Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
11-02-2024, 12:41
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda fevralın 12-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.
11-02-2024, 11:52
İlham Əliyev iranlı həmkarına təbrik məktubu ünvanladı


İlham Əliyev iranlı həmkarına təbrik məktubu ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi çatdırıram.
Tarixən xalqlarımızı birləşdirən dostluq münasibətləri və ortaq mənəvi dəyərlər Azərbaycan-İran dövlətlərarası əlaqələrinin və əməkdaşlığının inkişafı üçün yaxşı zəmindir. Bu gün iqtisadi-ticari, nəqliyyat və digər sahələrdə ölkələrimizin qarşılıqlı fəaliyyəti məmnunluq doğurur.
İnanıram ki, Azərbaycan ilə İran arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza əmin-amanlıq və rifah diləyirəm".
10-02-2024, 16:17
Qarabağ erməniləri regionu könüllü tərk edib - Rusiya XİN


Qarabağ erməniləri regionu könüllü tərk edib - Rusiya XİN

Qarabağ erməniləri regionu könüllü tərk edib.
Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, ağır, lakin könüllü seçim olub”, - deyə nazir müavini bildirib.
10-02-2024, 15:45
Sərvər Bəşirlinin maşını Adıyamanda sərgilənəcək


Sərvər Bəşirlinin maşını Adıyamanda sərgilənəcək

Türkiyədə ötən il baş verən zəlzələ zamanı yardım dolu avtomobili ilə gündəmə gələn Sərvər Bəşirlinin maşını Adıyamanda sərgilənəcək.
Bu barədə "Anadolu " agentliyi məlumat yayıb.
Bildiriblir ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat sosial şəbəkələrdən məşhur olan Sərvər Bəşirlinin avtomobilini Adıyamanda keçiriləcək sərgidə nümayiş etdirmək istəyir.
“Bu təklifi məmnuniyyətlə qəbul etdim. İstədikləri zaman götürə bilərlər”, - Sərvər Bəşirli təklifə belə cavab verib.
10-02-2024, 15:28
Yol qəzalarında həlak olanların 32,1 faizi təhlükəsizlik kəməri taxmayıb


Yol qəzalarında həlak olanların 32,1 faizi təhlükəsizlik kəməri taxmayıb

Keçən il yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 31 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir.
"Hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail olan sürücü, həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır. Sərnişinlər də təhülkəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar" - deyə, BDYPİ-dən bildirilib.
10-02-2024, 15:09
Türkiyə AŞPA-nın Azərbaycanla bağlı qərarına münasibət bildirdi


Türkiyə AŞPA-nın Azərbaycanla bağlı qərarına münasibət bildirdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə bağlı qərəzli qərarına münasibətbildirib.
Bəyanat Türkiyə parlamentinin rəsmi səhifəsində dərc olunub.
O qeyd edib ki, Türkiyə parlamenti AŞPA-nı dəstəklədiyi prinsipləri qətiyyətlə müdafiə etməyə, bölücü deyil, birləşdirici platforma olmağa və Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyə çağırır.
Kurtulmuş AŞPA-nın Azərbaycanla bağlı qərarından məyus olduğunu və bu qərara yaxın vaxtlarda yenidən baxılacağını gözlədiyini qeyd edib. O xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu qurumla əməkdaşlıq etdiyi illər ərzində təkcə onun əsas prinsiplərinin həyata keçirilməsinə mühüm töhfə verməyib, həm də mədəni müxtəlifliyin qorunmasında və mədəniyyətlərarası dialoqun təşviqində aparıcı rol oynayıb.
10-02-2024, 15:09
Türkiyə AŞPA-nın Azərbaycanla bağlı qərarına münasibət bildirdi


Türkiyə AŞPA-nın Azərbaycanla bağlı qərarına münasibət bildirdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə bağlı qərəzli qərarına münasibətbildirib.
Bəyanat Türkiyə parlamentinin rəsmi səhifəsində dərc olunub.
O qeyd edib ki, Türkiyə parlamenti AŞPA-nı dəstəklədiyi prinsipləri qətiyyətlə müdafiə etməyə, bölücü deyil, birləşdirici platforma olmağa və Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyə çağırır.
Kurtulmuş AŞPA-nın Azərbaycanla bağlı qərarından məyus olduğunu və bu qərara yaxın vaxtlarda yenidən baxılacağını gözlədiyini qeyd edib. O xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu qurumla əməkdaşlıq etdiyi illər ərzində təkcə onun əsas prinsiplərinin həyata keçirilməsinə mühüm töhfə verməyib, həm də mədəni müxtəlifliyin qorunmasında və mədəniyyətlərarası dialoqun təşviqində aparıcı rol oynayıb.
10-02-2024, 13:41
Qələbəmizi sınıra bilmirsinizsə…


Qələbəmizi sınıra bilmirsinizsə…

Söylədikləri nə nağıl, nədə ki, hekayə deyil. Yaşadıqları və yaddaşından heş vaxt silinməyənlərdir. Üstündən 36 il keçir…
Axşam düşürdü. Qonşular Atdıxan dayıgilə yığışırdılar. Sahibi ağır vəziyyətdə kəndə gətirmişdilər. Sürücü idi. Gorus erməniləri maşınının qabağın kəsib, o ki var döyüb, ölümcül hala salmışdılar. Tanınmaz halda idi. Üz-gözü üfürülmüşdü. Təpitmə döşəyirdilər…
Bunları şahid danışır - Fətəliyeva Minayə Lətif qızı.
Ağsaqqal, ağbirçək, cavan, uşaq kənddə kim qalmışdısa hamı orda idi. Camaat həm Sahibə baş çəkməyə, həm də məsləhətləşməyə yığışmışdılar. Qız, gəlin əldə-ayaqda idi. Çay gətirən, su götürən hərə bir iş görürdü…
Hadisələr 1988-ci ilin fevralından başladı. Heç arası bir şey çəkmədi. Sentyabrdan artıq əhali kəndi məcbur olub tərk etməyə başlamışdı. Azərbaycanlılar işə gedə bilmirdilər. Məktəbdə dərs keçilmirdi. Uşaqlar ortalıqda qalırdı. Evlərin damlarını daşlamaq, ot tayalarını odlamaq, hədə-qorxu dolu yazılar yazıb qapılara yapışdırmaq, kəndin işığını söndürmək, vahiməli vəziyyətlər yaratmaq, rayon mərkəzinə Sisiana (anamgil Qarakilsə deyirdilər) hər hansı sənəd dalınca və yaxud vacib bir iş üçün gedənin üstünə tökülüb döymək, gecələr evlərə qəfil hücumlar etmək adi hal almışdı.
İki gündən bir xəbər yayılırdı ki, gecə kəndə Əngələvid erməniləri hücum edəcək. Əngələvidlilər çox qəddar idilər. Əvvəlki, qırğınlarda da onlar amansızcasına çox qanlar tökmüşdülər. Yaşlı nəsil nə baş verdiyini, camaatı nə faciələr gözlədiyini bilirdilər. Çünki dəfələrlə başları çəkmişdi. Tək Sovet hökuməti deyib durmuşdular. O zülmü təkrar yaşamaqlarının yeganə səbəbi də elə Sovet hökumətinə olan inamları idi. Allah dağıtmış bu hökumət keşkə tez dağılardı...Osman müəllim, Allahyar həkim, yerləri behiştliklər əsl kommunist idilər… Camaatı inandırırdılar ki, Sovet hökuməti ölməyib ki, erməni nə bilir etsin…
Minayə xanımın yaddaşından silinməyənlər bunlarla bitmir. Dinlədikcə köhnə yaralar qövr edir. 1905, 1918, 1948-51…
Qan üstündə bərqərar olan, elə qan-qada ilə də yıxıldı. Çanaq yenə də biz azərbaycanlıların başında çatladı... İlahi, o ağır günlərin tək şahidisən, Sən! Sən haqqı nahaqqa vermədin heç vaxt. Bizimdə haqqımızı zalıma vermə!
1988-ci il noyabr-dekabr aylarında gecə vaxtı üzü Eşşək meydanına sarı ayaq yalın, baş açıq, üz tutan, qarda-boranda itkin düşən, həlak olan, əli-ayağı donan, yarıcan olan, sağ-sökəl birtəhər zalımın əlindən quru canlarını qurtarıb Laçına pənah aparan Şəki camaatının hal-qəziyəsini BMT, Avropa Şurası, ATƏT hardan bilərdi. Belə görünür ki, onlar bu 36 ildə heç nə bilməyib, heç nə görməyib, heç nə eşitməyiblər…“Çox uzaqlarda” insan haqlarını qorumaqla başları qarışıq olub.
Qərbi Azərbaycandan didərgin olan, məcburən qovulan, deportasiya edilən, etnik təmizləməyə məruz qalan bizlər 36 ildir o haqlardan məhrum sayılmışıq. Tək şahid özünsən, Allah! O çətin günlərdə də, biz tək səni çağırmışıq, ya Allah dadımıza yet, demişik. Nə BMT, nə Avropa Şurası, nədə ki, digərləri yadımıza düşməyib. Yenə də səni çağırırıq, ya Allah, haqqımızı yeyənləri, özün dinə-imana gətir. Gözləri kordusa, gözlərinə nur ver, qulaqları kardısa, qulaqlarını şəfalandır, daş qəlblərini, mərhəmət, rəhmət hissilə doldur, nə fərqi xristian olsun, ya müsəlman? Onlarda insandılar. Allahımız tək Sənsən. Hamımızı sən yaratdın. Bunu inkar edən yox. Qaniçənin başını sığallamaq, nazı ilə oynamaq, eləsinə isti qucaq açmaq ədalətsizlik deyilmi? Regiona gəlmə tarixləri bütün dünyaya agah olan bu ermənilər nə matah olublar ki, iki əsrdə dəfələrlə regionu qançanağına döndəriblər. Zorla torpağımızda qeyri-qanuni məskunlaşdırılıb ev-eşik sahibi ediliblər, dinməmişik. Dövlət yaradıblar yenə dinməmişik. Dinənlərimizə qan qusdurdular, güllələdilər. Kətan babamın məzarının harda olduğunu hələ də bilənimiz yoxdur.
Ay haray, bəs paytaxtımız yoxdur, onu da verin. Bu istəklərini də ürəklərində qoymamışıq. İrəvan şəhərimiz sənədlə sübutla bizdən alınıb onlara verildi. Axı bu baş verənlər uzaq tarixdə deyil ki, yaddan cıxa. Elə dünən olub. Bütün arxivlərdə durur.
Niyə bizim xoş günümüz gözünüzə bıçaq kimi batır? Məsləhət olmasın, əgər qələbəmizi sınıra bilmirsinizsə, onda festal için!
Ali Baş Komandanımız nə dedisə, onu da etdi. Nə deyibsə, onu da edəcək. Buna əminik! Olsun AŞPA da, olsun digər qurumlarda nə çalsanızda havanıza oynayan kimsə Azərbaycanda tapılmayacaq. Ərazi bütövlüyümüz, müstəqilliyimiz bizə canımız qədər əzizdir. Haqq ədalət uğrunda minlərlə can qurban vermişik. Geriyə yol olmur. Keçmişdən yalnız dərs ala bilərik! Onu da almışıq. Kim kimdir, kim kimin havadarıdır gün kimi aydındır. Yeni dövr, yeni reallıqlar qarşısında irəliyə atılan hər addımın uğurlu olsun, can Azərbaycan!

Azadə NOVRUZOVA
Prezident təqaüdçüsü, şair-publisist
“Bütöv Azərbaycan” qəzeti
9 Fevral 2024

10-02-2024, 13:35
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.
10-02-2024, 13:13
ANAMA Xocavənddə baş vermiş partlayışın təfərrüatını açıqladı


ANAMA Xocavənddə baş vermiş partlayışın təfərrüatını açıqladı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonu Çartaz kəndi ərazisində arıçılıq təssərüfatında baş verən partlayışın təfərrüatını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, hadisə arıçılıqla məşğul olan 1996-cı il təvvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə edərkən baş verib.
Partlayış nəticəsində S.Ələsgərov sağ əlindən xəsarət alıb və zərərçəkənin sağ əlinin 3 barmağı amputasiya olunub.
ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!