Dünya səyyahları Füzulidə .....                        Putin İlham Əliyevə təşəkkür etdi .....                        Polis gücləndirilmiş iş rejiminə keçdi .....                        Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI .....                        Kəlbəcər və Laçına qar yağır .....                        Masallıdakı qəzada yaralananların son durumu .....                        Naxçıvana qar yağır .....                        Bakı-Şamaxı yolunda qəza - Yol bağlandı .....                        Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ .....                       
11-06-2024, 15:56
Azərbaycanla Albaniya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu


Azərbaycanla Albaniya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 11-də Albaniya Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Ballukunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Azərbaycan Hökuməti və Albaniya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən birinci iclasının əhəmiyyəti vurğulanıb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın iqtisadi, ticari, energetika, sərmayə qoyuluşu, nəqliyyat, mədəniyyət, səhiyyə, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov görüşdə iştirak edib.
11-06-2024, 15:25
Dövlət İmtahan Mərkəzi ilə bağlı yenilik


Dövlət İmtahan Mərkəzi ilə bağlı yenilik

Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, prezidentin 11 aprel 2016-cı tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət İmtahan Mərkəzinin Nizamnaməsi"nə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Mərkəz bundan sonra publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparacaq, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edəcək. İndiyə qədər Mərkəz Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na uyğun olaraq, maliyyə hesabatlarını təqdim və dərc edirdi.
11-06-2024, 00:12
Laçına dolu düşdü


Laçına dolu düşdü

Yaz fəslində belə dəyişkən hava şəraiti ilə seçilən Laçına bu gün növbəti dəfə dolu yağıb.
Günün ikinci yarısı saat 18 radələrində şimşək çaxıb və yağış başlayıb. Bir müddət sonra güclənən yağış isə doluya çevrilib. Təbiət hadisəsi bir saatdan çox davam edib.
10-06-2024, 23:24
Sahibə Qafarovaya Fəxri professor adı verildi


Sahibə Qafarovaya Fəxri professor adı verildi

Milli Məclis sədrinin Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Dövlət Universitetində elmi və tədris kollektivinin, tələbələrin iştirakı ilə mərasim təşkil olunub.
Tədbirdə Universitetin rektoru Andrey Korol Azərbaycan parlamentinin spikerinin tərcümeyi-halı haqqında məlumat verib və Sahibə Qafarovaya Belarus Dövlət Universitetinin Fəxri professoru adı verilməsi haqqında Elmi Şuranın qərarını elan edib.
Sonra rektor Belarus Dövlət Universitetinin Fəxri professoru diplomunu və mantiyasını spiker Sahibə Qafarovaya təqdim edib.
Mərasimdə spiker Sahibə Qafarova Belarus Respublikasının ilk dövlət universiteti, bu ölkənin ali təhsilinin flaqmanı olan belə bir nüfuzlu universitetdə olmaqdan məmnunluğunu və Belarus Dövlət Universitetinin Fəxri professoru adına layiq görüldüyünə görə minnətdarlığını bildirib.
Tədbirdə Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova çıxış edərək, Milli Məclisin sədri Sahibə Qafarovanı təbrik edib.
10-06-2024, 22:56
Spiker Minskdə Zəfər abidəsini ziyarət etdi - FOTO


Spiker Minskdə Zəfər abidəsini ziyarət etdi - FOTO

Belarus Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 10-da səfər çərçivəsində Minsk şəhərində Zəfər abidəsini ziyarət edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, spiker Sahibə Qafarova abidənin önünə əklil qoyub.
Sonra burada Azərbaycan və Belarusun Dövlət himnləri səsləndirilib.



10-06-2024, 22:22
Ramanada partlayış, bir nəfər yaralandı


Ramanada partlayış, bir nəfər yaralandı

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli üçotaqlı evin həyətində həcmi 50 litr olan qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində evin mətbəxinin divarlarında çatlar əmələ gəlib, pəncərə şüşələri sınıb, 1 nəfər ayaq nahiyəsindən yüngül yanıq xəsarətləri alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
10-06-2024, 20:25
"Qarabağ"ın yeni qapıçısı


"Qarabağ"ın yeni qapıçısı

Azərbaycan çempionu "Qarabağ" yeni mövsümdə ilk transferini reallaşdırıb.
Qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.
Ağdam təmsilçisi ilə Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.
Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
Qeyd edək ki, "Qarabağ"ın yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.
10-06-2024, 19:56
Zəngilana da avtobus marşrutu açılır


Zəngilana da avtobus marşrutu açılır

Bakı-Zəngilan, Bakı-Laçın, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Laçın, Xocalı-Şuşa, Naftalan-Suqovuşan şəhərlərarası və rayonlararası avtobus marşrutları müsabiqəyə çıxarılır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında bildirilib.
Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 9 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd edilib ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
10-06-2024, 19:17
Hikmət Hacıyev Cevdet Yılmazla görüşdü


Hikmət Hacıyev Cevdet Yılmazla görüşdü

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb.
Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkə hesabında bildirib.
“Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram”, - C. Yılmaz qeyd edib.
Görüş zamanı regional və qlobal məsələləri, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.
10-06-2024, 19:09
İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı


İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri iyunun 10-da başa çatıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!