Yaşar Gülər iranlı həmkarına zəng etdi .....                        Yaşlandıqca daha çox xatırlayıram… .....                        İREVAN’DA MİMARLIK SANATI MİRZA KADİM İREVANİ .....                        Dünyanın ən yaxşı bacısı .....                        Dünya səyyahları Füzulidə .....                        Putin İlham Əliyevə təşəkkür etdi .....                        Polis gücləndirilmiş iş rejiminə keçdi .....                        Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI .....                        Kəlbəcər və Laçına qar yağır .....                       
14-05-2024, 14:52
Ermənistanla İran Araz çayı üzərində ikinci körpünü inşa edəcək


Ermənistanla İran Araz çayı üzərində ikinci körpünü inşa edəcək

Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün inşası üzrə işçi qrup yaradacaq.
Bu barədə “Yol Departamenti” Fondu məlumat yayıb.
Bu məsələ fondun direktoru Qor Avetisyanla İranın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndələri arasında müzakirə olunub.
Qeyd olunub ki, ikinci körpünün tikintisinə ehtiyac İrandan Ermənistana və əks istiqamətdə yük və sərnişin axınının artması fonunda yaranıb.
Xatırladaq ki, çay üzərindən yeni körpünün tikintisi layihəsi üzrə işlərə 2023-cü ilin sonunda başlanılıb. İrəvan mövcud körpüyə paralel olaraq yeni körpünün də tikiləcəyini istisna etməyib.
14-05-2024, 14:45
Naxçıvanda yağışdan sonra məktəbi su basdı


Naxçıvanda yağışdan sonra məktəbi su basdı

Naxçıvan şəhərində bir neçə gündür ki, qeyri-sabit hava şəraiti davam edir. Yağan güclü leysan şəhərdəki məktəb, tibb müəssisələri və yaşayış evlərinə ziyan vurub.
Bunu əks etdirən görüntülər “Nuhçıxan”ın sosial şəbəkə hesabında paylaşılıb.
Görüntülərdən də yağış sularının məktəbin sinif otaqlarına dolduğunu görmək mümkündür.
14-05-2024, 14:41
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb


Növbəti köç karvanı Şuşa şəhərinə çatıb

Şuşa şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
Bu dəfə 38 ailə olmaqla, 136 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Şuşa şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.
Bununla da Şuşa şəhərində 58 ailənin, yəni 224 nəfərin məskunlaşması təmin edilib.
14-05-2024, 13:47
Azərbaycan “Vahid Çin” siyasətini daim dəstəkləyib


Azərbaycan “Vahid Çin” siyasətini daim dəstəkləyib

Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verilmiş açıqlamada Tayvanda keçirilən seçkilərin pislənilməsi və Çinin ərazi bütövlüyünə bir daha dəstəyin ifadə olunması qeyd edilib.
Dövlət başçısı vurğulayıb ki, dünyada hələ də separatizmin dəstəklənməsi və ikili standartlara əsaslanan siyasətin aparılması tendensiyaları özünü büruzə verməkdədir.
14-05-2024, 13:09
ATƏT-in Minsk qrupu arxaik fəaliyyət göstərir - Nazir


ATƏT-in Minsk qrupu arxaik fəaliyyət göstərir - Nazir

ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupu, fəaliyyətdə olan sədrin nümayəndəsi, yüksək səviyyədə planlaşdırma kimi təsisatları nəticə verməyib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bu təsisatların mandatı tükənib, arxaik fəaliyyət göstərirlər.
“Arxaik fəaliyyət göstərən, keçmiş ifadələrdən istifadə edən bu təsisatları ATƏT-in məhdud büdcəsindən maliyyələşdirməyə ehtiyac yoxdur. ATƏT digər layihələrə dəstək verə bilər. Mina təhlükəsizliyinin aradan qaldırılması, keçmiş köçkünlərin evlərinə qaytarılması, ətraf mühitə dəyən ziyanın aradan qaldırılması kimi layihələrə ATƏT dəstək verə bilər”, - C.Bayramov deyib.
14-05-2024, 13:04
Ceyhun Bayramov ATƏT sədrini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı


Ceyhun Bayramov ATƏT sədrini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

Maltanın hazırda təşkilata sədrliyi ATƏT məkanında kifayət qədər mürəkkəb dövrə təsadüf edir.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla birgə mətbuat konfransında deyib.
“Bir sıra üzv dövlətlər arasında inam və qarşılıqlı əməkdaşlığın olmaması, təməl prinsiplərə riayət edilməməsi bura misaldır. Azərbaycanın ATƏT-in təməl prinsiplərinin gözlənilməsini, ölkələrin suverenliyinə hörmətin tərəfdarıdır”, – nazir əlavə edib.
XİN rəhbəri ATƏT sədri Ermənistala normallaşma prosesi barədə məlumatlandırdığını diqqətə çatdırıb.
14-05-2024, 12:58
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Mayın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı, qısamüddətli intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.
14-05-2024, 12:51
Magistratura imtahanı elektron formada keçirilə bilər - AÇIQLAMA


Magistratura imtahanı elektron formada keçirilə bilər - AÇIQLAMA

Ötən gün dövlət qulluğu üzrə ilk dəfə elektron qaydada imtahan həyata keçirildi. Bəs, görəsən, bu qaydanın gələcəkdə buraxılış və qəbul imtahanlarında da həyata keçirilməsi mümkündürmü?
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə hələlik iştirakçı sayı daha az olan imtahanların elektron formada keçirilməsi nəzərdə tutulur. Kütləvi imtahanlarla bağlı indidən dəqiq nəsə söyləmək mümkün deyil.
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyevin sözlərinə görə imtahanların elektron qayda da keçirilməsi namizədlər üçün olduqca əlverişli imkan yaradır:
“Dövlət İmtahan Mərkəzi tərəfindən artıq elektron imtahanlarla bağlı inzibati bina istifadəyə verildi. Həmin binada 10 min nəfərə qədər şəxsin imtahan verməsi mümkündür. İmtahanların elektron qayda da keçirilməsi əlbəttə, namizədlər üçün olduqca əlverişli imkan yaradır. Bu baxımdan ki, onlar ümumi imtahan nəticələrini dərhal anında görə bilirlər. Təbii ki, imtahanda kütləvilik prinsipini nəzərə alsaq, hazırda bu prosesi konkret olaraq buraxılış və yaxud da qəbul imtahanlarına tətbiq etmək mümkün deyil.
Yalnız müvafiq iştirakçı sayı 10 min nəfərə qədər olan imtahanlar məsələn, dövlət qulluğu üzrə keçirilən, yaxud da yüksəliş müsabiqəsinin iştirakçılarına, həmçinin mühasibatlıq imtahanları və s. kimi iştirakçı sayı 10 min nəfərdən az olan imtahanlar üçün elektron qaydada imtahanların keçirilməsi daha əlverişlidir.
Qaldı ki, buraxılış imtahanlarının gələcəkdə bu formatda olması, əlbəttə bu mümkün ola bilər. Bunun üçün bir sıra universitet imtahanın keçirilməsi üçün razılıq verməlidir. Universitetlər öz inzibati binalarında Dövlət İmtahan Mərkəzinin imtahan keçirməsinə icazə verərlərsə, o zaman qarşıdakı illərdə də elektron formatda həyata keçirmək mümkün olar. Hətta qəbul imtahanlarını da”.
Ekspert qeyd edib ki, növbəti illərdə magistratura pilləsi üçün imtahanlar elektron formatda həyata keçirilə bilər:
“I ixtisas qrupu üzrə blok imtahanın elektron qayda da keçirmək mümkün ola bilər, çünki orada iştirakçı sayı daha azdır. Cavabların daha tez öyrənilməsi baxımdan hesab edirəm ki, bu üsul abituriyentlər üçün də müsbət ola bilər. İkinci bir tərəfdən köçürülmə hallarının qarşısı daha yaxşı alınar.
Bu imtahan formatını təbii ki, qarşıdakı illərdə magistratura pilləsi üçün də həyata keçirmək mümkündür. Hesab edirəm ki, 2026-2027-ci ildən etibarən bu imtahanlar magistratura pilləsində keçirilə bilər. Hətta bəlkə daha erkən keçirilsin”, - deyə ekspert fikrini tamamlayıb.
14-05-2024, 12:37
Qabiliyyət imtahanı verəcək abituriyentlərə vacib xəbər


Qabiliyyət imtahanı verəcək abituriyentlərə vacib xəbər

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin, tam (11 illik) və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışlarını nəşr edib.
Xüsusi buraxılışlar “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti”, “Bədən tərbiyəsi və idman”, “Təsviri sənət/Memarlıq” və “Jurnalistika/İslamşünaslıq” istiqamətləri üzrə 5 adda nəşr edilib.
Jurnallarda xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, imtahan proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər və s. zəruri materiallar əksini tapıb.
Xüsusi buraxılışlarda həmçinin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üçün keçirilən qabiliyyət imtahanları haqqında məlumat verilib.
Vəsaitləri DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
14-05-2024, 12:03
Ceyhun Bayramovun ATƏT-in sədri ilə geniş tərkibdə görüşü keçirilib


Ceyhun Bayramovun ATƏT-in sədri ilə geniş tərkibdə görüşü keçirilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşü geniş tərkibdə davam edib.
Tərəflər Azərbaycan və Malta arasında əməkdaşlıq məsələlərini, bu il ATƏT-ə sədrliyin prioritetlərini, təşkilatın üzləşdiyi çətinlikləri, Azərbaycanla ATƏT arasında əməkdaşlığı, COP29-dan irəli gələn tərəfdaşlıq imkanlarını, həmçinin regionda postmünaqişə dövründə vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!