Bulvarda dənizə düşən qadın xilas edildi - VİDEO .....                        İsrail Qəzzada 130 hədəfi vurdu .....                        Şərur yollarında selin fəsadları aradan qaldırılır .....                        Şəhid atası qəzada öldü .....                        19 uşaq qurğuşundan zəhərləndi .....                        Təl-Əvivdə hava limanına hücum .....                        DİM səhvini etiraf etdi .....                        2 və 3-cü qruplar imtahan verdi - YENİLƏNİB .....                        Sabahın hava proqnozu .....                       
17-11-2022, 13:25
Türk Dövlətləri Təşkilatı Azərbaycanı təbrik etdi


Türk Dövlətləri Təşkilatı Azərbaycanı təbrik etdi

Türk Dövlətləri Təşkilatı 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib. Bu barədə qurumun twitterində paylaşım edilib. “7 noyabr - Azərbaycan Cümhuriyyətinin Milli Dirçəliş Günü mübarək olsun”, - paylaşımda bildirilib.
17-11-2022, 13:23
Xırdalandakı partlayışda yaralananların son durumu


Xırdalandakı partlayışda yaralananların son durumu

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslər Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində müalicə alırlar. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Rəsmi məlumata görə, hazırda cinsi qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir. Qeyd edək ki, noyabrın 16-da AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 4 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.
17-11-2022, 13:17
Azərbaycanda Milli Dirçəliş Günüdür


Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Butov.az xəbər verir ki, bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır. 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsas qoyulub. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi “Meydan hərəkatı”nın əsasını qoyub. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub. Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.
17-11-2022, 12:46
Millimiz Moldovanı məğlub etdi


Millimiz Moldovanı məğlub etdi

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub. Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, milli komandanın ardıcıl 4-cü qələbəsi olub. Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də Şimali Makedoniyanın qonağı olacaq.
17-11-2022, 12:41
Xırdalanda güclü partlayış - Hadisə yerindən görüntülər


Xırdalanda güclü partlayış - Hadisə yerindən görüntülər

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib. FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.






17-11-2022, 12:35
Eduard Məmmədov ikiqat Avropa çempionu oldu


Eduard Məmmədov ikiqat Avropa çempionu oldu

Azərbaycanın veteran kikboksçusu Eduard Məmmədov Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Butov.az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində döyüşən idmançı "Light Contact"da Qabor Çeytey (Macarıstan) və "Kick light"də Sqro Simone Kaloceroya (İtaliya) qalib gələrək veteran kikboksçular arasında ikiqat qitə çempionu olub. Qeyd edək ki, bunadək Eduard Məmmədov veteranlar arasında üçqat dünya çempionluğunu qazanıb.
16-11-2022, 19:41
Ermənistanın bəyanatları sülh gündəliyinə mənfi təsir göstərir


Ermənistanın bəyanatları sülh gündəliyinə mənfi təsir göstərir

Prezident İlham Əliyev dövlət katibi Antoni Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini bildirib. Prezident İlham Əliyev bu barədə ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir.
16-11-2022, 19:34
"Narkomaniya və zərərli vərdişlərə qarşı" maarifləndirmə tədbiri

Azərbaycan Tibb Universitetində "Narkomaniya və zərərli vərdişlərə qarşı" maarifləndirmə tədbiri keçirilib.
Bu tov.az Ordum.az-a istinad edərək xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində Azərbaycan Tibb Universitetində, "Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən yerli və əcnəbi tələbələrin iştirakı ilə maarifləndirici tədbir həyata keçirilib.

Giriş sözü ilə çıxış edən layihə rəhbəri Vidadi Fətullayev, gənc nəslin sağlamlığının qorunması sahəsində ölkəmizdə aparılan islahatlar, dövlət qurumlarının bu sahədə apardıqları mübarizə və narkotik vasitələr və zərərli vərdişlərin insan sağlığı və cəmiyyətimiz üçün fəsadlarından danışdı və gənclərimizi bütün zərərli vərdişlərdən uzaq durmağa çağırdı.QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliklərinə,tədbirin təşkilində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirən QHT sədri, bütün tədbir iştirakçılarına uğurlar arzuladı.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun (NMDK) məsul işçisi Vasif Quliyev, Narkomaniyaya qarşı 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində İşçi Qrup tərəfindən görülən işlər barədə danışdı, slaydlarla narkotik və psixotrop maddələr,onların səbəb olduğu bulaşıcı xəstəliklər barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verdi, 802 və 102 qaynar xəttlərinin bu istiqamətdə əhəmiyyətindən danışdı və narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirlərinə cəmiyyətimizin bütün üzvlərinin qatılmasının zəruriliyini qeyd etdi.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin məsul əməkdaşı Adəm Salahov tərəfindən tədbirdə iştirak edən əcnəbi tələbələrə, qanuna zidd hərəkətlərə görə xarici ölkə vətəndaşları üçün Miqrasiya qanunvericiliyində nəzərdə tutulan müvafiq maddələrdən bəhs etdi və onlara, Azərbaycanda başqa ölkələrdən gələn tələbələr üçün yaradılan yüksək səviyyəli şəraitdən qanunlar çərçivəsində maksimum faydalanaraq, sağlam həyat tərzini seçmələrini tövsiyyə etdi.

Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən Universitet nümayəndələri və iştirakçılar, ölkəmizdə gənclərin narkotik və zərərli vərdişlərdən uzaq durması üçün yaradılan şəraitdən razı olduqlarını,Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin gənclərimiz üçün bir Şüar olduğunu bildirdilər və tədbirin həyata keçməsinə dəstək olan bütün qurumlara minnətdarlıq etdilər.


Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri
16-11-2022, 19:25
Fransa Senatının qətnaməsi  hüquq, ədalət anlayışına ləkədir

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatı: Fransa Senatının qətnaməsi
hüquq, ədalət anlayışına ləkədir


Noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə özünü demokratik dəyərlərə malik sivil dövlət sayan Fransada hüquq sisteminin ədalətdən, həqiqətdən nə qədər uzaq olduğunun ifadəsi, real gerçəkliyin tam əksidir, böhtan, yalan və iftira dolu sənəddir. Bu sənədin Fransa Senatında məhz indiki günlərdə - Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün sülh sazişinin imzalanması ərəfəsində qəbulu iki qonşu xalqın, region ölkələrinin ümidlə, inamla gözlədiyi prosesin baş tutmaması üçün düşünülmüş addımdır. Butov.az Ordum.az-a istinad edərək bildirir ki, bu fikirlər "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatında yer alıb.
Əlcəzairdə milyonlarla günahsız insanı məhv etmiş, ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri olmuş, Azərbaycan ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalda saxlanmasına, mülki əhaliyə qarşı törədilmiş qanlı qırğınların, deportasiya və etnik təmizləmə siyasətinə qarşı bir dəfə də olsun etiraz bildirməmiş Fransa Senatında belə bədnam qətnamənin qəbulu beynəlxalq hüququn tapdanması, Fransa dövlətinin qanunverici, ali icra sisteminin bəşəri dəyərlərdən uzaq olduğunun, siyasi ikiüzlülüyün, xristian təəssübkeşliyinin, öz vətəndaşlarına, qonşularına müsibətlər yaşatmış təcavüzkar Ermənistanın separatçı, davakar hərbi-siyasi dairələrinə siyasi, hərbi, mənəvi, şirnikləndirici dəstəyin aydın ifadəsidir.
Bu, haqqın, ədalətin, hüququn, həqiqətin tapdanmasıdır!
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi olaraq, Fransa Senatının tarixi reallığa, hüquqa, ədalətə zidd addımını pisləyirik, belə bir əsassız qətnamənin qəbuluna etiraz edirik!
Bəyanat Fransa Senatına, prezidentinə, Bakıdakı səfirliyinə, beynəlxalq təşkilatlara göndərilmişdir.
Sədr: Hacı Abdulla
16.11.2022
16-11-2022, 19:25
Azərbaycan Fransaya nota verdi


Azərbaycan Fransaya nota verdi

Noyabrın 16-da Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili JüLyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq, noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edilib. Bu barədə XİN-dən məlumat verilib. Görüş zamanı Fransa Senatında qəbul edilmiş tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəaların əks olunduğu qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyi diqqətə çatdırılıb. Qətnamənin açıq təxribat xarakteri daşıdığı və sülh prosesinə öz töhfəsini vermək iddiasında olan Fransanın növbəti dəfə ermənipərəst, qərəzli və birtərəfli mövqeyini bariz şəkildə nümayiş etdirdiyi bildirilib. Fransanın bu addımının regionda sülhün bərqərar olmasına, xüsusilə də, ölkəmizin israrlı olduğu Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında normallaşmasına ciddi zərbə vurmaq məqsədi daşıdığı, bölgədə sülhə qarşı olan revanşist qüvvələri həvəsləndirdiyi vurğulanıb. Sözügedən qətnamənin, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə”nin (1993) xüsusilə 2-ci maddəsinin 3-cü bəndi çərçivəsində öhdəliklərə tamamilə zidd olduğu qeyd edilib. Azərbaycan tərəfi görüşdə Fransa tərəfindən bir daha Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsini təkidlə tələb edib. Fransanın müvəqqəti işlər vəkili Azərbaycan tərəfinin müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!