Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
7-02-2024, 20:11
Özbəkistan və Belarus Prezidentləri İlham Əliyevə zəng etdi


Özbəkistan və Belarus Prezidentləri İlham Əliyevə zəng etdi

Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Özbəkistanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının geri qayıtmasının önəmini bir daha vurğulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Fevralın 7-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Belarus dostluq əlaqələrinin bundan sonra da möhkləmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
7-02-2024, 19:43
Hikmət Hacıyev təxribat xarakterli sualları cavablandırdı


Hikmət Hacıyev təxribat xarakterli sualları cavablandırdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın ZDF nəşrinin təxribat xarakterli suallarını cavablandırıb və rəsmi Bakının mövqeyini aydın şəkildə ortaya qoyub.
Müsahibəni oxucuların diqqətinə çatdırır:
- Ötən ilin sonunda İlham Əliyev Ermənistanın cənub rayonlarını da Azərbaycanınkı hesab etdiyini bildirdi. İndi Əliyevin məqsədi Ermənistandan əraziləri geri almaqdır?
- Prezident belə bir şey deməyib və təəssüf edirəm ki, beynəlxalq KİV-də onun sözləri yanlış şərh olundu. Əslində o, başqa şeyi nəzərdə tuturdu. Azərbaycanlılar həmişə indiki Ermənistan ərazisində yaşayıblar. Mənim əcdadlarım da indiki Ermənistan ərazisində yaşayıblar. Biz şəxsiyyətlərarası təmaslardan danışırıq. Azərbaycanlıların da bu əraziləri, məsələn, mədəniyyət ocaqlarını, qəbiristanlıqları ziyarət etmək hüququ olmalıdır. Bu, Ermənistana qarşı ərazi iddiaları demək deyil.
Zəngəzur dəhlizinə gəlincə, ümid edirik ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. 2020-ci ilin üçtərəfli bəyanatına əsasən, Ermənistan Azərbaycana əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz əlaqə təmin etməyə razılaşıb. Lakin Ermənistan hələ də üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.
- Azərbaycanda Ermənistana hərbi zərbə endirmək ehtimalı müzakirə olunurmu?
- Yox. Bizim üçün istənilən hərbi müdaxilə geridə qalıb, çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan əməliyyatları yalnız öz ərazisində və özünümüdafiə hüququnu nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirib. İkili standartlar və ərazi bütövlüyünə seçici münasibət olmamalıdır.
- Hazırda Azərbaycanın da üzv olduğu Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə bağlı müzakirələr gedir. Bu onunla bağlıdır ki, bir çox deputatlar Azərbaycanı xarici və daxili siyasətdəki tendensiyalara görə tənqid edirlər. İndi Azərbaycan bu assambleyanı tərk etmək istəyir. Niyə?
- Çox təəssüf edirəm ki, vəziyyət bu həddə çatıb. Amma AŞPA-dakı bəzi deputatlar, xüsusən də Almaniyadan olanlar hamıya mühazirə oxumağı, ağıl verməyi xoşlayırlar. Qərbdə baş verən bəzi hadisələrlə bağlı bizdə də böyük narahatlıq var. Məsələn, Aİ-də miqrantların hüquqları məsələsi ilə bağlı. Biz həmçinin islamafobiya və antisemitizm ilə bağlı vəziyyətdən də narahatıq. Amma AŞPA deputatları bütün bu məsələlər barəsində susurlar və yalnız Azərbaycanı təhqir edirlər.
- AŞPA üzvlərinin seçkilərə buraxılmamasının səbəbi də bu idi?
- Azərbaycanın AŞPA qarşısında seçkilərə müşahidəçi dəvət etmək öhdəliyi yoxdur. Bizim ATƏT qarşısında öhdəliklərimiz var. Biz əməkdaşlıq edirik və hazırda prezident seçkiləri ilə bağlı ATƏT nümayəndələri Bakıdadırlar. Təəssüf edirəm ki, AŞPA-nın bəzi üzvləri Avropa Şurası çərçivəsində ümumi əməkdaşlıq ruhuna xələl gətirirlər. Bunun arxasında hansı məqsədlərin dayandığını bilmirəm. Biz bunun qeyri-məhsuldar olduğunu düşünürük. Hesab edirəm ki, Azərbaycan AŞPA-ya böyük fayda gətirirdi.
- Noyabr və dekabr aylarında Azərbaycanda hökumətdə korrupsiya hallarını araşdıran bir neçə jurnalist həbs edilib. Onlar bu araşdırmalara görə həbs olunublar?
- Korrupsiya ilə bağlı araşdırma apardıqlarını iddia edən strukturların özləri korrupsiya ilə məşğul olublar. Bəzi KİV-lər Azərbaycandakı fəaliyyətlərinə görə qanunsuz çirkli pulların yuyulması kanalları vasitəsilə 300 min ABŞ dolları alıblar. Bizim həmçinin media təşkilatlarından maliyyələşmələri barədə soruşmaq hüququmuz var. Bu strukturlar şəffaflığı təmin etməyib. Onlar Azərbaycandan kənarda qeyri-qanuni mənbələrdən istifadə etməklə çirkli pulların yuyulması fəaliyyətlərini davam etdiriblər.
7-02-2024, 19:20
Prezident seçkilərinin “exit-poll” nəticələri elan edildi


Prezident seçkilərinin “exit-poll” nəticələri elan edildi

ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib.
Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev - 93.9 faiz;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev - 1.2 faiz;

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 1.8 faiz;

Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa - 1.5 faiz;

Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev- 0.4 faiz;

Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev - 0.9 faiz;

Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev - 0.3.

Qeyd edək ki, ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı “exit-poll”u yerli tərəfdaş “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” ilə birgə keçirib.
7-02-2024, 19:00
Prezident seçkiləri ilə bağlı səsvermə başa çatdı


Prezident seçkiləri ilə bağlı səsvermə başa çatdı

Növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.
Səhər saat 08.00-da açılan bütün seçki məntəqələri bağlanıb.
Beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə bülletenlərin sayılmasına başlanılacaq.
Mərkəzi Seçki Komissiyasının (MSK) saat 17:00-a olan məlumatına görə, respublika üzrə 4 milyon 590 min 75 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub.
MSK sədri Məzahir Pənahov bildirib ki, saat 21:00-da ilkin nəticələrin elan edilməsi nəzərdə tutulur.
7-02-2024, 16:16
Seçici fəallığının ən yüksək olduğu dairə açıqlandı


Seçici fəallığının ən yüksək olduğu dairə açıqlandı

15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsidir.
Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-da keçirilən brifinqdə bildirib.
Burada seçici fəallığı 71,25 % olub.
Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Belə ki, burada seçki dairəsində seçici fəallığı 40,08 % olub.
7-02-2024, 16:03
Ölkənin ən yaşlı seçicisi səs verdi


Ölkənin ən yaşlı seçicisi səs verdi

93 saylı Ağdaş seçki dairəsinin 43 saylı məntəqəsində qeydə alınan ölkənin ən yaşlı seçicisi səs verib.
Ağdaşın Hapıtlı kəndində yaşayan Barı Nəbiyeva 1900-cü ildə doğulub. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də Barı nənənin evinə daşınan seçki qutusu aparılıb. İstədiyi namizədə səs verən Barı Nəbiyeva qalib gələcək şəxsə uğurlar arzulayıb.
Xatırladaq ki, 93 saylı Ağdaş seçki dairəsi 51 seçki məntəqəsini əhatə edir. Bu məntəqələr üzrə 52 min 592 seçici prezident seçkilərində öz seçimlərini etməli, istədiyi namizədə səs verməlidir.
Rayonda səhər saat 8:00-dan seçki kampaniyasının mühüm mərhələsi olan səsverməyə mütəşəkkilliklə başlanılıb. 1470 nəfər ilk dəfə səs verəcək, 324 nəfərin evinə daşınan seçki qutusu aparılacaq.
Dairə seçki komissiyasının sədri Əsgərxan Həsənov bildirib ki, səsvermə prosesi yerli və beynəlxalq müşahidəçilərin nəzarəti ilə seçki qanunlarına uyğun, heç bir pozuntuya yol vermədən davam edir. Hazırda səsvermənin gedişini 680 yerli müşahidəçi izləyir.
7-02-2024, 14:31
Ermənistan və Azərbaycan sülhün bağlanması istiqamətində irəliləyir - MDB


Ermənistan və Azərbaycan sülhün bağlanması istiqamətində irəliləyir - MDB

Ermənistan və Azərbaycan sülhün bağlanması istiqamətində irəliləyir, İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanatlar uğur qazansa, MDB şad olacaq.
Bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev Bakıda jurnalistlərə bildirib.
"Ermənistan və Azərbaycan sülhə doğru irəliləyir. Hər iki ölkənin liderləri tam sülhə nail olmaq niyyətində olduqlarını bildirirlər. Biz hamımız Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan hökuməti arasında dekabrda baş tutan danışıqlardan məmnun qaldıq. Hər iki tərəfin münasibətlərdə gərginliyin azaldılması və düşmənçiliyin qarşısının alınması üçün bütün səylərini əsirgəməyəcəyinə dair bəyanatları təqdirəlayiqdir”, - deyə Lebedev vurğulayıb.
O əmin edib ki, MDB ölkələri bu səyləri dəstəkləyir.
Baş katibin sözlərinə görə, MDB və Rusiya liderləri Cənubi Qafqazda sülhün bərqərar olmasında son dərəcə maraqlıdırlar. Lebedev qeyd edib ki, dövlət başçılarının bütün görüşlərində bu mövzuya toxunulur, müzakirə olunur, hansı tədbirlərin görülməsi ilə bağlı fikirlər səsləndirilir.
7-02-2024, 13:53
Ermənistan torpaqlarımızı milyonlarla mina ilə zəbt edib - Hikmət Hacıyev


Ermənistan torpaqlarımızı milyonlarla mina ilə zəbt edib - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, mina insidentləri ilə bağlı araşdırmalar partlayışların əksəriyyətinin keçmiş qarşıdurma xəttinin arxasında, xüsusən də hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verdiyini göstərir.
Bu barədə o, "X"də yazıb.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda mina qurbanları artmaqda davam edir:
"Ermənistan 30 il davam edən işğalı zamanı Azərbaycan torpaqlarını milyonlarla mina ilə zəbt edib. Mina insidentləri ilə bağlı araşdırmalar göstərir ki, partlayışların əksəriyyəti keçmiş qarşıdurma xəttinin arxasında, xüsusən də hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verir. Bu, “kütləvi qırğın silahı” məntiqi ilə dinc əhalini terrora məruz qoymaq, öldürmək, geri qayıtmaq hüququndan məhrum etmək üçün minalardan qəsdən və fərq qoymadan istifadə edilməsi faktının sübutudur".
7-02-2024, 13:30
Elm və təhsil naziri səs verdi


Elm və təhsil naziri səs verdi

Elm və təhsil naziri Emin Əmrullayev səs verib.
O, 24 saylı Nizami 1-ci seçki dairəsinin 20 saylı seçki məntəqəsindən səsvermə hüququndan istifadə edib.

7-02-2024, 13:09
Pakistandakı səfirliyimizdə də səsvermə keçirilir


Pakistandakı səfirliyimizdə də səsvermə keçirilir

Fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Pakistandakı səfirliyində də səsvermə keçirilir.
Səfirlikdən bildiriblər ki, Pakistanda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının Seçki Məcəlləsinə uyğun olaraq səsvermə hüququnun təminatı üçün səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqə seçki komissiyası yaradılıb.
Səfirlikdə yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün İslamabadda olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.
Qeyd edək ki, Azərbaycanın Pakistandakı səfirliyində ilk dəfədir seçki məntəqəsi yaradılıb və səsvermə keçirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!