İlk təyyarələri gələn il alacağıq - Zelenski .....                        Zabil Qəhrəmanov bu hadisəyə görə saxlanılıb .....                        Rasim Balayev Nazirlikdən NARAZIDIR .....                        “Tayfun” hədəfini dəqiqliklə məhv etdi .....                        Bu ölkədə 1 illik matəm elan olundu .....                        Azərbaycan qışda Ukraynanı XİLAS EDƏCƏK .....                        Ağstafada müəllim dərs zamanı vəfat etdi .....                        Orada hər həftə təxminən 7 min nəfər həlak olur - FACİƏ .....                        Bu cihazları uzadıcı ilə qoşmaq olmaz! - XƏBƏRDARLIQ .....                       
16-04-2023, 15:30
48 minə yaxın şagird imtahanda iştirak edib


48 minə yaxın şagird imtahanda iştirak edib

Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan (Ağalı kəndi) rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 201 imtahan binası, 3582 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 567 imtahan rəhbəri və ümumi rəhbər, 4483 nəzarətçi-müəllim, 663 buraxılış rejimi əməkdaşı (mühafizə), 201 bina nümayəndəsi ayrılıb. İmtahanda 48 049 şagirdin iştirakı gözlənilirdi. İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. Bu gün, həmçinin Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu artıq Dövlət İmtahan Mərkəzinin Ağalıda təşkil etdiyi ikinci imtahandır. Martın 12-də keçirilən ilk imtahanda 11-ci, bu gün isə 9-cu sinif şagirdləri imtahan veriblər. İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 1 ay ərzində elan olunması nəzərdə tutulur.
16-04-2023, 13:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22°, bəzi yerlərdə 24° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.
16-04-2023, 11:00
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabaha olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-16° isti olacaq. Nisbi rütubət 60-70 %, atmosfer təzyiqi isə 771 mm civə sütunu olacaq. Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
15-04-2023, 22:15
İrəvandakı çempionatdan imtina edən idmançılarımız vətənə qayıtdı


İrəvandakı çempionatdan imtina edən idmançılarımız vətənə qayıtdı

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb. Azərbaycan ağırlıqqaldıranlarını və federasiya nümayəndələrini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Qeyd edək ki, Avropa çempionatının dünən keçirilən açılış mərasimində Azərbaycan bayrağının yandırılması səbəbindən ağırlıqqaldıranlarımız yarışmaqdan imtina ediblər.

15-04-2023, 22:10
ANAMA baş vermiş partlayışla bağlı məlumat yaydı


ANAMA baş vermiş partlayışla bağlı məlumat yaydı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xızı rayonu ərazisində partlayış hadisəsi ilə bağlı məlumat yayıb. ANAMA-nın Mətbuat Xidmətindən bildirilib ki, partlayış hərbi sursata müdaxilə nəticəsində baş verib. Hadisə nəticəsində 2 nəfər mülki şəxs həlak olub, 1 nəfər xəsarət alıb. Bundan əvvəl Baş Prokurorluq qeyd edib ki, partlayışa səbəb Sumqayıt şəhər sakinləri - 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub. Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.
15-04-2023, 22:07
Xızıda baş verən partlayışda yaralanan şəxsin vəziyyəti açıqlandı


Xızıda baş verən partlayışda yaralanan şəxsin vəziyyəti açıqlandı

Xızı rayonunun Yaşma qəsəbəsində baş verən hadisə ilə əlaqədar 1976-cı il təvəllüdlü vətəndaş TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, ona sol budun odlu qəlpə yarası, ayaq barmağının sınığı, döş qəfəsinin açıq yarası diaqnozu qoyulub. Tibb müəssisəsinin Travma şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
15-04-2023, 20:30
Xızıda baş verən partlayışla bağlı cinayət işi açıldı


Xızıda baş verən partlayışla bağlı cinayət işi açıldı

Xızı rayonunda baş vermiş partlayışla bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 15-i saat 15 radələrində Xızı rayonunun Yaşma kəndi ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub. Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə çıxaraq zəruri hərəkətlər aparıb və ilkin araşdırma zamanı müəyyən edilib ki, partlayışa şəbəb Sumqayıt şəhər sakinləri - 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub. Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb. Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
15-04-2023, 17:00
Akardan Zakir Həsənova başsağlığı məktubu


Akardan Zakir Həsənova başsağlığı məktubu

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı məktubu ünvanlayıb. Bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb. Bildirilir ki, Akar Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisinin şəhid olması ilə əlaqədar azərbaycanlı həmkarına başsağlığı verib. Məktubda Hulusi Akar Azərbaycan xalqının hiss etdiyi ağrıları ürəkdən paylaşdığını bildirib: "Türkiyə və Azərbaycan "iki dövlət, bir millət" anlayışı ilə kədərdə və sevincdə bir yerdədir. İndiyə qədər etdiyimiz kimi şəhidlərimizin haqq mübarizəsində də bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam edəcəyik".
15-04-2023, 15:30
Bayrağımızın yandırılmasıyla bağlı cinayət işi açıldı


Bayrağımızın yandırılmasıyla bağlı cinayət işi açıldı

Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb. Azərbaycan Baş Prokurorluğu hadisə ilə əlaqədar cinayət işi başladıb. Bildirilib ki, Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb. Milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyan və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq. İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək. Azərbaycan Respublikası “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Beynəlxalq konvensiyayaya və bu qəbildən olan bütün əməllərin cəzalandırılmalı olması ilə bağlı prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir, eləcə də beynəlxalq ictimaiyyəti Ermənistanı kəskin qınamağa, o cümlədən Ermənistan tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırır.
15-04-2023, 15:00
İşgəncə görən əsgərin anası sosial şəbəkə istifadəçilərinə müraciət etdi


İşgəncə görən əsgərin anası sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Bir neçə gün əvvəl Ermənistanda əsir götürülərək işgəncələrə məruz qalan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova sosial şəbəkə istifadəçilərinə müraciət edib. Əsgər anası sosial şəbəkələrdə övladı ilə bağlı yalan məlumatlar yayıldığını bildirib. Onun sözlərinə görə, "TikTok" və digər sosial şəbəkələrdə Hüseynin Azərbaycana qaytarılması haqda saxta xəbərlər yayılıb. "Xahiş edirəm, yalan xəbər yaymasınlar. Ürəyim tab gətirmir daha. Şad xəbər deyirlər, sonra məlum olur ki, yalandır. Etməyin belə, bizə yazığınız gəlsin", - deyə Ş.Axundova söyləyib. Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Bu yaxınlarda sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!