhbəri beynəlxalq Quran Qarimiz Ustad Hacı İlkin Həsənzadə və dəyərli Ruhanimiz Quran Ustadı Seyyid Mirəli Musayev idi. 10 nəfər iştirakçının hər biri üçün münsiflər heyətinin ayrı-ayrılıqda 100 ballıq sistem üzrə qiymətləndirmə hüququ vardı. Muğamlardan 40 bal, təcvid 40 bal, vəqfi-ibtidadan 20 bal. Həmçinin balların hesablanma sırasında müsabiqə boyunca sona qalan 3 iştirakçı növbəti mərhələyə keçid etmək üçün pərdə arxası 100 Qarinin və tamaşaçıların səsvermə hüququndan istifadə etməyə sahib idilər.
Beləliklə Final mərhələsi "Quransevərlər" cəmiyyətinin yaradılmasının 21- ci ilinə təsadüf edilən 2024 "Quran sədası" müsabiqəsinin birinci, ikinci və üçüncü yerin qalibləri müəyyən edildi.

1- ci yer Yusif Hüseynov.
2-ci yer Eldar Əhmədzadə.
3-cü yer Fuad Əliyev.

Sonda hər üç iştirakçıya diplom təqdim edildi. Həmçinin birinci yerin qalibi Yusif Hüseynova iki nəfərlik Ümrə ziyarəti, ikinci yerin qalibi Eldar Əhmədzadəyə bir nəfərlik Ümrə ziyarəti və üçüncü yerin qalibi Fuad Əliyevə Kərbəla ziyarəti hədiyyə olundu. Bütün iştirakçılara uğurlar və müvəffəqiyyətlər diləyirəm. Allah məqamlarını daha da uca etsin. Amin!
Yer üzünə nazil olduğu zaman ilk ayəsi "Oxu" nidasıyla başlayan müqəddəs Quran uca Allahın əsrlər boyu dünya var olduqca araşdırılıb öyrənildikcə bitib tükənməyən möcüzələr xəzinəsi, elmi tədqiqatlar, inqilabi kəşflər baş verdikcə yenidən intəhasızlıqlar kəşf edən sonuncu səmavi bir kitabdır. Allahın əzəli və əbədi varlıq olduğunu tərənnüm edən 114 surə, 6236 ayə və 30 cüzdən ibarət olan ilahi bir kitab müqəddəs himnidir. Əzəmətli və Uca Rəbbim hər zaman dünyamızı müqəddəs Quran sədasıyla rövnəqləndirərək münəvvər etsin. Uca Rəbbim müqəddəs Quran zikr edən edən gözlərə nur, dinləyən könüllərə hüzur bəxş etsin. Ömrümüzdən və həyatımızdan müqəddəs Quran sədasının gözəlliyi və ilahi hikmət payı heç bir zaman əskik olmasın. Ruhun əlifbası, etiqad, tövhid, həyat kitabı xoş xəbər verən, moizə edən, ilahi nur hikmət və şəfaət toplusu olan müqəddəs Quranın nuru əqidə və amalımızı, xislətimizi paklaşdıraraq bizləri həqiqi əməl sahiblərindən qərar versin!
Rəbbim ali əxlaqi dəyərlərə yüksək elmi mədəniyyətə xidmət edərək Allahın müqəddəs əmanətlərini şərəf və ləyaqətlə qoruyub uca tutan Ustad və Qarilərimizi Qurandan və Əhli-beyt əhlindən ayrı salmasın. Müsabiqə boyunca şəhidlərimizin müqəddəs və pak ruhuna hədiyyə olunan Quran zikrləri Allah dərgahında ali dərəcədə qəbul olunsun İnşallah! Uca Allah dünyamızı imamət, hidayət, vilayət çırağının nuru müqəddəs Quranın hikmət, əzəmət və qüdrətinin gücüylə münəvvər edərək bizləri cənnətə doğru aparan yolları geniş və aydın etsin. Amin!
Fürsətdən istifadə edib dəyərli Ruhanimiz Hacı Ramil Bədəlova və teleaparıcı Oktay Quliyevə həmçinin müsabiqənin keçirilməsində əməyi əziyyəti olan hər kəsə Quran aşiqləri adından dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Allah bütün iştirakçıların ömrünə, elminə bərəkət, səsinə və nəfəsinə qüvvət versin. Bu müqəddəs məsuliyyətli və şərəfli yolda uğur sancağı daima qismətiniz olsun əzizlərim. Hər zaman müqəddəs Quranla məşhur olasınız. Amin İnşallah!

QURAN SƏDASI

Allah eşqli tövhid dinin irfanı,
Sağı, solu mələklərdi hər yanı,
Əməliylə ön cərgədə duranı,
İlahinin qüdrəti var o səsdə.

Cəbrayılın yerə enmə məqamı,
Möcüzədir hər bir nitqi, kəlamı,
Pak səmavi kitabların sultanı,
İlahinin qüdrəti var o səsdə.

Bir anlığa quşlar qanad saxlayar,
Göy üzünün qapıları açılar,
Dünya, aləm imanıyla nurlanar,
İlahinin qüdrəti var o səsdə.

Bir anlığa ağaclar da baş əyər,
Yerdən - göyə eşq sədası yüksələr,
Təbiəti behişt ətri bürüyər,
İlahinin qüdrəti var o səsdə.

Məhəmmədə müjdə verər o, kəslər,
Əhli-beyt sədaqətin gözləyər,
Gündə beş kəs ehramına düzülər,
İlahinin qüdrəti var o səsdə.

Kəlamı haqq, səsi Quran sədası,
Alilikdi, insanlıqdı ədası,
Cümlə aləm yaranmışın mənası,
İlahinin qüdrəti var o səsdə.

Saf çeşmədi hey qaynayıb çağlayan,
Parlaq ziya, nur içində nur olan,
Aləmləri şər - fitvadan qoruyan,
İlahinin qüdrəti var o səsdə.

Şəhadətdi, İqamədi, Azandı,
Lövhi- məfhuz varağını yazandı,
Məni məndən özlüyümdən alandı,
İlahinin qüdrəti var o səsdə.

Gecə-gündüz sehirinin açarı,
Zülmət - nurun fəzilətlər ilqarı,
Şərqin- qərbin, ünsürlərin açarı,
İlahinin qüdrətli var o səsdə.

Qızılgülə ətir verən nəfəsdir,
Ürəklərə sevgi səpən bir səsdir,
Arzulara çatmağıma o bəsdir,
İlahinin qüdrətli var o səsdə.

Həm anladan,düşündürən, duyduran,
Ol! Əmriylə könülləri doyduran,
Yeri-göyü, asimanı mat qoyan,
İlahinin qüdrətli var o səsdə.

Yaradanın bir lütfüdür ümmətə,
Layiq bilib bizi uca nemətə,
Hər bir haqqa, ehtirama, hörmətə,
İlahinin qüdrətli var o səsdə.

Gözlərində cənnəti gör vəsf eylə,
Təmiz eşqi, məhəbbəti kəşf eylə,
Niyyəti pak ülviyyətdir bax, söylə,
İlahinin qüdrətli var o səsdə.

Bir dəryadı sahilləri görünməz,
Dür incidir, gövhər - kanı tükənməz,
Hidayətdi, ədalətdi yenilməz,
İlahinin qüdrətli var o səsdə.

Zəkiyyəyəm, Bismillahdı köməyim,
Ustadlarım güc qaynağım gərəyim.
Bir qüsursuz qiraətdi diləyim,
İlahinin qüdrətli var o səsdə.


Zəkiyyə MUSAQIZI,
AJB üzvü

12-07-2024, 23:58
Odlar Yurdu Universitetində əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir keçirilib.


Odlar Yurdu Universitetində əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir keçirilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Odlar Yurdu Universitetində "Azərbaycanda təhsil alan əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə çıxış edən Odlar Yurdu Universitetinin keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov ölkəmizdə təhsil sahəsində aparılan islahatlar nəticəsində əcnəbi tələbələrin Azərbaycan universitetlərinə marağının artmasından və onlar üçün yaradılan imkanlardan danışıb və bu kimi maarifləndirmə tədbirlərinin davamlı keçirilməsinin əhəmiyyətli olduğunu deyib.

Layihə rəhbəri, Miqrasiya Əməkdaşlıq Platformasının Təhsil üzrə işçi qrupunun rəhbəri, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin sədri Vidadi Fətullayev, Miqrasiya Əməkdaşlıq Platformasına əcnəbi tələbələrlə bağlı daxil olan çoxsaylı müraciətlərdən bəhs edərək, DMX elektron resurslarından istifadə istiqamətində aparılan maarifləndirmə işlərinin, əcnəbi tələbələrin və onlarla işləyən universitet əməkdaşlarının miqrasiya qaydaları üzrə biliklərinin artırılmasında böyük rolunu qeyd etdi və Azərbaycanda yaşayan əcnəbi tələbələrin cəmiyyətimizə inteqrasiyası sahəsində Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi və digər dövlət və ictimai qurumların koordinasiyalı şəkildə həyata keçirdikləri tədbirlər barədə iştirakçılara məlumatları çatdırdı.

Tədbirdə iştirak edən DMX Miqrasiya nəzarəti baş idarəsinin şöbə rəisi Rüstəm Rəhimov, Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin baş inspektoru Ruslan Ağayev və Hüquqi təminat idarəsinin inspektoru Elçin İsmayılov tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb, həmçinin əcnəbi tələbələrlə bağlı mövcud miqrasiya qaydaları,yol verilən hüquqpozmaları
və miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəaları barədə izahatlar verilib.
Maarifləndirici buklet və kitabçaların paylandığı tədbirdə çıxış edənlər görüşün keçirilməsinə dəstək olan Dövlət Miqrasiya Xidməti,QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Odlar Yurdu Universiteti rəhbərliklərinə təşəkkürlərini bildiriblər.

12-07-2024, 22:44
Babasıgilə gedən 2 yaşlı uşaq kanalda boğuldu


Babasıgilə gedən 2 yaşlı uşaq kanalda boğuldu

Mingəçevirdən Oğuza qonaq gedən iki yaşlı uşaq kanala düşərək ölüb.
Hadisə rayonun Qumlaq kəndində baş verib.
Belə ki, Mingəçevir şəhərindən babasıgilə qonaq gedən 2022-ci il təvəllüdlü A. Ə. həyətyanı ərazidən keçən kiçik həcmli kanala düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
12-07-2024, 22:35
Ərdoğan Zəngəzur dəhlizindən danışdı: "Hər kəsə xeyir verəcək"


Ərdoğan Zəngəzur dəhlizindən danışdı: "Hər kəsə xeyir verəcək"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtondan dönən zaman təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
O, regional və qlobal mövzulardan danışıb.
Ərdoğan Ermənistan-Azərbaycan arasında sülhə, Zəngəzur dəhlizinə də toxunub.
Ermənistan Baş naziri Nikol Paşinyan sülhyönümlü bəyanatlar verir. Türkiyə-Azərbaycanın perspektivi Qafqazda sülhün əldə edilməsinə yönəlib. Bu kontekstdə Ermənistan-Azərbaycan sülh sazişi və İranın Zəngəzur dəhlizinə baxışı barədə nə deyərdiniz? Siz qeyd etdiniz ki, Ermənistan və Azərbaycan sülh sazişi imzalayanda o bölgədə tam sülh mühiti yaranacaq və ola bilsin ki, Ermənistan-Türkiyə sərhədi açıla bilər. Bu da düşünülə bilərmi?", sualına cavab olaraq Ərdoğan bildirib ki, bu məsələ ilə bağlı Paşinyana hər şey deyilib.
"Biz indi sülh üçün bütün yelkənləri açmalıyıq. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə daimi sülh əldə olunacaq. Türkiyə olaraq biz bu sülhü ürəkdən dəstəkləyirik. Zəngəzur dəhlizinin açılması bu sülhü taclandıracaq və tamamlayacaq addımdır. Bu addımlar Azərbaycanın, Ermənistanın, Türkiyənin və regionun digər ölkələrinin rifahına və sülhünə müsbət töhfə verəcək. Arzu edirik ki, belə müsbət cəhətləri olan qərarlar gecikmədən qəbul edilsin və lazımi tədbirlər görülsün. Bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, bunlar yaxşı xəbərə çevriləcək. Ən qısa zamanda daimi sülhün bərqərar olması üçün sülh prosesinə töhfə vermək baxımından digər ölkələrin də oxşar yanaşması vacibdir", - Ərdoğan qeyd edib.
O, İran prezidenti Məsud Pezeşkianla telefon danışığında Zəngəzur dəhlizinin müzakirə olunmadığını əlavə edib: "Biz sadəcə onun bu seçkilərdə necə qalib gəldiyi ilə bağlı qiymətləndirmələr apardıq".
Ərdoğan Türkiyə-İran münasibətlərini çox fərqli nöqtəyə aparmaq istədiklərini bildirib:
"Zəngəzur dəhlizi hər kəsə, xüsusən də Azərbaycan, Ermənistan və İrana xeyir verəcək strateji dəhlizdir və bu dəhliz işə düşən kimi İran və Azərbaycan da rahatlaşacaq. O dəhliz Azərbaycan prezidenti İlham Əliyev üçün çox önəmlidir. İnşallah, oradakı dəmiryolu sistemi işə düşən kimi Azərbaycan burada çox rahatlaşacaq."
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!