Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın geniş ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb. FHN-dən verilən xəbərə görə, yanğın nəticəsində təxminən 15 hektar sahədə quru ot, kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Ətraf yaşayış məntəqələri, istirahət mərkəzləri, kommunikasiya xətləri və meşə yanğından mühafizə olunub. Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edib.
“Peşə bayramımız münasibətilə ölkəmizin mənafeyinin keşiyində duran həmkarlarımızı təbrik edirəm”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdəki hesabında yazıb. “Bu gün, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür. Peşə bayramımız münasibətilə ölkəmizin və xalqımızın mənafeyinin keşiyində duran həmkarlarımızı səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Bayramınız mübarək!”, - Azərbaycanın XİN rəhbəri qeyd edib.
XİN peşə bayramıyla bağlı diplomatları təbrik etdi
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı gününü təbrik edib. Bu barədə XİN-in twitter hesabında paylaşım olunub. “9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyində və Azərbaycanın xaricdəki 89 diplomatik nümayəndəliyində çalışan həmkarlarımızı ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işlərində daim müvəffəqiyyətlər arzulayırıq!”, - XİN-in paylaşımında qeyd olunub.
Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək artacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, iyulun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 41° olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, bəzi yerlərdə 42° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.
Şabranda güclü yanğın baş verdi - Əraziyə 2 helikopter cəlb olundu
Şabranda mürəkkəb relyefli ərazidə yanğın başlayıb, 2 helikopter cəlb olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. “112” qaynar telefon xəttinə Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Görülmüş operativ tədbirlər sayəsində yanğının kənd istiqamətində yayılmasının qarşısı alınıb. Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam nəzarətə götürülüb. Bu barədə FHN-dən bildirilib. Yanğısöndürənlərin fədakarlığı sayəsində yanğının genişlənərək meşəlik əraziyə keçməsinin qarşısı alınıb. Hazırda bəzi közərmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Litvayla imzalanan əməkdaşlıq haqqında Saziş təsdiq olundu
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2023-cü il mayın 22-də Vilnüs şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Litva Respublikası Hökumətinə bildiriş göndərsin”.
Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında energetika sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanda deyilir: 2023-cü il mayın 24-də Ər-Riyad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında energetika sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilsin. Bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə bildiriş göndərməlidir.
İyulun 8-i günorta saatlarında Xızı rayonu ərazisində meşədə və biçilmiş əkin sahələrində yanğın başlayıb. Meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən operativ və təxirəsalınmaz tədbirlər görülür. Yanğının söndürülməsinə FHN-lə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli icra hakimiyyətinin müvafiq texnikaları cəlb olunub. Hazırda yanğının nəzarətə götürüldüyü bildirilir. Yanğın Xızı rayon mərkəzinə və Tıxlı kəndinə yaxın ərazidə qeydə alınıb.
XİN Başçısı və müavinlərinə səlahiyyətli səfir rütbəsi verildi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib. Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Eyni zamanda xarici işlər nazirinin müavinləri Elnur Məmmədov və Fariz Rzayevə də fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.