Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
26-01-2024, 12:25
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında yanvarın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə havanın arabir yağıntılı olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
25-01-2024, 22:22
Məktəblilər arasında baş vermiş davaya aydınlıq gətirildi - RƏSMİ


Məktəblilər arasında baş vermiş davaya aydınlıq gətirildi - RƏSMİ

Bakı şəhəri 188 saylı məktəbin şagirdləri arasında baş vermiş kütləvi davaya aydınlıq gətirilib.
188 nömrəli tam orta məktəbdən bildirilib ki, 23 yanvar 2024-cü il tarixində dərsdən sonra saat 15:00 radələrində məktəbdənkənar ərazidə şagirdlər arasında dava olub.
Məktəb rəhbərliyi məsələdən xəbər tutan kimi valideynlər məktəbə dəvət olunub, onlarla söhbət aparılıb, müvafiq qaydada izahatları alınıb. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.
25-01-2024, 20:35
Ermənistan Azərbaycana mina xəritələrini təhvil verəcək


Ermənistan Azərbaycana mina xəritələrini təhvil verəcək

Ermənistan Azərbaycana yeni mina xəritələri verəcək.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xəritələrin yaxın günlərdə təhvil veriləcəyi gözlənilir.
Açıqlamada iddia edilir ki, Ermənistan sərəncamında daha keyfiyyətli xəritələr yoxdur.
"Xəstələrini nüsxələri beynəlxalq tərəfdaşlara veriləcək”, - məlumatda bildirilir.
25-01-2024, 20:22
Pirşağıda məktəblilər arasında dava düşdü - DİN-dən AÇIQLAMA


Pirşağıda məktəblilər arasında dava düşdü - DİN-dən AÇIQLAMA

Bakının Pirşağı qəsəbəsində bir qrup məktəbli arasında kütləvi dava olub.
İnsident 188 saylı tam orta məktəbin şagirdləri arasında qeydə alınıb.
DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.
25-01-2024, 19:36
Əli Əsədov Gürcüstanın təhsil naziriylə görüşdü


Əli Əsədov Gürcüstanın təhsil naziriylə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari ilə görüşüb.
Görüşdə Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında humanitar sahədə əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
25-01-2024, 19:17
Baş Prokurorluq seperatçılarla bağlı yeni məlumat yaydı


Baş Prokurorluq seperatçılarla bağlı yeni məlumat yaydı

Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına baxılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd Xidmətləri, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub.
Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.
25-01-2024, 18:38
Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır


Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır

İndi çox vacib bir vaxtdayıq. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır. Bu regionda sülhə nail olmaq hər iki xalq, eləcə də bütün dünya üçün vacibdir. Belə bir həssas dövrdə sülh prosesini zədələyə biləcək heç nə etməməliyik, əksinə, bu istiqamətdə hər iki tərəfə dəstək olmalıyıq. Avropa Şurasında hər bir üzv ölkə üçün mübarizə aparmalıyıq. Başqa cür hərəkət edə bilmərik. Avropa Şurası Parlament Assambleyası yaranmış bu vəziyyətdən bəhrələnə bilməz.
Bu fikirləri AŞPA-dakı Ukrayna nümayəndə heyətinin üzvü Oleksii Qonçarenko deyib.
O bildirib ki, bu təşkilata üzv ölkələrin nümayəndələri birlikdə olmalıdırlar. Azərbaycan da bu ailənin üzvüdür.
“Dünən bu təşkilatda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı baş verənlərə təəssüflənirəm. Ümid edirəm ki, Azərbaycan nümayəndə heyəti yenidən AŞPA-ya gələcək. İnanıram ki, hər iki tərəf - Azərbaycan və AŞPA qarşılıqlı addımlar atacaq və bu vəziyyət həllini tapacaq. Bundan sonra da bu Assambleyada, eləcə də, ümumiyyətlə, azərbaycanlı həmkarlarımla birgə işləmək istəyirəm”, - deyə O. Qonçarenko əlavə edib. O vurğulayıb ki, AŞPA-da yaranmış bu vəziyyət Avropa Şurasına fayda gətirməyəcək. Azərbaycan bu ailənin üzvü kimi təşkilatda olmalıdır.
25-01-2024, 17:56
AFFA bu klubu 3000 manat cərimələdi


AFFA bu klubu 3000 manat cərimələdi

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 3000 manat cərimələyib.
Buna Tovuz təmsilçisinin "Kəpəz"ə 1:2 hesabı ilə uduzduğu Premyer Liqanın XIX turunun oyununda yaşananlar səbəb olub.
Klub azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, futbolçusu Faiq Hacıyevin birbaşa qırmızı vərəqə alması ucbatından 1500 manat ödəyəcək. Hacıyevə 1 oyun şərti olmaqla iki matçlıq cəza da kəsilib.
İntizam Komitəsi "Səbail" və "Sumqayıt"a 700 manat cərimə yazıb. Paytaxt klubunun 4 oyunçusu "Zirə" (0:0) ilə matçda, "gənclik şəhəri" təmsilçisinin eyni sayda üzvü "Qəbələ" (1:0) ilə görüşdə sarı vərəqə ilə cəzalandırılıb.
25-01-2024, 17:41
Millimiz 3 pilləlik irəliləyişə nail oldu


Millimiz 3 pilləlik irəliləyişə nail oldu

Minifutbol üzrə milli komandaların yeni dünya reytinqi açıqlanıb.
Dünya Minifutbol Federasiyasının (WMF) hazırladığı siyahıya son dünya çempionu Rumıniya başçılıq edir.
Rumınların aktivində 4125 xal var. Azərbaycan millisi isə hesabındakı 3000 xalla 2-ci yerə yüksəlib. Komandamız 3 pilləlik irəliləyişə nail olub.
Üçüncü sırada Macarıstan qərarlaşıb – 2600 xal.
60 komandanın yer aldığı siyahıda Türkiyə yığması 25 xalla 58-cidi.
25-01-2024, 17:34
İlham Əliyev “Arbitraj haqqında” yeni qanunu təsdiqlədi


İlham Əliyev “Arbitraj haqqında” yeni qanunu təsdiqlədi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Arbitraj haqqında” yeni qanunu təsdiqləyib.
Qanunla Milli Məclisin deputatları arbitr ola bilməyəcək.
Qanuna əsasən, daxili arbitraj icraatına münasibətdə arbitrə dair tələblər müəyyənləşir. İşin nəticəsində maraqlı olmayan, tərəflərdən asılı olmayan və arbitr funksiyasını yerinə yetirmək üçün razılıq verən, 25 yaşı tamam olmuş, ali təhsilli və ixtisası üzrə azı 3 il iş stajına malik olan fiziki şəxslər arbitr ola bilərlər.
Mübahisəni təkbaşına həll edən arbitr yuxarıda qeyd edilən tələblərlə yanaşı, ali hüquq təhsilinə malik olmalıdır. Mübahisənin kollegial qaydada həll edilməsi halında tərəflər arasında digər razılıq olmadıqda, arbitraj məhkəməsi tərkibinin sədri ali hüquq təhsilli olmalıdır.
Arbitraj sazişi və ya daimi arbitraj təşkilatının qaydaları ilə arbitr üçün əlavə tələblər müəyyən edilə bilər.
Milli Məclisin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, dövlət qulluqçuları, hərbi qulluqçular, bələdiyyə üzvləri və qulluqçular, publik hüquqi şəxslərin işçiləri, Azərbaycan hakimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (arbitraj icraatının başlandığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), dövlət qulluğu olmayan digər dövlət orqanlarında əmək münasibətlərinə, vəkillik və notariat fəaliyyətinə xitam verilmiş, habelə Mediasiya Şurası üzvlüyündən çıxarılmış şəxslər arbitr ola bilməzlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!