Ukraynada nazir ölkədən qaçdı - İDDİA .....                        Rusiyanın ən böyük neft zavodu bağlandı .....                        Xankəndiyə köç başlayır - PÜŞK ATILACAQ .....                        İranla razılaşmaya açığıq - TRAMP .....                        Ukrayna Rusiyanı bu raketlərlə vurdu .....                        Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU .....                        5 il ərzində Qarabağda görülən işlər - AÇIQLANDI .....                        Vardanyan hakim qarşısında - Məhkəmədə nələr danışıldı? .....                        Səudiyyə şahzadəsi Trampla görüşdü .....                       
28-05-2023, 14:24
Bu gün Qarabağda istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var


Bu gün Qarabağda istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb. Dövlətimizin başçısı bu barədə mayın 28-dı Laçında bu rayondan olan sakinlərlə görüşdə danışıb. O qeyd edib: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.
28-05-2023, 13:48
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 17-22 isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq.Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.
28-05-2023, 13:25
Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır - Prezident


Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır - Prezident

Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib. “Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq”, - deyə dövlətimizin başçısı qeyd edib.
28-05-2023, 12:51
Qarabağa hərəkət tam nəzarət altındadır - İlham Əliyev


Qarabağa hərəkət tam nəzarət altındadır - İlham Əliyev

Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə səsləndirib. Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ilə ərazi bütövlüyü məsələlərinin birdəfəlik həll olunduğunu söyləyən dövlətimizin başçısı deyib: “Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır”.
28-05-2023, 12:38
Danışıqlar masasında güclü mövqeyə sahib olan bizik - İlham Əliyev


Danışıqlar masasında güclü mövqeyə sahib olan bizik - İlham Əliyev

Artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib. Dövlətimizin başçısı əminliyini ifadə edib ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. “İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
28-05-2023, 12:27
Ermənistan yaralarını hələ də sağalda bilmir - Prezident


Ermənistan yaralarını hələ də sağalda bilmir - Prezident

İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ermənistan o acı məğlubiyyətin ağrılarını, yaralarını hələ də sağalda bilmir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə səsləndirib. Dövlətimizin başçısı deyib: “Bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb”.
28-05-2023, 12:19
Ermənistan torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi - Prezident


Ermənistan torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi - Prezident

Siz də, bütün Azərbaycan xalqı da, bütün dünya ictimaiyyəti də yaxşı bilirdi və bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə söyləyib. Ermənistanın, sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün beş rayonu qaytarmağa hazırdır olduqları, Laçın və Kəlbəcərin isə onların əlində həmişəlik qalması ilə bağlı təklif irəli sürdüyünü xatırladan dövlətimizin başçısı qeyd edib: “Biz isə heç vaxt bununla razılaşa bilməzdik. Mən hər zaman deyirdim ki, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Bu gün müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz buna nail olmuşuq. Biz düşməni döyüş meydanında məğlub etmişik”.
28-05-2023, 12:00
Həmrəyliyimizin əbədi olmasını arzu edirik - Səlcuq Bayraktar


Həmrəyliyimizin əbədi olmasını arzu edirik - Səlcuq Bayraktar

“Həmrəyliyimizin əbədi olmasını arzu edirik”. Bu sözləri “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar twitter hesabında yazıb. Bayraktar Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib: “Qardaş ölkəmiz Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun”.
28-05-2023, 11:44
Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun - Cahit Bağçı


Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun - Cahit Bağçı

“Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı twitter hesabında yazıb. Səfir Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib: “Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun”.
28-05-2023, 11:13
Sentyabr ayına qədər Zabux kəndi tamamilə inşa ediləcək - Prezident


Sentyabr ayına qədər Zabux kəndi tamamilə inşa ediləcək - Prezident

Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib. Zabux və Sus kəndlərinin Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edildiyini xatırladan dövlətimizin başçısı deyib ki, orada da fəal iş aparılır. “Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!