Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
30-12-2023, 19:07
İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarı Fransadır - Nazir


İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarı Fransadır - Nazir

Fransa tərəfindən atılan bu əsassız addım sözügedən ölkə tərəfindən Azərbaycan və Fransa arasında mövcud ikitərəfli münasibətlərə vurulan növbəti zərbədir.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası tərəfindən “persona non grata” elan edilmiş Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin əməkdaşlarını qəbul edərkən deyib.
İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarının ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirərək əsassız addımlar atan Fransa tərəfinin olduğu qeyd edilib.
30-12-2023, 18:53
Yeni il gecəsi avtobusların iş saatı uzadıldı - RƏSMİ


Yeni il gecəsi avtobusların iş saatı uzadıldı - RƏSMİ

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sakinlərin və paytaxt qonaqlarının Dənizkənarı Milli Parka səfər etmələrini və ictimai nəqliyyata kütləvi şəkildə axını nəzərə alaraq, dekabrın 31-də marşrutların fəaliyyəti saat 01:30-dək təşkil olunacaq.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib
"Sıxlığın yaranmaması və ictimai nəqliyyata olan sərnişin tələbatının ödənilməsi üçün müntəzəm marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi tapşırılıb", - məlumatda deyilir.
30-12-2023, 18:44
İlham Əliyev İraqla olan Sazişi təsdiqlədi


İlham Əliyev İraqla olan Sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu imzalayıb.
Saziş 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanıb.
30-12-2023, 17:19
Bakı şəhərinin Baş Planı təsdiqləndi


Bakı şəhərinin Baş Planı təsdiqləndi

Bakı şəhərinin Baş Planı təsdiqlənib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib.
30-12-2023, 16:40
Rəsulzadənin 140 illik yubileyi qeyd ediləcək


Rəsulzadənin 140 illik yubileyi qeyd ediləcək

Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.
Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır".
Sərəncamla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
30-12-2023, 16:36
Daha bir nəfərin prezidentliyə namizədliyi təsdiqləndi


Daha bir nəfərin prezidentliyə namizədliyi təsdiqləndi

Mərkəzi Seçki Komissiyası (MSK) daha bir nəfərin namizədliyinin irəli sürülməsini təsdiq edib.
Bu barədə qərar komissiyanın bu gün keçirilən iclasında qəbul edilib.
İclasda namizədliyi özü tərəfindən irəli sürülən Namizəd Heydər oğlu Səfərovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb və qərar qəbul edilib.
Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 16-ya çatıb:

- İlham Əliyev

- Zahid Oruc

- Fuad Əliyev

- Fazil Mustafa

- Elşad Musayev

- Qüdrət Həsənquliyev

- Razi Nurullayev

- Sərvan Kərimov

- Mətləb Mütəllimli

- Abutalıb Səmədov

- Fikrət Yusifov

- Yusif Bağırzadə

- Arzuman Abdulkərimov

- Yunus Oğuz

- Qulamhüseyn Əlibəyli
30-12-2023, 14:56
Putin İlham Əliyevə təbrik teleqramı göndərdi


Putin İlham Əliyevə təbrik teleqramı göndərdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə Yeni il və Milad bayramı münasibətilə təbrik teleqramı göndərib.
Kremlin rəsmi saytında bildirilib.
Putin qeyd edib ki, son bir ildə Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri çox uğurla inkişaf edib və liderlərin mütəmadi görüşləri müxtəlif sahələrdə qarşılıqlı faydalı razılaşmaların əldə olunmasına töhfə verib.
Rusiya Prezidenti həm ikitərəfli gündəliyin aktual məsələləri üzrə, həm də Cənubi Qafqazda və Xəzər regionunda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə səmərəli birgə işin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
30-12-2023, 14:42
İran və Azərbaycan arasında sərhəd keçid məntəqəsinin açılışı oldu


İran və Azərbaycan arasında sərhəd keçid məntəqəsinin açılışı oldu

Bu gün İran və Azərbaycan arasında Astarada yeni sərhəd keçid məntəqəsinin açılışı olub.
Bu barədə “Tasnim” məlumat yayıb.
Açılış mərasimində Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş iştirak ediblər.
Astara şəhərinin Bağçasəra kəndində yerləşən sərhəd terminalının müvəqqəti keçid məntəqəsi və daxili və xarici tranzit nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Bu körpünün açılışı ilə iki ölkə arasında giriş-çıxış tranzit nəqliyyat vasitələrinin tutumu artacaq
30-12-2023, 12:47
Sülh müqaviləsinin tarixini və yerini təyin etmək Bakı və İrəvanın öz səlahiyyətindədir


Sülh müqaviləsinin tarixini və yerini təyin etmək Bakı və İrəvanın öz səlahiyyətindədir

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanma tarixini və yerini müəyyən etmək bu dövlətlərin özlərinin səlahiyyətidir”.
Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. O müqavilənin Moskvada imzalana biləcəyi ilə bağlı suala cavab verərkən deyib:
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında çoxdan gözlənilən sülh müqaviləsinin imzalanma tarixinin və yerinin müəyyən edilməsi bu dövlətlərin özlərinin səlahiyyətindədir.
Başqa heç kimin bunun nə vaxt baş verəcəyi ilə bağlı qərar qəbul etmək hüququ yoxdur".
Qaluzin əlavə edib ki, vaxtla bağlı sual Bakı və İrəvandakı tərəfdaşlara ünvanlanmalıdır.
Rusiya XİN rəhbərinin müavini xatırladıb: “Əlbəttə, biz Cənubi Qafqazda baş verənlərə laqeyd baxa bilmərik. Rusiya tarixən Qafqaz dövlətlərindən biridir, üstəlik, regionda və dünyada yeganə ölkədir ki, həm Azərbaycan, həm də Ermənistanla müttəfiqlik münasibətləri saxlayır”.
Diplomatın sözlərinə görə, Moskvanın hazırkı mövqeyi ondan ibarətdir ki, Cənubi Qafqazın taleyini orada mövcud olanlar müəyyən etməlidir.
“Kənardan heç kim Zaqafqaziyada davamlı sülh və sabitliyə yol açmayacaq”, - deyə Qaluzin əlavə edib. O qeyd edib ki, “möcüzəvi Qərb yardımı”na güvənmək illüziya və təhlükəlidir.
“Kosovo, İraq, Əfqanıstan, Liviya, Suriya, relsdən çıxmış Yaxın Şərq məsələsi faktiki olaraq ABŞ-ın inhisarında idi. Ukrayna nümunəsi tanınmış “demokratlar” və “barışdırıcıların” müdaxiləsinin nəyə səbəb olduğunu birbaşa göstərir”, - deyə Rusiya Xarici İşlər Nazirinin rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, bu cür müdaxilələrin sxemi sadədir: “Əvvəlcə gözəl şüarlar altında harasa soxulacaqlar, hər şeyi tərsinə çevirəcəklər və işlər qızışmağa başlayan kimi yanmış sahəni arxada qoyub qaçacaqlar və bir qayda olaraq, arxasınca soruşacaq adam da yoxdur”.
“Biz öz tərəfimizdən iki qonşu dövlətin barışmasına, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpasına əvəzsiz töhfə vermək üçün nəzərdə tutulmuş balanslaşdırılmış sülh müqaviləsinin hazırlanmasında Azərbaycan və Ermənistana yardım göstərmişik və göstərməkdə davam edirik”, - Qaluzin qeyd edibi.
Rusiya XİN rəhbərinin deyib ki, “barışıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını təmin edir”.
“Müvafiq yol xəritəsi hamıya məlumdur. Bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üçün bəyanatlar toplusudur”, - deyə diplomat vurğulayıb və əlavə edib ki, “sənədlər qüvvədə qalır və buna görə də icra edilməlidir”.
Qaluzin daha sonra bildirib: “Rusiya danışıqlar platforması olaraq həmişə müttəfiqlərimizin və tərəfdaşlarımızın ixtiyarındadır”.
O, həmçinin xatırladıb ki, “Bakı və İrəvan “3+3” Məşvərətçi Regional Platformasına (bir tərəfdən Azərbaycan, Ermənistan, Gürcüstan, digər tərəfdən Rusiya, İran, Türkiyə) arxalana bilər”.
30-12-2023, 12:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Dekabrın 31-də, ilin son günündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında dekabrın 31-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!