Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                        Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir .....                        20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq .....                        Lavrov iranlı həmkarı ilə danışıqlar apardı .....                       
22-07-2023, 17:05
Qərbi Azərbaycanla bağlı Zod icması yaradıldı


Qərbi Azərbaycanla bağlı Zod icması yaradıldı

Qərbi Azərbaycan İcmasının tərkibində Zod icmasının Göygöl nümayəndəliyinin yaradılması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və vaxtı ilə Qərbi Azərbaycandan, Zod mahalından zorla deportasiya edilmiş və rayonda məskunlaşmış bir qrup ağsaqqal və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Göygöl şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Daha sonra 300 nəfərə yaxın qərbi azərbaycanlı ilə görüş keçirilib.
Görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev açılış nitqi ilə çıxış edib.
Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın strukturu, məqsədləri, bu günə qədər göstərdiyi uğurlu fəaliyyəti barədə danışıb.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov nümayəndəliyin işinə uğurlar arzulayıb, belə addımların davamlı olmasını diləyiblər. Zod icmasının təsis olunması ilə bağlı təşəbbüsü dəstəkləyiblər.
Daha sonra Zod mahalının tarixini özündə əks etdirən videoçarx izlənilib. Dövlətə, dövlətçiliyə sadiq olan, qədirbilən və qeyrətli zodluların uğurları barədə söhbət açılıb, Ulu Öndər tərəfindən təltif olunanların videomüraciəti dinlənilib.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, icmanın yerli nümayəndəliyi həmin rayonlarda yaşayan qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə fəaliyyət həyata keçirəcək.
22-07-2023, 16:23
Son altı ayda buğda idxalı artıb


Son altı ayda buğda idxalı artıb

Bu ilin altı ayında Azərbaycan 493 min 210 ton buğda idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu həcmdə buğdanın idxal dəyəri 145 milyon 565 min ABŞ dolları təşkil edib.
Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 92 min 462 (23%) ton, dəyər baxımından isə 2 milyon 462 ton (1,8%) çoxdur.
Xatırladaq ki, bu, Azərbaycanın ümumi idxalının 1,78%-ni təşkil edib.
Bölgələrdə taxıl biçini davam edir. Artıq 658 339 hektar sahədə biçin başa çatıb, sahələrdən 2 milyon 164 min 746 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 32,9 sentner təşkil edir.
Bu günədək 16 rayonda taxıl sahələrinin 90%-dən çoxunda biçin başa çatıb.
Respublika üzrə arpa sahələrinin 80%-də biçin yekunlaşıb, sahələrdən bir milyon tona yaxın məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 30,6 sentner təşkil edir. Buğda sahələrinin isə 50%-də biçin aparılıb, 333 088 hektar biçilmiş sahədən 1 milyon 169 min 774 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb.
22-07-2023, 13:05
Paytaxtda evdən iki qardaşın meyiti tapıldı


Paytaxtda evdən iki qardaşın meyiti tapıldı

Bakıda evdən iki qardaşın meyiti tapılıb.
Hadisə dünən axşam saatlarında Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.
Belə ki, 52 yaşlı Həsənov Əli Xaliq oğlu və qardaşı 55 yaşlı Rəhmanın meyiti evdə aşkarlanıb. İlkin müayinə zamanı onların üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.
İki qardaşın eyni vaxtda hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
22-07-2023, 12:34
Sabahın havası


Sabahın havası

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı, 759 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 faiz, gündüz 35-45 faiz olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacaq.
22-07-2023, 12:21
Xəzər sahilində kişi meyiti aşkarlandı


Xəzər sahilində kişi meyiti aşkarlandı

Xəzər dənizinin Xaçmaz rayonu Niyazoba kənd sahillərində kişi meyiti aşkarlanıb.
Araşdırmalar zamanı onun Xaçmaz şəhər sakini, 1982-ci il təvəllüdlü Ağayev Asif Balakişi oğlu olduğu müəyyənləşib.
Kənd sakinlərinin dediyinə görə, A.Agayev ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
22-07-2023, 11:30
Boksçularımız Avropa birinciliyinə qələbə ilə start götürdülər


Boksçularımız Avropa birinciliyinə qələbə ilə start götürdülər

Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürüb.
Federasiyadan verilən məlumata görə, 32 ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqdən qalib ayrılıb.
48 kq çəkidə Zidan Hümbətov Nikolos Şarabidze (Gürcüstan) ilə üz-üzə gəlib və rəqibini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda yunanıstanlı Angelos Karaitislə münasibətinə aydınlıq gətirəcək. Döyüş iyulun 25-də olacaq.
Sübhan Babayevin (50 kq) də Avropa birinciliyində debütü uğurlu alınıb. O, Ahmet Yılmaz (Türkiyə) üzərində 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Boksçumuz iyulun 22-də 1/8 finalda Maksim Çekini (Ukrayna) sınağa çəkəcək.
Orucəli Cavadzadə (57 kq) Ognjen Antiçi (Serbiya) mübarizədən kənarlaşdırıb. Rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən idmançı 1/8 finalda Adam Maka (İngiltərə) ilə görüşəcək. Döyüş iyulun 24-də olacaq.
Cəmilə Sultanlı (48 kq) da ilk duelindən qalib ayrılıb. O, Melissa Talpasdan (Macarıstan) üstün olub - 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). Təmsilçimiz 1/4 finalda ukraynalı Yuliana Ovsepyanla qarşılaşacaq. Görüş iyulun 25-də baş tutacaq.
Onlardan fərqli, Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) və Əli Məmişov (70 kq) yarışla vidalaşıb.
Qeyd edək ki, Avropa birinciliyində final qarşılaşmaları iyulun 30-da olacaq.
22-07-2023, 11:11
MİQ üzrə vakansiya seçimi mərhələsi başladı


MİQ üzrə vakansiya seçimi mərhələsi başladı

Bu gün saat 11:00-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılıb.
Namizədlər iyulun 25-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.
Qeyd edilib ki, əvvəlcə vakant yer seçmək imkanı müsabiqədə minimum tələbi ödəyən şəhid ailələrinin üzvlərinə verilir.

22-07-2023, 10:55
Azərbaycan mediasına da bir sıra çağırışlar aiddir - Hikmət Hacıyev


Azərbaycan mediasına da bir sıra çağırışlar aiddir - Hikmət Hacıyev

Mediada yeni tendensiyalar təşəkkül tapıb.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu zamanı çıxışında deyib.
“Peşəkar jurnalistlər üçün imtiyazlar olmalıdır. Azərbaycan mediasına da bir sıra çağırışlar aiddir. Biz bunları gündəlik işimizdə də hiss edirik. 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra müstəqil media ortaya çıxdı”,- deyə H.Hacıyev əlavə edib.
Qeyd edək ki, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu başlayıb. Tədbirə ümumilikdə 120 media subyekti və 50 ölkədən 250-dən çox qonaq qatılıb. Açılış mərasimindən sonra forum sessiyalarla davam edir. Sessiyalarda medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislər tərəfindən panel müzakirəyə çıxarılacaq. Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi paralel tədbirlərin - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.
Forum 23 iyul axşama qədər davam edəcək.
21-07-2023, 20:49
Törətdikləri əməllərə görə ermənilərdən qisas almaq fikrində deyilik - Prezident


Törətdikləri əməllərə görə ermənilərdən qisas almaq fikrində deyilik - Prezident

"Biz erməni xalqının tarixi mirasına əl dəymirik. Şuşada erməni kilsəsi var, hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. Yəni, biz törətdikləri əməllərə görə onlardan (ermənilərdən – red.) qisas almaq fikrində deyilik".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
“Mən onu demişdim - hələ müharibə vaxtı və müharibədən sonra biz qisası döyüş meydanında almalı idik və aldıq, şəhidlərimizin qanını da döyüş meydanında aldıq. Biz dinc əhaliyə qarşı heç vaxt atəş açmamışıq. Amma onlar müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka-U”, “Skad” raketləri ilə atəşə tuturdular. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu yaddaşın silinmədiyini, silinməyəcəyini və silinməməli olduğunu diqqətə çatdıran Prezident bildirib: “Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Yenə də deyirəm, qisas almaq üçün yox, unutmamalıdır ki, heç vaxt təkrarlanmasın”.
21-07-2023, 20:35
Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verildi


Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verildi

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
Qonaqlar Azərbaycan musiqilərinin sədaları altında milli mətbəximizin ləziz təamlarını dadıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir. Forum işini iyulun 23-də yekunlaşdıracaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!