Azərbaycanda sinaqoqda terrora hazırlaşan İŞİD-çiyə hökm oxundu .....                        Naxçıvanda ağır qəza - Ölən var .....                        Tarixdə ən güclü qasırğa yaxınlaşır .....                        Monteneqroda nə baş verir? – Onlarla azərbaycanlı saxlanıldı .....                        Faciəvi şəkildə ölən Kəmalə tələbə imiş - FOTO .....                        Konstitusiya Məhkəməsi qərar qəbul etdi .....                        99 yaşınadək prezident olacaq .....                        Mirzoyandan sülhlə bağlı vacib açıqlama .....                        Ravvinlərin Bakı toplantısı ləğv edildi - Nə baş verir? .....                       
15-05-2023, 11:28
Prezident Ərəb Parlamentinin rəhbərini qəbul etdi


Prezident Ərəb Parlamentinin rəhbərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib. Dövlət başçısı Adel bin Əbdulrəhman əl-Asuminin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Ulu Öndərin Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişafına çox böyük töhfə verdiyini vurğulayaraq, bu gün də bu siyasətin davam etdirildiyini bildirdi, özünün ərəb ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərinin və qarşılıqlı səfərlərin bunun əyani sübutu olduğunu dedi. Xalqlarımızı ortaq tarixin birləşdirdiyini vurğulayan dövlətimizin başçısı ərəb ölkələri ilə münasibətlərin uğurla və hərtərəfli inkişaf etdiyini dedi, ötən il Ərəb Liqasının Zirvə Toplantısına dəvət olunmasını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ərəb ölkələrinin həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də Zəfərimizdən sonra Azərbaycanla həmrəy olmasını yüksək qiymətləndirdi və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çoxsaylı qətnamələr qəbul olunmasının önəmini qeyd etdi. Azərbaycan Prezidenti 30 illik işğal dövründə ermənilərin xalqımıza qarşı mədəni soyqırımı törətdiklərini bildirərək, həmin ərazilərdə onların İslam maddi-mədəniyyət irsini məhv etdiklərini, 67 məsciddən 65-ni dağıtdıqlarını diqqətə çatdırdı. Dövlətimizin başçısı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verdi. Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin ölkəmizə səfərinin əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq dedi: “Sizin kimi böyük dünya lideri ilə görüşməkdən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən bu tədbirlərdə iştirak etməkdən şərəf hissi duyuruq”.
Qonaq Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin və Bəhreyn Krallığının vəliəhdi, Nazirlər Şurasının sədri Salman bin Həməd Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bəhreynin Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi. Eyni zamanda, dövlətimizin başçısı dost və qardaş ərəb ölkələrinin rəhbərlərinə də öz ehtiramını çatdırdı. Ərəb Parlamentinin Azərbaycana qardaş ölkə kimi münasibət bəslədiyini bildirən qonaq Fələstin problemi ilə bağlı göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısının Ulu Öndərin layiqli davamçısı olduğunu məmnunluqla qeyd edən qonaq Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin qazandığı nailiyyətləri vurğuladı. O, Azərbaycanın İslam dəyərlərinin müdrikliyi əsasında inkişaf edən və bu dəyərlərin hökm sürdüyü bir ölkə olduğunu dedi. Ölkəmizə ikinci dəfə səfər etdiyini bildirən Adel bin Əbdulrəhman əl-Asumi daha əvvəl Azərbaycana Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün gəldiyini diqqətə çatdırdı. Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini təqdir etdiklərini bildirdi, ölkəmizin Hərəkatın təsisatlanması, beynəlxalq səviyyədə nüfuzunun artması istiqamətində çox ardıcıl siyasət həyata keçirdiyini məmnunluqla vurğuladı. Azərbaycan Prezidenti ölkəmizin İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirdi. Bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırladı, ölkəmizin Avropada islamofobiya meyillərinin artmasından narahatlığını ifadə etdi, bu cür meyilləri qınadığını dedi və bir müddət əvvəl Azərbaycanda islamofobiya ilə əlaqədar çox əhəmiyyətli beynəlxalq konfransın keçirildiyini vurğulayaraq, gələcəkdə bu xüsusda birgə platformanın yaradılmasının önəmini diqqətə çatdırdı. Görüşdə Azərbaycanla İslam və ərəb dövlətləri arasında iqtisadiyyat, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyi diqqətə çatdırıldı, əməkdaşlığın birgə səylərlə daha da inkişaf edəcəyinə əminlik ifadə olundu. Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi. Bu hədiyyənin ancaq ərəb dövlətlərinin liderlərinə verildiyini vurğulayan Adel bin Əbdulrəhman əl-Asumi dedi ki, müstəsna hal kimi bu hədiyyəni Azərbaycan Prezidentinə təqdim etməkdən şərəf hissi duyur.


14-05-2023, 15:56
DİM növbəti imtahan prosesini keçirdi


DİM növbəti imtahan prosesini keçirdi

Mayın 14-də Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında növbəti imtahanlar keçirib. DİM-dən verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il mayın 14-də:
- əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
- aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;
- eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
- buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçirilib. İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub. Ümumilikdə imtahanların idarə olunmasına 56 ümumi imtahan rəhbəri, 179 imtahan rəhbəri, 1340 nəzarətçi-müəllim, 157 buraxılış rejimi əməkdaşı və 56 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 14328 nəfərin iştirakı nəzərdə tutulurdu. İmtahanlarda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. Operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır. Mayın 15-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
14-05-2023, 15:14
Qeyri sabit hava bu tarixə qədər davam edəcək


Qeyri sabit hava bu tarixə qədər davam edəcək

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti mayın 16-sı gündüzədək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
14-05-2023, 13:53
İlham Əliyev Şarl Mişellə bu məsələləri müzakirə etdi


İlham Əliyev Şarl Mişellə bu məsələləri müzakirə etdi

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb. Sonra birgə foto çəkdirilib. Görüşdə dövlətimizin başçısı Brüsselə səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirib. Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib. Söhbət zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olunub.
14-05-2023, 13:07
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda mayın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 8-12°, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 14-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.
14-05-2023, 12:24
Qızım planlı şəkildə öldürülüb - Şəhid xanımının atası


Qızım planlı şəkildə öldürülüb - Şəhid xanımının atası

Ötən gün Vətən müharibəsi şəhidi Saleh Qurbanovun xanımı Ləman Qurbanova qaynı tərəfindən qətlə yetirilib. Mərhumun atası qızının ölümünün planlı şəkildə həyata keçirildiyini bildirib. “Uşağımı pirə aparıb. Bir-iki ay bundan əvvəl qaynı qızıma hücum etdi, onun başını kəsirdi. Nədi-nədi qızım telefon işlədir. Telefonu bütün dünya işlədir, hamının qızı, gəlini işlədir, əxlaqsızlıq eləmir ki! Hadisə günü zəng etdim ki, haradasız? Dedi ki, Sumqayıta çatırlar. Dedim, uşağı evə gətir. Dedi ki, niyə narahatsan, narahat olma. O, qızımı planlı şəkildə öldürüb”, - L.Qurbanovanın atası qeyd edib.

13-05-2023, 16:37
Latviyada təhsil alan tələbəmiz vəfat etdi


Latviyada təhsil alan tələbəmiz vəfat etdi

Latviyada azərbaycanlı tələbə Həşimli Mircavad Mirvardər oğlu müəmmalı şəkildə vəfat edib. Bu ölkədə ali təhsilini davam etdirən 22 yaşlı M.Həşimlinin ailəsinə onun Latviyada göldə boğulduğu bildirilib. Bu gün M.Həşimlinin cənazəsi Azərbaycana gətirilərək dəfn edilib. Yaxınlarının verdiyi məlumata görə, Mircavad Həşimli hadisədən əvvəl anası ilə danışıb və daha sonra yaşadığı evi tərk edib. Bir neçə saat sonra onun suda boğulması barədə məlumat gəlib. Ailəsi Mircavadın telefonunun onun boğulduğu deyilən ərazidən təxminən 5 kilometr uzaq məsafədən tapıldığını deyib. Bildirilir ki, ziyalı ailəsindən olan və bir neçə xarici dil bilən Mircavad Həşimli ali təhsilini ADA Universitetində fransız dilində alıb. O, daha sonra təhsilini davam etdirmək üçün Latviyaya gedib.
13-05-2023, 12:12
Xankəndində mitinqlər baş qaldırır


Xankəndində mitinqlər baş qaldırır

Qarabağdakı separatçıların "təhlükəsizlik şurasının keçmiş katibi" Samvel Babayan Xankəndidə mitinqlər keçirmək niyyətindədir. Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb. Bildirilir ki, Babayan bazar ertəsi günündən qondarma qurumun “dövlət naziri” vəzifəsinə təyin olunana qədər mitinqlər keçirmək istəyir. Nəşr yazıb ki, Babayanın arxasında Ermənistanın baş naziri Nikol Paşinyan dayanır. Qeyd olunur ki, Paşinyanın “tələsməsinə” səbəb son günlər Xankəndində ermənilərin Kremlin himayədarı Vardanyanın təşkil etdiyi və Ermənistan hakimiyyətinə xoş gəlməyən aksiyalardır.“Qarabağda Paşinyanın “tabeliyində” işləyən qüvvələr Babayana yol açmaq və hakimiyyətə gəlmək istəyən insanları təqib etmək və nüfuzdan salmaq üçün hər şeyi edirlər”, - qəzet qeyd edir.
13-05-2023, 11:52
İsrail şirkətinin prezidenti İlham Əliyevə təbrik məktubu yolladı


İsrail şirkətinin prezidenti İlham Əliyevə təbrik məktubu yolladı

İsrailin “Israel Aerospace Industries” şirkətinin prezidenti və baş icraçı direktoru Boaz Levi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: "Zati-aliləri, Prezident İlham Heydər oğlu Əliyev! “Israel Aerospace Industries” şirkətinin kollektivi adından və şəxsən öz adımdan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram. Heydər Əliyevin Azərbaycanın və regionun inkişafına verdiyi töhfələr ölçüyəgəlməzdir. Onun dövlətçilik irsi yeni nəsil liderləri və vətəndaşları ilhamlandırmaqda davam edir. Ulu Öndərin uzaqgörən liderliyi, xalqına olan davamlı sadiqliyi, eləcə də müxtəlif sahələrdəki müstəsna nailiyyətləri Azərbaycana və regiona çox əhəmiyyətli təsir göstərmişdir. “Israel Aerospace Industries” şirkəti olaraq biz ölkələrimiz arasında möhkəm dostluğu və əməkdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlığa əhəmiyyətli töhfələr verməyimizlə fəxr edir və ölkələrimizin qarşılıqlı səmərəli mənafeyi naminə tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə sadiq qaldığımızı bildiririk. Biz ölkələrimiz üçün daha parlaq və daha təhlükəsiz gələcək qurmaq məqsədilə birlikdə işləməyə davam etməyə ümidvar olduğumuzu bildiririk. Bu əlamətdar yubiley münasibətilə Sizə bir daha ən səmimi salamlarımızı və təbriklərimizi çatdırırıq. Biz Sizə, Azərbaycan xalqına qarşıdakı illərdə davamlı uğurlar və rifah arzulayırıq. Hörmətlə, Boaz Levi - İsrailin “Israel Aerospace Industries” şirkətinin prezidenti və baş icraçı direktoru".
13-05-2023, 00:26
Erməni təxribatı nəticəsində hərbiçimiz həlak oldu


Erməni təxribatı nəticəsində hərbiçimiz həlak oldu

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!