MDB-nin Daxili İşlər Nazirləri bu ölkədə toplanacaq .....                        Makronun xanımının "kişi" olduğunu iddia edənlər həbs olundu .....                        Duman olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ .....                        Ərdoğan: "Həm Putin, həm Zelenski ilə danışan tək ölkəyik" .....                        Venesuelanın bu qədər qızıl ehtiyatı var .....                        Bu gün geomaqnit qasırğası gözlənilir .....                        Bakıda tədris mərkəzindən oğurluq edildi .....                        İlham Əliyev yerli telekanallara MÜSAHİBƏ VERDİ .....                        Dövlət hesabına təhsil alanlar üçün rekord məbləğ ayrılıb .....                       
11-08-2023, 18:49
XİN-dən Paşinyanın iddialarına cavab


XİN-dən Paşinyanın iddialarına cavab

Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 11-də hökumətin iclasında çıxışı zamanı növbəti dəfə bölgədə “gərgin humanitar vəziyyət” barədə iddiaları təkrarlayarkən Ermənistan tərəfindən “humanitar yük” adı altında Laçın istiqamətində göndərilən yüklərin qəbul edilməməsinin erməni sakinlərə qarşı “etnik təmizləmə” kimi qələmə verməsi heç bir məntiqə sığmır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.
Qeyd olunub ki, Azərbaycanın 20 faizə yaxın torpaqlarının işğalı nəticəsində azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmiş, nəinki bu torpaqlardan Ermənistan ərazisindən də azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş bir ölkənin rəhbərinin etnik təmizləmə iddiaları səsləndirməsinə mənəvi haqqı yoxdur. Ermənistanın bu iddiaları davamlı olaraq təkrarlaması göstərir ki, Laçın sərhəd buraxılış məntəqəsi təsis edilənədək Ermənistanın Laçın yolundan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin məntəqə təsis edildikdən sonra qarşısının alınması bu ölkəni narahat edir.
"Erməni sakinlərin həqiqətən də iddia olunduğu kimi gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşların dəstəklədiyi Ağdam-Xankəndi yolundan istifadə edilməsi mümkündür. Ermənistan tərəfi, əsassız şəkildə “humanitar böhran” barədə iddialar yaymaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatlar törətmək əvəzinə, bölgədə sülh və sabitlik istiqamətində səy göstərməlidir", - deyə XİN-in şərhində vurğulanıb.
11-08-2023, 17:43
Valideyn bağça rəhbərliyini hədələyərək 15 min manat pul tələb etdi


Valideyn bağça rəhbərliyini hədələyərək 15 min manat pul tələb etdi

339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb.
Tezliklə uşaq tapılıb və xoşbəxtlikdən heç bir əlavə narahatlıq olmayıb.
Bağça rəhbərliyi valideynə məlumat verib, tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görüb, nəzarət tədbirləri artırılıb. Əsl hadisə bundan sonra başlayıb.
Valideyn bağça rəhbərliyini məsələni ictimailəşdirəcəyi ilə hədələyərək 15 000 manat pul tələb edib. O, bunu övladını özəl bağçaya qoymaq istəməsi ilə əlaqələndirib. Maraqlıdır ki, özəl bağçanın ödəniş haqqının da dövlət bağçası rəhbərliyinin ödəməsini istəyib.
Prosesin ardıcıllığı və valideynin çəkinmədən və təhdidlə bağça rəhbərliyindən pul tələb etməsi məsələnin qurama olduğuna dair şübhələr yaradır.

11-08-2023, 15:18
6 ay ərzində qaz ixracı 7 faiz yüksəlib


6 ay ərzində qaz ixracı 7 faiz yüksəlib

2023-cü ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, 7 ay ərzində Azərbaycanda 28,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 15,4 milyard kubmetri “Şahdəniz”dən, 0,1 milyard kubmetri “Abşeron”dan, 5,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında 3,3 faiz, yəni 0,9 milyard kubmetr artım qeydə alınıb.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Hesabat dövründə xaricə qaz satışı 13,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Avropaya 6,6 milyard kubmetr, Türkiyəyə 5,8 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,3 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 avqust 2023-cü il tarixinədək AÇG-dən 211 milyard kubmetr, “Şahdəniz”dən isə 198 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 139,9 milyard kubmetrə yaxını ixraca nəql edilib.
2023-cü ilin yanvar-iyul ayları üzrə ölkədə 17,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 10,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 40,4 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,5 milyon ton təşkil edib.
Hesabat dövründə 14,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,2 milyon tonu konsorsium, 1,7 milyon tonu isə SOCAR-ın payına düşüb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 avqust 2023-cü il tarixinədək 620,3 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 577,5 milyon ton neft, “Şahdəniz”dən isə 42,8 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 avqust 2023-cü il tarixinədək 618,4 milyon tonu ixraca nəql edilib. 2023-cü ilin 7 ayı üzrə ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib.
11-08-2023, 15:02
“Nizami” stansiyasında təmir işləri başladı


“Nizami” stansiyasında təmir işləri başladı

Bakı metropoliteninin “Nizami” stansiyasında platformanın tağtavanında sağlamlaşdırma və gücləndirmə tədbirlərinə başlanılıb.
“Bakı Metropoliteni” QSC-dən verilən məllumata görə, stansiyas ağır hidrogeoloji şəraitdə yerləşdiyindən stansiya müntəzəm olaraq nəzarət altında saxlanılır.
Bildirilib ki, hazırda stansiyanın tavan örtüyü sökülərək, müvəqqəti işıqlanma sistemi qurulub:
“Tunel geyimi müvafiq qaydada korroziyadan təmizlənəcək, axıntılar ləğv olunacaq. Daha sonra korroziya əleyhinə boya maddəsi ilə rənglənəcək, suaxarlar quraşdırılacaq. Bütün texnoloji tədbirlər başa çatdıqdan sonra stansiyanın tavan örtüyü yenisi ilə əvəzlənməklə işıqlanma sistemi bərpa olunacaq.
Sağlamlaşdırma istiqamətində tədbirlər yalnız metropolitendən sərnişinlərin istifadə etmədiyi gecə növbəsində aparılır. Təmir dövründə stansiyada müvafiq nəzarət mexanizmləri təmin olunacaq”.
11-08-2023, 14:41
İranda saxlanılan azərbaycanlı tələbə vəkil tutdu


İranda saxlanılan azərbaycanlı tələbə vəkil tutdu

İranda casusluq ittihamı ilə saxlanılan azərbaycanlı tələbə Fərid Səfərli üçün vəkil tutulub.
Bu barədə Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib.
O bildirib ki, hazırda vəkil məhkəmənin qərarlarını gözləyir.
“Bəli, vəkil tutulub. İran azərbaycanlısıdır. Vəkil hakimlə də görüşüb, Fəridlə də. Hələ ki qərarı bilmirik. Məhkəmə qərarı ona məktub şəklində göndərilməlidir. Amma hələ məktub almayıb. Qərar vəkilə məktubla göndəriləcək . İranda son məhkəmə olmadan hakim qərar verə bilir bəzən”, - Fərid Səfərlinin anası qeyd edib.
Dilarə Əsgərova vurğulayıb ki, oğlu ilə iki gün əvvəl telefonla danışıb:
"Təsadüfən ağzından çıxdı, məndən gizlədirmiş, orda təxminən 2-3 ay əvvəl kor bağırsağından əməliyyat olunub. Özü də hökmün nəticəsini gözləyir. Vəkillə danışmışam, işlə tanışdır. Fəridi həmin ittihamla günahlandıracaq heç bir sübut yoxdur. Həmin qızın ifadəsini də oxuyub. O da Fərid haqqında ittihamla əlaqəsi olan heç bir şey yazmayıb Hətta qız da yazıb ki, mən inanmıram. Bizim məqsədimiz ancaq görüşmək olub”.
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.
19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
11-08-2023, 12:54
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verib.
Havanın temperaturu gecə 24-28° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 30-40 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.
10-08-2023, 23:20
“Neftçi” “Beşiktaş”a uduzdu


“Neftçi” “Beşiktaş”a uduzdu

“Neftçi” bu gün növbəti avrokubok matçına çıxıb.
Premyer Liqanın bürünc mükafatçısı Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirib.
Bakılılar Türkiyə “Beşiktaş” ilə üz-üzə gələcək. İlk qarşılaşma “Neftçi Arena”da baş tutub. Adrian Mutunun yetirmələri İstanbul səfəri öncəsi dolu tribunalar önündə azarkeşlərini sevindirə bilməyib.
Qeyd edək ki, İstanbulda keçiriləcək cavab görüşü avqustun 17-də təşkil olunacaq.
10-08-2023, 22:14
“Qarabağ” rəqibini məğlub etdi


“Qarabağ” rəqibini məğlub etdi

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.
Çempionlar Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri Avropa Liqasında mübarizəyə başlayıb.
Ağdam təmsilçisi III təsnifat mərhələsində Finlandiya HİK-i ilə görüşüb. Bu gün baş tutan ilk qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Çətin şimal səfərinə təmsilçimiz qələbə ilə yollanıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 17-də keçiriləcək.
10-08-2023, 21:47
İş yerində günvurmadan öldü


İş yerində günvurmadan öldü

Hacıqabul sakini iş yerində günurmadan ölüb.
Hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.
Fermalardan birində işləyən Hacıqabul rayonunun Talış kənd sakini günvurmadan elə iş yerində ölüb.
Meyit Şirvan morqunda müayinə edilib.
Qeyd edək ki, bu gün Hacıqabulda günvurmadan ölən ikinci şəxsdi.
Bundan əvvəl daha bir şəhər sakini yaşadığı evin həyətində günvurmadan ölüb.
Faktla bağlı araşdırma aparılır.
10-08-2023, 21:16
Ceyhun Bayramov ATƏT sədri ilə telefon danışığı apardı


Ceyhun Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

10 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Şimali Makedoniyanın xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı ATƏT çərçivəsində əməkdaşlıq məsələləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesi və bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatların sülh prosesinin irəliləməsinin qarşısının alınmasına hesablandığını diqqətə çatdırıb. Xüsusilə, Ermənistanın bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya səylərinə təhdid törədən Laçın sərhəd keçid məntəqəsinə qarşı törətdiyi təxribatlarının bu ölkənin sülh prosesində maraqlı olmadığını göstərdiyi bildirilib.
Nazir Ceyhun Bayramov, Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət”, “blokada” kimi iddialar irəli sürməsinin heç bir əsasının olmadığını, erməni sakinlərin tələbatlarının ödənməsi üçün tərəfimizdən təklif olunan “Ağdam-Xankəndi” yolunun fəaliyyətinə maneələr törədilməsinin də məsələnin Ermənistanın təqdim etdiyi kimi humanitar xarakterli deyil, siyasi olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb.
Ermənistanın 30 ilə yaxın hərbi işğalının, post-münaqişə dövründə isə beynəlxalq hüquq normalarına və öhdəliklərinə zidd olaraq Laçın yolundan hərbi məqsədlər, təbii resurslarımızın Ermənistana daşınması, mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin qəbuledilməzliyi, bu təxribatçı addımların qarşısının alınması üçün Laçın sərhəd buraxılış məntəqəsinin əhəmiyyəti nazir C.Bayramov tərəfindən qeyd olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!