Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                        Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq - İlham Əliyev .....                        Moskvaya PUA hücumu .....                        Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası olub .....                        Polşa nüvə silahı əldə etmək istəyir .....                        Sumqayıtda kişi dəm qazından öldü .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                       
19-09-2023, 12:51
Naxçıvanda 66 müəllim işlə təmin olundu


Naxçıvanda 66 müəllim işlə təmin olundu

2018-ci ildən bu günədək müəllimlərin işə qəbul müsabiqəsində (MİQ) yüksək nəticə göstərən gənclərdən 1027-si müəllim, 258-i isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə 1285 gənc kadr işlə təmin olunub.
Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2023-2024-cü tədris ili üçün də Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən MİQ-ə müxtəlif ixtisaslar üzrə 200 vakant yer çıxarılıb, elan olunan vakansiyaya 1352 kadr qeydiyyatdan keçib.
3-14 iyul tarixlərində keçirilən MİQ imtahanında 966 namizəd keçid balını toplayıb, onlardan 136-sı ən yüksək nəticə göstərdiyindən sentyabrın 15-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlayıb. Bu tədbirlərin davamı olaraq sentyabrın 14-dən ümumtəhsil müəssisələrində vakant yerlərin kadr təminatını ödəmək üçün MİQ imtahanında tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin muxtar respublikada ilk dəfə olaraq müddətli müqavilə əsasında işə qəbulu prosesi həyata keçirilib. Namizədlərə Azərbaycan, İngilis, Rus, Alman dili, İbtidai sinif, Riyaziyyat, İnformatika, Tarix, Fizika, Kimya, Biologiya, Coğrafiya, Təsviri incəsənət, Musiqi, Fiziki tərbiyə müəllimliyi olmaqla 138 vakant iş yeri təklif olunub. Təklif olunan vakant yerlərdən 66-sı namizədlər tərəfindən seçilib. Onlar sentyabrın 18-dən başlayaraq ümumtəhsil məktəblərində işlə təmin olunub. Müəllimlərlə əmək müqaviləsi 18 sentyabr tarixindən bağlanılıb. 14 iyun 2024-cü il tarixdən isə müəllimlərin əmək müqaviləsinə xitam veriləcək. Qeyd edək ki, həmin yerlər 2024-2025-ci tədris ilində keçiriləcək MİQ imtahanında vakansiyaya çıxarılacaq.
Muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, işə qəbul edilən 66 müəllimdən 21-i stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu, 14-ü isə şəhər və rayon mərkəzlərində yaşasalar da, ucqar kənd məktəblərində işləməyə üstünlük veriblər.
Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üçün ümumilikdə 202 müəllim işlə təmin olunub ki, onlarında əksəriyyəti gənclərdir.
19-09-2023, 12:41
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
19-09-2023, 12:25
Ermənilər növbəti təxribata əl atdı - Hərbiçilərimiz yaralandı


Ermənilər növbəti təxribata əl atdı - Hərbiçilərimiz yaralandı

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
19-09-2023, 12:19
Xocavənddə minaya düşərək həlak olan polisin fotosu yayıldı


Xocavənddə minaya düşərək həlak olan polisin fotosu yayıldı

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin 4 əməkdaşı Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.
Həlak olan polislərdən biri Zamanov Xəzər Azər oğludur.
1998-ci ildə anadan olan polis əməkdaşı Sədərək rayonundandır. Onun əmisi Aydın Zamanov 1990-cı illərin əvvəllərində Sədərək döyüşlərində şəhid olub.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanıb.
Həlak olan polisin fotosunu təqdim edirik:
19-09-2023, 11:52
Ermənilərin Xocavənddə törətdikləri mina təxribatının görüntüləri


Ermənilərin Xocavənddə törətdikləri mina təxribatının görüntüləri

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minaya düşən "KamAZ" markalı nəqliyyat vasitəsinin görüntüləri yayılıb.
Butov.az həmin görüntüləri təqdim edir:
Qeyd edək ki, 19 sentyabr 2023-cü ildə saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması, törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.






18-09-2023, 22:26
Beynəlxalq təşkilat erməni təxribatını insanlığa sığmayan vəhşilik adlandırdı


Beynəlxalq təşkilat erməni təxribatını insanlığa sığmayan vəhşilik adlandırdı

Ümumdünya Heyvanların Mühafizəsi təşkilatı erməni silahlılarının itlərdən terror aktı üçün istifadəsini pisləyib.
Təşkilat bunu insanlığa sığmayan vəhşilik adlandırıb.
“Günahsız bir heyvandan terror aktı kimi istifadə edilməsi əxlaqsızlıqdır, qeyri-etikdir və bu itin həyatına, eləcə də insan həyatına nə qədər az dəyər verildiyini göstərir. Səssiz, müdafiəsiz heyvanlardan istifadə iyrəncdir. Biz bu məsələni Beynəlxalq Heyvanların İdarə Olunması (ICAM) koalisiyası və itlərin rifahına diqqət yetirən digər xeyriyyə təşkilatları ilə birlikdə qaldırdıq”, - Ümumdünya Heyvanların Mühafizəsinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Ümumdünya Heyvanların Mühafizəsi təşkilatının Böyük Britanıyanın paytaxtı London şəhərində yerləşən ofisinə müraciət ünvanlayıb. Müraciətdə təşkilatdan erməni silahlılarının Azərbaycana qarşı terror aktında itlərdən istifadə cəhdlərinə reaksiya verilməsi istənilib.
Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.
18-09-2023, 21:53
Azərbaycan və Türkiyə səfirləri Parisdə görüşdü


Azərbaycan və Türkiyə səfirləri Parisdə görüşdü

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisə təyin olunmuş yeni səfiri Yunus Demirer ilə görüşüb.
Bu barədə L.Abdullayeva “X” səhifəsində paylaşıb.
“Qardaş Türkiyənin Fransadakı yeni səfiri cənab Yunus Demireri Azərbaycan Mədəniyyət Mərkəzində salamlamaqdan məmnun olduq. Yunus bəyə diplomatik fəaliyyətində uğurlar arzulayırıq”, - azərbaycanlı səfir qeyd edib.
18-09-2023, 21:20
İdmançımız Belqradda keçirilən dünya çempionatında gümüş medal qazandı


İdmançımız Belqradda keçirilən dünya çempionatında gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
92 kq çəki dərəcəsində yer alan idmançı finalda qazaxıstanlı Rizabek Aytmuxanla üz-üzə gəlib.
Rəqibinə uduzan Nurmaqomedov yarışı ikinci pillədə bitirib.
18-09-2023, 20:24
"Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi


"Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi

"Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, “İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib və “Bakı Kristal Zalı” MMC sözügedən siyahıya əlavə edilib.
Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Burada ilk dəfə “Eurovision” mahnı yarışması keçirilib.
18-09-2023, 19:19
Müdafiə naziri İsrail rəsmisiylə görüşdü


Müdafiə naziri İsrail rəsmisiylə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Baş direktoru cənab Eyal Zamirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Z.Həsənov Azərbaycan-İsrail münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən cənab E.Zamir mövcud əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!