İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
7-03-2024, 17:50
“Abzas media” işi ilə bağlı saxlanılan jurnalistlərin həbs müddəti uzadıldı


“Abzas media” işi ilə bağlı saxlanılan jurnalistlərin həbs müddəti uzadıldı

Bu gün Xətai Rayon Məhkəməsində “Abzas media” işi ilə bağlı saxlanılan iki jurnalistin həbs müddəti üç ay uzadılıb.
Xətai Rayon Məhkəməsi Elnarə Qasımova və Hafiz Babalı barədəsində qərar qəbul edilib.
Xatırladaq ki, E.Qasımova və Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı çıxarılıb.
7-03-2024, 17:26
Kamilə Vəliyevanı milli komandadan kənarlaşdırıldı


Kamilə Vəliyevanı milli komandadan kənarlaşdırıldı

Rusiya İdman Nazirliyi fiqurlu konkisürən Kamilə Vəliyevanı milli komandadan kənarlaşdırıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
17 yaşlı idmançının qovulması nazirliyin qaydalarına əsasən həyata keçirilib.
Bundan əvvəl dopinq qəbul etdiyi üçün cəzalandırılan Vəliyevanın hələ də Rusiya millisində olduğu bildirilirdi. İdman Nazirliyinin əmrinə əsasən, federasiyalar diskvalifikasiya haqqında qərar qəbul edildiyi gündən 10 gün ərzində belə idmançının komandadan çıxarılması barədə bildiriş göndərməlidir.
Qeyd edək ki, Kazanda doğulan idmançı milliyyətcə tatardır.
7-03-2024, 16:57
AFFA bu komandaları cəzalandırdı


AFFA bu komandaları cəzalandırdı

AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən “Neftçi” – “Səbail” oyunu zamanı dalaşan hər iki komandanın bir futbolçusunu cəzalandırıb.
Görüşün 90-cı dəqiqəsində yaşanan qarşıdurma zamanı “Neftçi”dən Sadiq Məmmədli, “Səbail”dən Elmar Baxşızadə bir-birilərini təpik və yumruqla vurublar.
“Səbail”in digər futbolçusu Kərim Orucov 90-cı dəqiqədə qol vurulan zaman rəqibin texniki zonası önündə qeyri-etik jest edib və qarşıdurma vaxtı rəqibi vurub. Onun komanda yoldaşı Fariz Hüseynov isə hakimi təhqir edib.
Adları sadalanan dörd futbolçunun hər biri 4 oyunluq diskvalifikasiya edilib.
“Neftçi”nin üzvü Həsən Mahmudov isə “Səbail”dəki həmkarını təhqir etdiyi üçün 3 matçlıq cəzaya məruz qalıb.
7-03-2024, 16:33
Rusiyanın əmək və sosial müdafiə naziri Azərbaycana gəldi - FOTO


Rusiyanın əmək və sosial müdafiə naziri Azərbaycana gəldi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının əmək və sosial müdafiə naziri Anton Kotyakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirlikdən verilən xəbərə görə, nümayəndə heyəti əvvəlcə DOST Agentliyinin 1 saylı DOST Mərkəzi ilə tanış olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən yaradılan DOST Agentliyi və DOST Mərkəzləri barədə məlumat verib.
Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 159 sosial xidmətin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verib. Ötən dövrdə 2,1 milyon vətəndaş DOST xidmətlərindən faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faiz təşkil edir. DOST konsepsiyası artıq 20-dən çox beynəlxalq mükafatla təltif edilib və bir sıra ölkələr də bu təcrübəni tətbiq etməyə maraq göstərir.
Nümayəndə heyəti üçün DOST konsepsiyası və sosial sahədə tətbiq olunan geniş elektronlaşma proqramına dair təqdimatlar edilib. Keçirilən ikitərəfli görüşdə S.Babayev Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinə əsaslanan əlaqələrin uğurlu inkişafını, iki ölkənin dövlət başçılarının siyasi iradəsi, səyləri ilə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib.
İki ölkənin əmək, məşğulluq və sosial müdafiə sahələrində də fəal əməkdaşlığın həyata keçirildiyi və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu qeyd edilib. Nümayəndə heyətinə Azərbaycanda sosial sahədə aparılan islahatlar barədə məlumat verilib.
A.Kotyakov ikitərəfli münasibətlərin davamlı olaraq inkişaf etməsindən məmnunluğunu ifadə edib, sosial islahatlar prosesində əməkdaşlığın, təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğunu bildirib.
Görüşdə əmək, aktiv məşğulluq proqramları, qeyri-formal məşğulluğun qarşısının alınması, sosial müdafiə, sosial xidmətlər, əlillik və reabilitasiya, müasir texnologiyaların tətbiqi istiqamətlərində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.



6-03-2024, 22:18
Türkiyə-Azərbaycan Universitetinin quruluşu müzakirə olundu


Türkiyə-Azərbaycan Universitetinin quruluşu müzakirə olundu

Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın Azərbaycana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə Türkiyə-Azərbaycan Unviersitetinin quruluş prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi sosial şəbəkədə bildirib.
“Azərbaycanda rəsmi səfərdə olan hörmətli YÖK sədrimiz prof. dr. Erol Özvar Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə görüşərək Türkiyə-Azərbaycan Universitetinin yaradılması prosesi və təhsil sahəsində əməkdaşlıqla bağlı digər məsələləri müzakirə edib.
Cənab Özvar səfəri çərçivəsində Türkiyə və Azərbaycan Şəhidlikləri və Fəxri Xiyabanı da ziyarət edib, abidələri üzərinə əklillər, şəhidlərin məzarları üzərinə qərənfillər qoyub”, – paylaşımda qeyd olunub.
6-03-2024, 22:05
SAĞ OLSUN YAXŞI HƏKİMLƏR


SAĞ OLSUN YAXŞI HƏKİMLƏR

Dünya gəlimli, gedimli dünyadır, kimisi bu gün, kimisi sabah dünyanı tərk edir. Buna baxmayaraq insan dostlarından, doğmalarından ayrılmaq istəmir. Yaşamaq üçun savaşır. Mənə bu yolda mübarizə aparmağı, ölüm-dirim savaşından sağ şıxmağı öyrədən Jalə həkimdən çox şey əxz etdim, Həkim var insanı dava dərmanla sağaldır, həkim də var Jalə həkim kimi sözlə insana məlhəm olur. Mənə əzizim tək doğma olan Jalə həkimə bu günkü gündə çox minnətdaram. Belə həkimlərimiz nə qədər çox olsa, yaşamaq şansımız o qədər çox olar. Sabahımıza inamla yaşayarıq. Belə həkimlər bizim üçün qurur dolu bir nümanədirlər. Yazdığım şeirdə dediyim kimi:
Qoymaz sarala üz gözüm,
Ondan alarıq güc, dözüm,
Tükənməzdir söhbət sözüm-
Bir Mələkdir Jalə həkim.

İstəkləri olmasın kəm,
Gül camallı huri görkəm,
Ürəklərə şəfa, məlhəm,
Bir diləkdir Jalə həkim.

Doğrudan da söz var insanı dağa qaldırar, söz də var dağdan salar. Jalə həkim tək mənə yox bütün xəstələrinə ruhi qida verır. Bu İnsan səmimiyətiylə bütun hər kəsdən seçilir, sezilir, şirin sözləriylə hər bir pasiyentinə həqiqətən də məlhəm olur.
Adına nə qədər yazılsa, deyilsə tərif,
Az olar vallahı sığışmaz dilə.
Bu gün Sabir Qəmli bir cuşa gəlib,
Deyəcək bu qızdan nələri hələ.

Mən Jalə həkim haqda çox söz deyə bilərəm, məsələn onun istedadından, onun mədəniyətindən, insanla davranışından. Ürəyi pilə tək saf, təmiz bir inci olan bu xanıma yalnız və yalnız həyatda xoşbəxtlik arzulayıram və sonda bu şeiri ona ərmağan edirəm. Nə yaxşı ki, Gəncəmizin bu cur istedadlı həkimi var. Allah onu qorusun.!
Tanrı pənahında saxlasın onu,
Geyinib əyninə ağ xalat donu,
Ürəkdən deyirəm inan ki bunu-
Sağ olsun bax bucur yaxşı həkimlər.

Olmaz nə tamahı, nə pis niyyəti,
Xəstəyə varıdı xoş məhəbbəti,
Təmənna güdmədən edər hörməti-
Sağ olsun bax bu cür yaxşı həkimlər.

Ondan yazsaq sığmaz söhbətə sözə,
Daima haqq verib həqiqi düzə,
Heç zaman gəlməsin, nəfisə gözə-
Sağ olsun bax bu cur yaxşı həkimlər.

Sabir Qəmli deyir arzular bitməz,
Jalətək həkimlər dünyada ölməz,
Daima yaşayar, yaşadar bezməz,
Sağ olsun bax bu cür yaxşı həkimlər.!

Dediyim kimi gözəl, səmimi və həqiqətən də tərifə layiq olan bu həkim üçün nə qədər yazılsa azdır. Nə vaxtsa oxuduğum misralar yadıma düşür:

Ömür itirəndə təravətini,
O zaman bildirir öz qiymətini...

Düzmü deyir şair? Doğrudur, ömür həmişə qiymətlidir, ancaq ağrı-acı insanı əldən salanda, hansısa dərdə mübtəla olanda, qocalıq hökmünü verəndə onun gözəlliyi, əvəzsizliyi daha çox özünü büruzə verir. Təbii ki, belə halda hamının üz tutduğu, imdad gözlədiyi yeganə bir ünvan var ki, o da xeyirxah peşə sahibi olan həkimlərdir. Jalə həkim cox istedadlı və çox gözəl həkimdir. Allahdan ona uzun ömür can sağlıği və sonsuz xoşbəxtlik arzu edirəm.!

Sabir QƏMLİ (Quluyev)
6-03-2024, 21:09
Hikmət Hacıyev Türkiyə rəsmisiylə görüşdü


Hikmət Hacıyev Türkiyə rəsmisiylə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serimlə regional normallaşma proseslərini müzakirə edib.
Bu barədə Türkiyə XİN-in mətbuat xidməti sosial şəbəkədə bildirib.
“Nazir müavinimiz Yasin Ekrem Serim Azərbaycana səfəri çərçivəsində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.
Görüşdə qardaşlıq münasibətlərimiz və regional normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb”, – paylaşımda qeyd olunub.
6-03-2024, 19:30
Zakir Həsənov Türkiyə Müfafiə Sənayesi Komitəsinin sədriylə görüşdü - FOTO


Zakir Həsənov Türkiyə Müfafiə Sənayesi Komitəsinin sədriylə görüşdü - FOTO

Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də birgə layihələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




6-03-2024, 13:01
30 minə yaxın Qarabağ ermənisinin Ermənistanı tərk edib


30 minə yaxın Qarabağ ermənisinin Ermənistanı tərk edib

İrəvanda Qarabağdan köçüb gəlmiş ermənilərin ehtiyaclarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransını qondama “Artsaxın keçmiş dövlət naziri” Artak Beqlaryan və Xankəndidən olan QHT sədri Armen Asryan keçirib.
Onlar bildiriblər ki, Qarabağ erməniləri narahat edən məsələlərdən danışıblar. Bildiriblər ki, ən böyük problem mənzillə bağlıdır. Brifinqin təşkilatçıları sözügedən problemlə bağlı Ermənistan hökumətinə açıq məktub ünvanladıqlarını və imzatoplamaya başladıqlarını deyiblər.
Təklif ediblər ki, hökumət yaşayış üçün daşınmaz əmlakın alınması məqsədilə hər bir köçkünə rayon qəsəbələrində orta qiymətlərə uyğun 5 milyon dram məbləğində baza vəsaiti ayırsın.
Asryan deyib ki, onlarda 30 minə yaxın Qarabağ ermənisinin Ermənistanı tərk etdiyi barədə məlumatlar var. O, bu rəqəmin arta biləcəhyini də qeyd edib.
6-03-2024, 12:54
Universitetlərin bir bölgədən digərinə köçürülməsi real deyil


Universitetlərin bir bölgədən digərinə köçürülməsi real deyil

Azərbaycanda universitetlərin bir bölgədən digərinə köçürülməsi real deyil.
Bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, hər hansı ali təhsil müəssisəsinin bir bölgədən digərinə köçürülməsi üçün yeni bölgədə müvafiq maddi-texniki baza və infrastruktur yaradılmalıdır ki, bu işlər çox böyük maliyyə vəsaiti tələb edir.
Eyni zamanda qeyd olunub ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. Strategiyanın Tədbirlər Planında universitetlərin köçürülməsi ilə bağlı tədbirlər nəzərdə tutulmayıb. Odur ki, yaxın gələcəkdə Kürdəmir şəhərinə hər hansı ali təhsil müəssisəsinin köçürülməsi real deyil.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!