Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ .....                        Prezident Şuşada Selçuk Bayraktaroğlunu qəbul etdi - FOTO .....                        Kəlbəcərə köçən 32 ailəyə mənzillərin açarları təqdim edildi - FOTO .....                        Məktəb direktoru seçimində nələr dəyişir? - AÇIQLAMA .....                        2026-cı ildə Xocalı hava limanı istifadəyə verilə bilər - Deputat .....                        Azərbaycan bu Şəbəkəyə tamhüquqlu üzv oldu .....                        Kəlbəcərdə ilk təhsil zəngi çalındı - FOTO .....                        Yollarımıza düşən inam işığı .....                        Bütün dünyaya sübut etmişik ki, güclü xalqıq - Prezident .....                       
31-03-2023, 12:43
Ordumuzun artilleriya bölmələrinə döyüş təlimi keçirilib


Ordumuzun artilleriya bölmələrinə döyüş təlimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimdə qısa müddət ərzində yerdəyişmə edərək atəş mövqelərinin tutulması, minaatan və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər məşq etdirilib. Praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib və qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub. Təlimin keçirilməsində əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

30-03-2023, 23:41
Rusiya və Belarus idmançılarının Avropa Oyunlarına girişi qadağan edildi


Rusiya və Belarus idmançılarının Avropa Oyunlarına girişi qadağan edildi

Rusiya və Belarus idmançıları Polşanın Krakov şəhərində keçiriləcək Avropa Oyunlarına buraxılmayacaq. Bu barədə BBC oyunun təşkilatçılarına istinadən məlumat yayıb. Avropa Oyunlarının təşkilat komitəsinin sədri Marçin Novak deyib ki, Rusiya Federasiyasını və Belarusu təmsil edən idmançılar yarışda olmayacaq. "Diplomatik prosedurlara baxmayaraq, biz buna icazə verməyəcəyik", - açıqlamada bildirilir. Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək keçiriləcək, yarışlarda 7000-ə yaxın idmançı iştirak edəcək.
30-03-2023, 23:23
XİN başçısı Fələstinin Baş naziri ilə görüşüb


XİN başçısı Fələstinin Baş naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri Məhəmməd Ştayte ilə görüşüb. Bu barədə Ceyhun Bayramov tvitter hesabında paylaşım edib. Görüşdə ikitərəfli münasibətlər, müxtəlif platformalarda çoxtərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında əsaslı müzakirələr aparılıb.
30-03-2023, 23:08
Deputatın partiyası terror aktıyla bağlı bəyanat yaydı


Deputatın partiyası terror aktıyla bağlı bəyanat yaydı

Böyük Quruluş Partiyası (BQP) partiya başqanı, millət vəkili Fazil Mustafaya qarşı həyata keçirilən terror aktı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Böyük Quruluş Partiyasının üzvləri mart ayının 29-da BQP başqanı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən acımasız, alçaq, vəhşi terror aktı ilə bağlı xəbəri böyük sarsıntı və dərin hiddət hissi ilə qarşılayıb. Bu qanlı cinayəti törədən şəxsin və ya şəxslərin, arxasında duran mərkəz və ya qrupların, sifarişçilərin və icraçıların hüquq-mühafizə orqanları tərəfindən ən qısa zamanda aşkara çıxarılaraq ədalət məhkəməsinə təhvil veriləcəyinə və layiq olduqları ən ağır cəzaya məhkum ediləcəyinə ümid edirik. BQP hesab edir ki, bu sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur. Terror hadisəsində məhz Fazil bəyin - Azərbaycanın istiqlalı uğrunda mübarizənin təməlindən ona öncüllük edənlərdən birinin, istedadlı alimin, fəal ictimi-siyasi xadimin, cəmiyyətin problemlərinə, onun eybəcərliklərinə dözümsüz yanaşan istedadlı yazarın, görkəmli siyasətçinin, parlamentin ən fəal deputatının, Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə sədaqəti ilə seçilən Vətəndaşın hədəf seçilməsi təsadüfi deyil. Fazil bəyə qarşı törədilən terror hadisəsi, əslində milli müstəqilliyimizə, azad fikirliliyə, çağdaşlığa, daxili birliyimizə yönəlmiş ağır cinayət hadisəsidir. Sivil müzakirələrdən qorxan nadanların mədəniyyətə, ağıla, biliyə, tərəqqiyə, elmə, təhsilə qarşı yönələn vandallıq aktıdır. Terror hadisəsəni törədənlərin başlıca məqsədi Azərbaycanın cəhalət girdabında qalmasını istəyənlərə, təhrif olunmuş dini inanc əsarətinə salanlara, məzhəbçi dini ekpansiyaçılara ölkəni təslim edənlərə, milli iradəni yox sayanlara qarşı çıxan mübarizlərin, ölkə maraqlarını bütün digər maraqların fövqündə tutan aydınların qarşısını kəsmək və bu yolla da cəmiyyətdə qorxu, panika və xof hissi yaratmaqdan ibarətdir. Böyük Quruluş Partiyası fürsətdən istifadə edərək ölkənin dörd bir yanından zəng edərək Fazil bəyə qarşı dörədilən bu alçaq hücuma görə hiddətlərini ifadə edən, onun tezliklə sağlığına qovuşması üçün öz şəfa diləklərini və dualarını əsirgəməyən və haqqın yanında olduqlarını bəyan edən xalqımızın hər bir duyarlı nümayəndəsinə öz təşəkkürünü çatdırır. Bütün bunlar, həm də gerçəkləşən terror hadisəsinin ictimai rəydə nə qədər böyük hiddət yaratdığını, kütləvi etirazlara səbəb olduğunu və bununla da onu törədənlərin öz hədəflərinə çatmadığını göstəricisidir. BQP ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaları, ictimai-siyasi qurumları, qeyri-hökumət təşkilatlarını, dünya azərbaycanlılarını, qardaş Türkiyə Cümhuriyyəti başda olmaqla İslam ölkələrini və fikir, söz azadlığına dəyər verən bütün sivil dünyanı terroru mübarizə üsulu kimi mənimsəyən, ona himayədarlıq edib, dəstək verən, bu alçaq mübarizə üsulunu öz çirkin niyyətləri üçün vasitə seçən cinayətkar siyasi rejimlərə və ekstremist qruplara qarşı birmənalı mövqedən çıxış etməyə çağırır. İndi Azərbaycan öz tarixinin ən məsuliyyətli, şərəfli, eyni zamanda mürəkkəb və həlledici dövrünü yaşayır. Bu dövr yalnız müstəqilliik əldə etdiyimiz ilk illərlə müqayisə edilə bilər. Hansı ki, həmin illərdə də Azərbaycan müxtəlif dövlətlərin və güclərin iqtisadi, siyasi və hərbi maraqlarının toqquşduğu geopolitik məkana çevrilməklə çoxsaylı terror hücumlarına və sui-qəsdlərə məruz qalmışdı. BQP olaraq ümid edirik ki, xalqımızın müdrikliyi, yaxın tarixi keçmişimizdən əldə etdiyi acı təcrübə imkan verəcək ki, terror rejimlərinin və cinayətkar qrupların qarşısına qoyduqları hədəflərə çatmasına heç vaxt keçid verilməyəcək, ictimai sabitlik və asayiş hər zaman qorunub saxlanılacaq və müstəqlliyimiz möhkəmləndirilərək, əbədi olaraq yaşadılacaq. Qaranlıq və cəhalət güclərinin alçaq hücumuna məruz qalan Fazil bəyin dünən xəstəxanadan verdiyi açıqlamada ifadə etdiyi kimi, bütün bu cəhdlər və törədilən cinayət əməlləri onu doğru bildiyi yoldan döndərə nilməyəcək: “Həmişə olduğu kimi bundan sonra da dövlətçilik ideyalarına sadiq qalacaq və heç nə onu bu yoldan çəkindirə bilməyəcək. Heç bir terror aktı, sui-qəsd Azərbaycan xalqını və dövlətini öz hədəflərindən yayındıra bilməyəcək”. Qəzan mübarək olsun, Alovlu Vətənpərvər! Tezliklə sağlamlığına qovuşub, ailəni, əzizlərini, dostları sevincə, düşmənləri qüssə və kədərə qərq etməni və qaldığın yerdən şərəfli missiyana davam etməni arzulayırıq. Allah şəfanı versin, böyük Vətəndaş! Amansız terrordan qoruyan Allah, İnşallah, hər zaman dayağın olacaq”.
30-03-2023, 17:03
İlham Əliyev Dövlət Xidmətinin binasının açılışında iştirak edib


İlham Əliyev Dövlət Xidmətinin binasının açılışında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib. Qeyd edək ki, son illərdə paytaxtda modern üslubda tikilən hündürmərtəbəli binalar sırasına daha biri əlavə olunub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir. İqtisadiyyat naziri Mikayıl Cabbarov bina barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, bina modern və postmodern üslubda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir. Hündürlüyü 125 metr olan bina 33 mərtəbədən ibarətdir. Yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə davamlı olan binanın hər mərtəbəsi digər mərtəbəyə nisbətdə 2,65 dərəcə dönür və nəticədə fasad müstəvisi 90 dərəcəlik burulma effekti yaradır. Binanın daha bir diqqətçəkən cəhəti isə yuxarıdan baxanda kürsü mərtəbəsinin Azərbaycanın xəritəsi formasında inşa edilməsi və şərq tərəfdən “Xəzər dənizi” dekorativ hovuzu ilə əhatə olunmasıdır. İşçi mərtəbələri 254 otaqdan ibarət olan binada 537 əməkdaşın fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunmuş konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxanalar var. Binadaxili mikroiqlimin təmin olunması, səmərəli enerji sərfiyyatının tənzimlənməsi, işıqlandırma, yanğınsöndürmə və təhlükəsizlik sistemlərinin idarə edilməsi, fövqəladə hallar zamanı mühəndis-texniki sistemlərin tənzimlənməsi üçün İdarəetmə Mərkəzi qurulub. Göründüyü kimi, yeni binada tikintidə müasir çağırışların paytaxtımızın infrastrukturuna inteqrasiyası ilə yanaşı, işçi heyətin daha səmərəli çalışması üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar çərçivəsində əmlak məsələləri sahəsində də bir sıra irəliləyişlərə nail olunub. Belə ki, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq idarəçiliyi və digər sahələrdə mühüm işlər görülüb. Vətəndaşlara və sahibkarlara göstərilən dövlət xidmətlərində şəffaflığın artırılmasına, elektron xidmətlərin genişləndirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2022-ci ildə vətəndaşlardan, sahibkarlardan, bələdiyyələrdən, dövlət qurumlarından Xidmətə 1 milyona yaxın elektron müraciət daxil olub. Xüsusi vurğulayaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əks etdirilən tədbirlər, o cümlədən həmin ərazilərdə yerquruluşu, torpaqların elektron kadastr uçotu, torpaq tədqiqatları, torpaqların idarə edilməsi və işğal nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Məsələn, işğaldan azad edilmiş ərazilərdə ötən il 390 min hektar sahədə yerquruluşu, 283 min hektarda çöl torpaq tədqiqatı, 309 min hektarda geobotaniki tədqiqat işləri görülüb. Həmçinin azad edilən ərazilərdə indiyədək 14,1 min daşınmaz əmlakın ilkin inventarlaşdırılması işləri tamamlanıb. Bu sahədə uğurlardan biri də işğaldan azad edilmiş ərazilərdəki daşınmaz əmlak və infrastruktur obyektləri barədə toplanmış məlumatların etibarlı surətdə qorunmasının və səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminin yaradılmasıdır. Bu günədək rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın tikili və qurğudan təqribən 145 mini təsbit olunub və həmin sistemə daxil edilib.







30-03-2023, 16:47
İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq


İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq

Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq. Bu barədə energetika naziri Pərviz Şahbazov twitter hesabında yazıb. Bununla bağlı Budapeştdə P.Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında görüş keçirilib. "Əziz dostum, qardaşım və həmkarım Fatih Dönməz ilə enerji əməkdaşlığımızı dərinləşdirəcək layihələr üzrə fəaliyyətimizi dəyərləndirdik. Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq", - nazir bildirib. Qeyd edək ki, Azərbaycan və Türkiyə qaz xətti ilə bağlı anlaşma memorandumunu 2020-ci il dekabrın 15-də imzalayıb.
30-03-2023, 16:44
İsrail prezidenti Ceyhun Bayramovu qəbul etdi


İsrail prezidenti Ceyhun Bayramovu qəbul etdi

Martın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrail Dövlətinin Prezidenti İshak Hersoq tərəfindən qəbul edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşdə, Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regional və beynəlxalq vəziyyət müzakirə olunub. C.Bayramov, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, təhsil, yüksək texnologiyalar, kiber təhlükəsizlik və s. sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edərək, münasibətlərin inkişafında Azərbaycan və İsrail liderləri arasındakı sıx təmasların mühüm rol oynadığını qeyd edib. 2021-ci ildə Azərbaycan Respublikasının İsrail Dövlətində Ticarət və Turizm nümayəndəliklərinin, 2023-cü ildə isə Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin açılmasının iki ölkə arasında münasibətlərin inkişafının göstəricisi olduğu diqqətə çatdırılıb. Azərbaycan və İsrail arasında keçirilən müntəzəm siyasi məsləhətləşmələrin və yüksək səviyyəli səfərlərin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli rol oynadığı vurğulanıb. Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq barədə ətraflı məlumatlandırıb. Bununla yanaşı, Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar, öz öhdəliklərindən boyun qaçırmaqla danışıqların imitasiyası, mina təhdidini davam etdirilməsi, öhdəliklərinə uyğun olaraq silahlı qüvvələrini Azərbaycandan çıxarmadığı barədə məlumatlar təqdim olunub. Ermənistanın son həftələrdə təcavüzkar ritorikanı və fəqliyyəti davam etdirdiyi diqqətə çatdırılıb. Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, habelə erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğu bildirilib. Prezident İshak Hersoq, İsrailin öz strateji tərəfdaşı qismində Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini diqqətə çatdırıb. İki ölkənin xalqları arasında mövcud olan dostluq və həmrəylik ənənələrinin bugün ölkələrimiz arasında inkişaf edən münasibətlərin mühüm tərkib hissəsi olduğu bildirilib. Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərə verdiyi müsbət töhfə məmnunluqla qeyd edilib. Azərbaycanın İsraildə Səfirliyinin açılmasının münasibətlərin daha da inkişafında əhəmiyyətli rol oynayacağına dair əminlik ifadə edilib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
30-03-2023, 16:41
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında martın 31-də havanın gün ərzində fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 4-7° isti, axşam 3°-dək isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Sabah Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
30-03-2023, 13:30
Hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edildi


Hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edildi

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda uçuş vərdişlərini məşq etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırılır, daha sonra praktiki uçuşlar həyata keçirilir. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir. Qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək peşəkarlıqla icra olunur.






29-03-2023, 23:27
İsrailin Baş naziri səfirliyimizin açılması münasibətilə təbrik etdi


İsrailin Baş naziri
səfirliyimizin açılması münasibətilə təbrik etdi


İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və onu səfirliyin açılması münasibətilə təbrik edib. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, eləcə də regiondakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!