20-12-2022, 16:59
Modul tipli xəstəxanalar tibbi fəaliyyətini davam etdirəcəkAzərbaycanda COVID -19 virusunun müalicəsi məqsədi ilə inşa edilən və hazırda fəaliyyətsiz qalan modul tipli xəstəxanalar tibb müəssisələri kimi fəaliyyətini davam etdirəcək. Bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib. V.Qurbanov xatırladıb ki, modul tipli xəstəxanalar koronavirus ölkədə yayılan zaman Prezidentin tapşırığı ilə inşa olunub: "Nəticədə ölkə üzrə çarpayı fondunda 2 minə yaxın artım müşahidə olundu. Hazırda cəmi bir müəssisə bu virusa yoluxan xəstələrin müalicəsi ilə məşğuldur. Artıq digər modul xəstəxanaları ilə bağlı layihələrimiz hazırdır. Həmin müəssisələrin digər tibb müəssisələri kimi istifadəsi nəzərdə tutulur. Bu da səhiyyəmiz üçün faydalı bir layihə olacaq. Artıq yerlərdə vətəndaşlar daha yaxın tibb müəssisəsinə müraciət edəcək. Modul xəstəxanaların təyinatı dəyişdiriləcək və adi tibb müəssisələri kimi xidmət göstərəcək".
20-12-2022, 16:55
KTMT-nin baş katibi Laçın yolundakı vəziyyətlə bağlı danışdıKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Laçın yolundakı vəziyyətə münasibət bildirib. Zas bu barədə jurnalistlərə açıqlamasında danışıb. "Laçın yolu KTMT-nin məsuliyyət zonasından kənardadır", - deyə o bildirib. Baş katibin sözlərinə görə, Ermənistandan bu məsələ ilə bağlı təşkilata heç bir müraciət daxil olmayıb. Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı missiyası hərbi kontingentinin məsuliyyət zonasında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz məqsədi ilə və ekoloji monitorinqin keçirilməsi tələbilə 12 dekabrdan bəri azərbaycanlı QHT nümayəndələri və ictimai fəallar Laçın yolunda aksiya keçirirlər.
20-12-2022, 16:46
Seperatçıları dəstəkləyən Fransaya etiraz“Heç kimin ixtiyarı yoxdur ki, ümumi bəşəri dəyərləri özününküləşdirsin”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, Fransa kimi dövlətlər demokratik dəyərləri pozur: "Fransa özünü Avropa ölkəsi kimi aparsa da, bu gün separatçılara dəstək verir. Beynəlxalq təşkilatlarda da bu məsələni qaldıracağıq. Artıq Azərbaycan fərqli dövlətdir, ikili standartları görürük. Bu gün Fransa kimi dövlətlər bilməlidir ki, Azərbaycan öz sözünü deyəcək. Fransanın bütün hərəkətləri qınanmalıdır”. Komitə sədri əlavə edib ki, Fransa bu gün Korsikada insanlığa qarşı siyasət yürüdür: "Həmin ölkədə insanların öz dillərində danışmağına icazə verilmir. Fransa orada insanları öldürür. Bu, Avropanın demokratik dövləti olan Fransa üçün utancvericidir və bu məsələyə susmaq olmaz. Bu barədə beynəlxalq təşkilatlarda məsələ qaldırmalıyıq". Deputat Musa Qasımlı da çıxışında Fransanı tənqid edib: “Fransa kimi Avropa dövlətinin təxribatçı çıxışlarına birlikdə cavab verməliyik. Belə ki, bununla bağlı beynəlxalq təşkilatlarda məsələ qaldırmalıyıq. Fransa öz qanlı tarixinə baxmalıdır, demokratiyadan, azadlıqdan danışa bilməz. Fransa kimi dövlət Azərbaycana heç bir şey öyrədə bilməz, Azərbaycan özü öyrədən dövlətdir”.
20-12-2022, 16:42
Seperatçıların mənfur planı baş tutmadı Laçın yolunun bağlanması ilə “quyruğu qapı arasında qalan” Qarabağdakı separatçı-terrorçu dəstə vəziyyətdən çıxmağa çalışır. Azərbaycanlı ekofəallar və QHT nümayəndələrinin dekabrın 12-dən başladığı aksiyaya qarşı alternativ yollar axtaran separatçılar əks-tədbirlər görməyi müzakirə ediblər. Dünən Qarabağdakı separatçı-terrorçu dəstənin başçısı Arayik Arutyunyan özünün qondarma “Təhlükəsizlik Şurası”nın iclasını keçirib. Hərçənd Arayikin Qarabağda olmadığı, Laçın yolu bağlanandan bəri - dekabrın 12-dən Ermənistandan qayıda bilmədiyi barədə məlumatlar var və güman olunur ki, o, dünənki iclası internet vasitəsilə keçirib. Separatçıların rəhbərliyi dünənki toplantıda Azərbaycan üçün problem yaratmağı müzakirə ediblər. Bunun üçün Ağdərə-Kəlbəcər yolunu bağlamaq çağırışını gündəmə gətiriblər. Qeyd olunub ki, hazırda rus sülhməramlılarının müşayiəti ilə Ağdərə-Kəlbəcər yolundan Azərbaycanın Kəlbəcərdəki hərbi hissələrinı ərzaq və hərbi texnika aparılır. Arayik Arutyunyanın dünənki iclasında separatçılar belə çağırışlar səsləndiriblər ki, Laçın yolu açılmayınca, azərbaycanlıların Ağdərə-Kəlbəcər yolundan istifadəsinə imkan verilməməlidirlər. Ancaq sonda bu addımın nəticə verməyəcəyi qənaətinə gəlindiyi bildirilir. Qeyd olunub ki, Azərbaycan həmin yola çox da arxayın olmadığından öz işlərini hərbi helikopterlərlə görür. Ermənistanın revanşist ruhlu “Hraparak” qəzeti yazır ki, separatçıların əks-tədbirlər görə bilməməsi özünü Qarabağda “dövlət naziri” elan etmiş Ruben Vardanyan və onun komandasına qarşı narazılıq və etimadsızlığı artırıb. Qarabağdakı mülki ermənilər narazılıqlarını artıq açıq şəkildə dilə gətirməkdən çəkinmirlər.
20-12-2022, 16:38
BQXK avtomobilləri Laçın yolundan maneəsiz keçdiDekabrın 20-da aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. Dekabrın 19-da da Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) bir nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət etmişdi. Azərbaycan tərəfi isə müraciətə dərhal cavab vermiş və keçid uğurla təmin olunmuşdu. Qeyd edək ki, bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.
20-12-2022, 16:34
Bu şəxslər tələbə kreditindən yararlanacaqNazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb. Qərara əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası alanlara, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslərə sosial təhsil tələbə kreditindən istifadə etmək hüququ verilib.
19-12-2022, 23:17
Qalib komandaya veriləcək pulun miqdarı açıqlandı
Dünya çempionatının qalibi olan Argentina millisinə 52 milyon ABŞ dolları mükafat veriləcək. Vəsaitin 10 milyon dolları artıq Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən yığma üzvlərinə təqdim olunub. Qalan vəsaiti isə FIFA ödəyəcək. Xatırladaq ki, dünən Argentina millisi finalda Fransanı məğlub edərək dünya çempionu olub.
19-12-2022, 23:14
Azərbaycandan Ukraynaya növbəti yardımAzərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav kanevski məlumat yayıb. “Azərbaycan biznesi ilə birgə təşkil edilən növbəti humanitar yük Ukraynaya yola düşür - Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kq tibbi yardım dəsti”, – deyə diplomat feysbukda bildirib.
19-12-2022, 23:06
“Qarabağ”ı məğlub etdi, yarımfinala yüksəldiBu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib. İlk oyun gününə nəzərdə tutulan 2 qarşılaşmadan biri başa çatıb. Belə ki, "Qəbələ" klubu öz meydanında "Qarabağ"ı qəbul edib. İlk oyunu 2:2 hesabı ilə başa çatan komandaların görüşü "Qəbələ"nin üstünlüyü başa çatıb - 1:0. Bununla da "Qəbələ" komandası "Qarabağ"ı mübarizədən kənarlaşdıraraq, yarımfinal mərhələsinə yüksəlib. Digər matçda isə "Sabah" klubu "Səbail"lə doğma meydanda üz-üzə gələcək. "Bank Respublika Arena"dakı görüş saat 19:00-da start götürəcək. "ASK Arena"da keçirilən ilk qarşılaşmada "dənizçilər" 3:2 hesablı qələbə qazanıb. Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.
19-12-2022, 23:03
Səudiyyə Ərəbistanla Anlaşma memorandumu imzalandıBu gün Azərbaycanın İqtisadiyyat Nazirliyi və Səudiyyə Ərəbistanının İnkişaf Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi nazir Mikayıl Cabbarov və Fondun Baş icraçı direktoru Sultan Abdulrahman Al-Marshad imzalayıblar. Memorandumda Fondun ölkəmiz üçün prioritet olan sahələr üzrə inkişaf layihələrinin maliyyələşməsinə dair əməkdaşlıq məsələləri öz əksini tapıb.