Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
22-10-2022, 16:54
Cəmi 370 aktiv koronavirus xəstəsi qalıb


Cəmi 370 aktiv koronavirus xəstəsi qalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 56 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, nəticələri müsbət çıxan iki nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 822 908 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 601 nəfər müalicə olunaraq sağalıb, hazırda 370 aktiv xəstə var. Bu günə qədər 9 937 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 540, bu günə qədər isə ümumilikdə 7 303 826 test icra olunub.

22-10-2022, 16:52
Mina qurbanlarının sayı 261 nəfərə çatıb


Mina qurbanlarının sayı 261 nəfərə çatıb

Vətən Müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 261 nəfərə çatıb. Bunu Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Leyla Abdullayeva twitter hesabında yazıb. Qeyd edək ki, oktyabrın 21-də Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənov mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, ağır xəsarət alan Elsevər Həmidov bu gün dünyasını dəyişib.
22-10-2022, 16:40
Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb


Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb

Türkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək. Hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim oktyabrın 28-dək davam edəcək.




22-10-2022, 16:01
Sabaha yağış, qar gözlənilir


Sabaha yağış, qar gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 11-13° isti, gündüz 15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsilcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-18° isti, dağlarda gecə 0°-yə yaxın, gündüz 4-8° isti olacaq.
22-10-2022, 15:57
Baş nazir iclas keçirdi - Qarabağla bağlı tapşırıqlar verildi


Baş nazir iclas keçirdi - Qarabağla bağlı tapşırıqlar verildi

Oktyabrın 21-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib. Nazirlər Kabinetindən verilən məlumata görə, iclasın gündəliyində Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələrək işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlərin icrası, o cümlədən investisiya təşviqi mexanizmi, Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər, həlli vacib məsələlər və növbəti addımlar, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunlarının layihələri, dövriyyədə olan xarici valyuta nominallı dövlət istiqrazlarının bir qisminin geri alınması və “AqrarKredit” QSC Bank olmayan Kredit Təşkilatı ilə bağlı bir sıra aktual məsələlər ətraflı müzakirə olunub. İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayevin məruzələri dinlənilib. İclasın yekununda işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bir sıra layihələr və digər müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
22-10-2022, 15:54
Şuşaya getmək istəyənlərin nəzərinə! - Biletlər satışa çıxarılır


Şuşaya getmək istəyənlərin nəzərinə! - Biletlər satışa çıxarılır

Şuşa, Ağdam və Füzuli istiqamətində müntəzəm avtobus reyslərinə noyabr ayına olan biletlər satışa çıxarılır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə noyabr ayına olan biletlər 25 oktyabr 2022-ci il saat 15:00-da satışa çıxarılacaq. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri //yolumuzqarabaga.az/ portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi vətəndaşlara bir daha tövsiyə edir ki, sosial şəbəkələrdə Şuşa istiqamətində “turlar” təşkil edilməsi ilə bağlı elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər. Biletləri heç kimə əlavə vəsait ödəmədən özləri alsınlar. Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib.
22-10-2022, 15:50
Kəlbəcər yenə atəşə tutuldu


Kəlbəcər yenə atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub."Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - açıqlamada deyilir.
22-10-2022, 15:46
Zəngilan aeroportunun ilk sərnişinləri


Zəngilan aeroportunun ilk sərnişinləri

Zəngilan Beynəlxalq Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib. Butov.az xəbər verir ki, Zəngilan rayonunun Ağalı kəndində keçiriləcək “Zəfər yürüşü” triatlon turnirində iştirak edən idmançılar, Gənclər və İdman Nazirliyinin və Triatlon Federasiyasının əməkdaşları, eləcə də media nümayəndələri yenicə istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanına eniş ediblər. Heydər Əliyev Beynəlxalq Aeroportundan başlayan uçuş 45 dəqiqə çəkib.


22-10-2022, 15:41
Azərbaycanı hədəf alanlar qarşılarında Türkiyəni görəcək


Azərbaycanı hədəf alanlar qarşılarında Türkiyəni görəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdan qayıdarkən yerli jurnalistlərə açıqlamasında önəmli mesajlar verib. Qardaş ölkənin lideri Zəngilan hava limanının tarixi əhəmiyyətindən, işğaldan azad edilmiş ərazilədə görülən bərpa və yenidənqurma işlərindən danışaraq, Türkiyənin hər zaman Azərbaycan yanında olacağını bəyan edib. Ərdoğan eyni zamanda Türkiyənin tarixi Şuşa şəhərində konsulluq açacağını bir daha diqqətə çatdırıb. "Biz də Şuşada Baş konsulluq açırıq", - deyə Türkiyə Prezidenti qeyd edib. Butov.az-ın məlumatına görə, Ərdoğanın açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyənin Şuşada konsulluq xidmətinin fəaliyyətə başlaması vacibdir. Onun fikrincə, Ankara həmin günü səbirsizliklə gözləyir. "Ermənistandan və İrandan Qarabağa təhlükənin miqyası azalmayıb. Əlbəttə, güclü ordumuz təcavüzkarlara qarşı ayıqdır. Ancaq Azərbaycanı hədəf almaq istəyənlər bilməlidirlər ki, Qarabağ istiqamətində bizə yenə də problem yaratmaq istəsələr qarşılarında Türkiyəni görəcəklər. Bu baxımdan Şuşada konsulluq xidməti Türkiyənin Qarabağda varlığını göstərən əsas amillərdən birinə çevrilməlidir. Bunu ləngitmək olmaz", - deyə politoloq vurğulayıb.
22-10-2022, 15:33
Qadın güləşçimiz dünya ikincisi oldu


Qadın güləşçimiz dünya ikincisi oldu

Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb. Butov.az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində yarışan idmançı finalda Miva Morikava (Yaponiya) ilə qarşılaşıb. Rəqibinə 0:10 hesabı ilə məğlub olan Mirzəzadə gümüş medalla kifayətlənməli olub. Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!