İREVAN’DA MİMARLIK SANATI MİRZA KADİM İREVANİ .....                        Dünyanın ən yaxşı bacısı .....                        Dünya səyyahları Füzulidə .....                        Putin İlham Əliyevə təşəkkür etdi .....                        Polis gücləndirilmiş iş rejiminə keçdi .....                        Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI .....                        Kəlbəcər və Laçına qar yağır .....                        Masallıdakı qəzada yaralananların son durumu .....                        Naxçıvana qar yağır .....                       
28-05-2024, 12:04
Prezident Ağdamın Güllücə kəndinin təməlini qoydu - FOTO


Prezident Ağdamın Güllücə kəndinin təməlini qoydu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Güllücə kəndinin təməlini qoyub.
Dövlətimizin başçısına layihə barədə məlumat verildi.
Qeyd olundu ki, Güllücə kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Kənddə 988 ailə - 4003 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, üzüm emalı zavodu, ərzaq mağazası, aptek, maşın-traktor parkı, kənd təsərrüfatı məhsulları anbarı, mal ferması və üzüm bağları var idi.
Bildirildi ki, ərazisi 388,44 hektar olacaq kənddə 3992 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Güllücə və İlxıçılar kəndlərinin ərazisindən ibarət olacaq bu kənddə 1042 fərdi ev inşa ediləcək. Birinci mərhələdə layihələndirilən ərazi 225 hektar olacaq. Buraya 113 ailənin köçürülməsi planlaşdırılır. Kənddə birinci mərhələdə inşa ediləcək 113 evin 22-si ikiotaqlı, 57-si üçotaqlı, 28-i dördotaqlı, 6-sı isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 480 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, çoxfunksiyalı bina (poçt, bank filialı, ofis), mal-qara ferması, yanğınsöndürmə deposu (2 maşın yerlik), kənd meydanı, Bayraq meydanı, çörək sexi inşa olunacaq. Burada, həmçinin kənd təsərrüfatı texnikasının və maşınlarının təmir müəssisəsi, süd qəbulu və süd məhsulları istehsalı, quru meyvə istehsalı, ət kəsimi və qablaşdırılması sahələri, qarışıq yem istehsalı, barama tədarükü və qurdayırma məntəqələri, mineral gübrələr və kimyəvi maddələr anbarı, muzey, mehmanxana, xalça istehsalı sahəsi, işçi geyimlərinin istehsalı sahəsi, taxta taraların istehsalı sahəsi, dulusçuluq və suvenir istehsalı emalatxanası, bal qablaşdırılması sahəsi, üzüm emalı zavodu, şirniyyat sexi, taxıl anbarı, suvarmada istifadə olunan elektrik mühərriklərinin və avadanlıqlarının təmiri sahəsi, yanacaqdoldurma məntəqəsi də yaradılacaq.
Prezident İlham Əliyev Güllücə kəndinin təməlini qoydu.


28-05-2024, 11:09
Ağdamda mina partladı - ANAMA-nın əməkdaşı ağır yaralandı


Ağdamda mina partladı - ANAMA-nın əməkdaşı ağır yaralandı

İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.
Bildirilib ki, ANAMA-nın əməkdaşı - 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində onun sol ayağı topuq nahiyəsindən amputasiya olunub.
"Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir", - məlumatda qeyd edilib.
28-05-2024, 10:12
Azərbaycanlı qardaşlarımızın qürurunu ürəkdən bölüşürük - Türkiyə XİN


Azərbaycanlı qardaşlarımızın qürurunu ürəkdən bölüşürük - Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə qurumun rəsmi "X" hesabında paylaşım edilib.
"Əziz Azərbaycan, Müstəqillik Gününüz mübarək! Xoşbəxtliyi xoşbəxtliyimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu ürəkdən bölüşürük", - paylaşımda vurğulanıb.
27-05-2024, 19:58
Kanalda boğulan hərbçimiz bu rayondandır


Kanalda boğulan hərbçimiz bu rayondandır

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.
Vəfat edən hərbçi Xaçmaz rayonun Köhnə Xudat kənd sakinidir. O, 2002-ci ildə sözügedən kənddə anadan olub.
Məlumata görə, hərbçi İkinci Qarabağ müharibəsində də iştirak edib. O, Suqovuşan istiqamətində döyüşlərə qoşulub.
Hadisə ilə bağlı araşdırma aparılır.
27-05-2024, 19:26
6-cı sinif şagirdi vəfat etdi - FOTO


6-cı sinif şagirdi vəfat etdi - FOTO

Şabran rayonunda altıncı sinif şagirdi qəfil vəfat edib.
Bu barədə məktəbin sosial media hesabında məlumat yayılıb.
Bildirilib ki, Şabran rayon, Əmirxanlı kənd tam orta məktəbinin şagirdi Rəhim Pənah oğlu Əliyev dünyasını dəyişib.
Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.


27-05-2024, 17:54
Məhkəmə Əziz Orucovla bağlı qərar verdi


Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsi “Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovun şikayətini təmin etməyib.
Bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.
O bildirib ki, məhkəmə iclasında Ə.Orucovun barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin daha bir ay uzadılması ilə bağlı qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
27-05-2024, 16:59
Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi


Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Müğənni, biznesmen Emin Ağalarov model Alyona Qavrilova ilə ikinci dəfə ailə həyatı qurub.
Bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
Onlar ötən gün Moskvadakı sarayların birində yenidən nikaha daxil olublar.
Xatırladaq ki, Emin Ağalarov və Alyona Qavrilova 2018-ci ildə ailə həyatı qurub, 2019-cu ildə onların Afina adlı qızları dünyaya gəlib. 2020-ci ildə cütlük ayrılmaq qərarına gəlib. 2021-ci ildə onlar yenidən birlikdə görünməyə başlayıblar, 2022-ci ildə isə müğənni müsahibəsində bildirib ki, Alyona ilə barışıblar.
27-05-2024, 16:44
Bakıda narkotik satışı ilə məşğul olan 21 nəfər tutuldu - VİDEO


Bakıda narkotik satışı ilə məşğul olan 21 nəfər tutuldu - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis şöbələrinin may ayının əvvəlindən keçirdikləri əməliyyatlarla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qanunsuz dövriyyədən 10 kiloqram müxtəlif növ narkotik vasitə çıxarılıb. Saxlanılanlardan Vüqar Dadaşlı, Tehran İsmayılov və Əhməd Aslanov paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər. Saxlanılanlar barəsində cinayət işləri başlanılıb. Tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Elbrus Hümbətovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd patron və 1 ədəd daraq aşkarlanıb. Əməliyyatlar zamanı talama cinayətləri törətdiyinə görə 5, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 15 nəfər tutulub. Nərimanov rayonu ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq onların satışının qarşısının alınması istiqamətində də silsilə tədbirlər görülüb. Nəticədə soyuq silah hesab olunan alətlərin satışı ilə məşğul olan 2 nəfər saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb. Onlardan 62 ədəd xəsarət yetirmə təyinatlı alətlər götürülüb.

26-05-2024, 22:15
"Qalatasaray" 24-cü dəfə ölkə çempionu oldu


"Qalatasaray" 24-cü dəfə ölkə çempionu oldu

Futbol üzrə Türkiyə Superliqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.
Lider "Qalatasaray" səfərdə "Konyaspor"la qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn İstanbul nəhəngi 102 xalla tarixində 24-cü dəfə ölkə çempionu olub.
Son turda "Ankaragücü"nü 6:0 hesabı ilə məğlub edən "Fənərbağça" isə 99 xalla mövsümü ikinci pillədə bitirib.
26-05-2024, 21:27
Ankarada Müstəqillik Günü qeyd olundu - FOTO


Ankarada Müstəqillik Günü qeyd olundu - FOTO

Ankarada 28 may - Müstəqillik Günü və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.
Qardaş Türkiyədə Azərbaycana xüsusi münasibətin göstəricisi olaraq bayram tədbiri adətən mühüm dövlət tədbirlərinin keçirildiyi Türkiyə Respublikasının Prezidenti Administrasiyasının Konqres və Mədəniyyət Mərkəzində təşkil edilib.
Müstəqilliyimiz uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinə 1 dəqiqəlik sükut və iki ölkənin dövlət himnlərinin səsləndirilməsinin ardından açılış çıxışları edilib.
Səfir Rəşad Məmmədov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı olan müstəqil Azərbaycan Respublikasının dövlət və ordu quruculuğunda əldə etdiyi uğurlardan danışıb və bütün həmvətənlərimizi bu əlamətdar gün münasibətilə təbrik edib. Səfir Azərbaycan - Türkiyə münasibətlərinin dövlətüstü xarakterindən danışaraq iki ölkənin dövlət başçılarının - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu münasibətlərin inkişafına verdiyi töhfəni vurğulayıb.
Dövlət qonağı qismində tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş çıxışında Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibəti ilə təbriklərini çatdırıb və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin türk dünyasının güclənməsində roluna toxunub. TBMM sədri Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlardan danışıb, torpaqlarını işğaldan azad edən Azərbaycanı alqışlayıb.
Çıxışların ardından Azərbaycanın müstəqillik tarixini əks etdirən qısa film nümayiş etdirilib.
Bayram tədbirinin bədii hissəsində müğənni Çinarə Məlikzadə, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistləri Kənan Qədimov və Aynur İsgəndərlinin, eləcə Azərbaycan Respublikasının xalq artisti tarzan Sahib Paşazadənin və Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə təntənəli konsert proqramı təqdim olunub, milli musiqimizin nümunələri və sevilən Azərbaycan rəqsləri sərgilənib.
Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunmuş bayram tədbirində Türkiyənin Respublikasının yüksək vəzifəli şəxsləri və digər dövlət rəsmiləri, millət vəkilləri, Türkiyə ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak edib.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!