“Tik-Tok”da 30 nəfərə qarşı dələduzluqda təqsirləndirilən şəxs tutuldu
Müxtəlif vaxtlarda 7 nəfərin bank kartlarından 300, 900, 50, 320, 125, 338 və 100 manat olmaqla ümumilikdə 2133 manat pul vəsaitlərinin talanması barədə polisə məlumatlar daxil olub. Həyata keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, dələduzluğa görə axtarışda olan 21 yaşlı Raqif Məmmədov saxlanılıb. Araşdırmalarla onun “Tik-Tok” sosial şəbəkəsində həmin şəxslərin kart məlumatlarını dələduzluq yolu ilə ələ keçirərək pul vəsaitlərini talaması məlum olub. Saxlanılan şəxs eyni üsulla daha 23 nəfərin pul vəsaitlərini talayıb. Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.
Bloger Fatima Mövlamlı və ictimai fəal Nicat Ismayıl Qəbələdə polis tərəfindən saxlanılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar. “İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”, - məlumatda deyilir.
"Sülh körpüsü" Azərbaycan bayrağına büründü - FOTO
Mayın 28-də Tbilisinin televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Teleqüllə və körpü 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə işıqlandırılıb. Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıq saçan televiziya qülləsi və “Sülh körpüsü” şəhərə xüsusi bir rəng - gözəllik verib.
"Turan Tovuz" klubu baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb. Qarşılıqlı razılıq əsasında mütəxəssisin müqaviləsinə xitam verilib. Qeyd edək ki, 42 yaşlı çalışdırıcı 2022-ci ildə qərb təmsilçisinə baş məşqçi təyin olunmuşdu.
Gəncə şəhərində əvvəllər dəfələrlə narkotiklərin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş 1999-cu il təvəllüdlü Namədin Əliyevin cinayət məsuliyyətdən yayınmaq üçün intihara cəhd edib. Ailə üzvlərinin müraciəti əsasında barəsində aparılan araşdırmanın dayandırılması məqsədilə törədiyi əməllərə görə elektron qolbaq daşıyan N.Əliyev mayın 21-də şəhər ərazisində narkotik vasitənin təsiri altında üzərinə yandırıcı maye tökərək ailə üzvlərinin şikayətlərinin geri götürmələrini tələb edib, onlara qarşı iddialar səsləndirib. Ətrafda olan şəxslərin köməyi ilə intihar cəhdinin qarşısı alınıb və o xəstəxanaya yerləşdirilib. Mayın 25-də göstərilən tibbi müdaxilələrə baxmayaraq, həmin şəxs xəstəxanada ölüb. Hazırda aidiyyəti üzrə hadisənin təfərüatları araşdırılır. Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.
"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev bir müddət əvvəl həbs edilib. Polis əməkdaşları tərəfindən saxlanılan Surxay Əliyevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ittiham verilib. Onun barəsində məhkəmə tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Butov.az sözügedən görüşdən videonu təqdim edir:
Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batan Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun cəsədi tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən meyit suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, B.Zabit mayın 23-də sözügedən su anbarında batmışdı.
Qazaxın azad edilmiş kəndində minatəmizləmə - FOTO
Qazaxın işğaldan azad olunmuş kəndlərinə mediatur təşkil olunub. Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutan səfər çərçivəsində media nümayəndələri rayonun Bağanıs Ayrım kəndində minatəmizləmə işləri ilə tanış olublar. Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!