Türkiyədə bələdiyyə başçısı və müavini həbs edildi .....                        Makron nüvə arsenalının artırılacağını AÇIQLADI .....                        Bəhreyn İranın 70 raket və 59 PUA-sını məhv edib .....                        Hələ güclü zərbə endirməyə başlamamışıq - TRAMP .....                        Putin Pezeşkiana başsağlığı verdi .....                        53 vətəndaşımız İrandan təxliyə edildi .....                        Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur .....                        İranda minlərlə hədəfi vuracağıq - Netanyahu .....                        Azərbaycan və İran XİN başçıları telefonla danışdı .....                       
18-02-2026, 17:41
İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi


İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi

Nəriman Əliməmməd oğlu Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə təltif edilib.
18-02-2026, 17:33
Prezidentlə Birinci xanım Nəriman Həsənzadəni təbrik etdi


Prezidentlə Birinci xanım Nəriman Həsənzadəni təbrik etdi

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadəyə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:

"Hörmətli Nəriman Həsənzadə!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 95 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayırıq.
Siz milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalaraq, özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmiş söz ustasısınız. Ötən əsrin 50-ci illərində poeziya aləminə qədəm qoyduğunuz ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirərək, geniş oxucu auditoriyasının xüsusi rəğbətini qazanmısınız.
Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərləriniz Sizi həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır. Həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi ilə seçilən şeirlərinizdə müasirlərimizin hiss və düşüncələri öz dolğun bədii ifadəsini tapmışdır. Xalqın yaddaşının poeziyadakı əksi olan poema və mənzum pyeslərinizdə keçmişimizin uzaq və yaxın dövrlərinin taleyüklü mühüm hadisələrini və böyük şəxsiyyətləri tarixi həqiqətlər işığında dərin vətənpərvərlik və milli dövlətçilik ruhunda canlandırmısınız. Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur.
Ədəbi şəxsiyyətinizlə vəhdətdə alim, pedaqoq və ictimai xadim kimi səmərəli fəaliyyətiniz Vətənə və xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir.
İnanırıq ki, milli məfkurəyə sədaqət və mənəvi saflıq aşılayan yaradıcılığınız gənc nəslin milli mənlik şüurunun formalaşmasında bundan sonra da əhəmiyyətli rol oynayacaqdır".
18-02-2026, 17:27
Su sektoruna 1 milyondan çox pul ayrıldı


Su sektoruna 1 milyondan çox pul ayrıldı

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” avtomatika avadanlıqları üçün 1 milyondan çox pul xərclənəcək.
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsi avtomatika sahəsi üçün zəruri olan mal-materialların satın alınması məqsədilə genişmiqyaslı açıq tender elan edib.
Satınalma üzrə ehtimal olunan qiymət 1 196 073,19 azn təşkil edir.
Əsasən, elektrik kabelləri, aksesuarları və avtomatlaşdırma sistemləri üçün lazım olan digər texniki vasitələr daxildir.
Görüləcək işlər iri şəhərlərin su təchizatı infrastrukturunda avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqini və texnoloji modernləşməni təmin etmək məqsədini daşıyır.
18-02-2026, 17:23
Ramazan ayında necə qidalanmalı?


Ramazan ayında necə qidalanmalı?

Ramazan ayı həm mənəvi, həm də fiziki yenilənmə dövrüdür. Oruc tutarkən düzgün qidalanmaq bədənin gün ərzində enerjili qalmasına və sağlamlığın qorunmasına kömək edir. Bu dövrdə ən vacib məqamlardan biri su balansının qorunmasıdır. İftarla imsak arasında kifayət qədər su içmək, həmçinin maye tərkibli qidalara üstünlük vermək orqanizmin susuz qalmasının qarşısını alır. Orucu ilıq su ilə açmaq daha məqsədəuyğundur.
Bu barədə AQTA məlumat yayıb.
İmsak mütləq edilməlidir, çünki səhər düzgün qidalanma gün ərzində enerji və su balansını qoruyur. Yulaf, düyü və ya bulqur kimi tox saxlayan qidalar, həmçinin yumurta və pendir kimi protein mənbələri seçilə bilər. Tərəvəz və meyvələr isə lifli olduqları üçün həm toxluq hissi yaradır, həm də susuzluğu azaldır.
İftar zamanı tələsmədən qidalanmaq vacibdir. Su içdikdən sonra xurma, zeytun və ya yüngül salat qəbul edilə bilər. Bir qədər fasilə verdikdən sonra əsas yeməyə keçmək həzm sistemini yükləmir. Yeməyə əvvəlcə şorba kimi sulu qidalarla başlamaq daha faydalıdır.
Ramazan ayında çox yağlı, qızardılmış, xəmir xörəkləri və ağır souslu yeməklərdən uzaq durmaq tövsiyə olunur. Qatıq, kefir və ayran kimi fermentləşdirilmiş süd məhsulları isə həzmi yaxşılaşdırır.
İftardan sonra qidalanmanı bir neçə mərhələyə bölmək, kiçik porsiyalarla və yavaş-yavaş yemək daha məqsədəuyğundur. Qidaların yaxşı çeynənməsi həzm problemlərinin qarşısını alır. Axşam saatlarında yüngül piyada gəzmək və yuxu rejiminə diqqət etmək də Ramazan ayını daha rahat keçirməyə kömək edir.
17-02-2026, 23:58
Qalatasaray Yuventusu darmadağın etdi


Qalatasaray Yuventusu darmadağın etdi

İstanbul təmsilçisi pley-off mərhələsinin ilk oyununda doğma meydanda 5:2 hesablı qələbə qazanıb.
Görüş Rams Park stadionunda keçirilib.
Matçda “Qalatasaray”ın heyətində Qabriel Sara, Noa Lanq (2 qol), Davinson Sançes və Saşa Boe fərqləniblər. “Yuventus”un qollarını Ten Kopmeyners vurub. Qonaqlar 67-ci dəqiqədə Xuan Kabalın qırmızı vərəqə alması ilə azlıqda qalıb.
Cavab görüşü 26 fevralda Turindəki Allianz Stadium stadionunda keçiriləcək.
17-02-2026, 23:41
Çox ölkədə Ramazan sabah başlayır


Çox ölkədə Ramazan sabah başlayır

Bəzi ərəb ölkələrində Ramazan ayı sabah başlayır.
Bir sıra ərəb ölkələrində Ramazan ayının başlaması ilə bağlı ayın görünməsi təsdiqlənib. Bununla da sabahdan etibarən həmin ölkələrdə oruc tutulacaq.
Buraya Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Fələstin, İraq, Bəhreyn, Küveyt və Livan daxildir.
17-02-2026, 23:29
Bakıda torpaq sürüşməsi baş verib - VİDEO


Bakıda torpaq sürüşməsi baş verib - VİDEO

Bakının Səbayıl rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenidən sürüşüb.
Buradakı yolda əvvəllər iki dəfə sürüşmə baş verib.
Sakinlər deyirlər ki, ərazidə yaşayış zonasının olması təhlükəni artırır.
Avtomobillə ərazidən mütəmadi keçən şəxslər bildirirlər ki, əvvəlki illərdəki böyük sürüşmə zamanı yol bağlanmışdı. Yenidən belə hadisənin baş verməməsi üçün işlər görülməlidir.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Lakin zənglərə cavab verilmədi.
Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, quruma sürüşmə ilə bağlı heç bir müraciət daxil olmayıb.

17-02-2026, 22:56
Hacıqabulda qəza - Sürücü öldü


Hacıqabulda qəza - Sürücü öldü

Hacıqabulda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, KİA markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində birincinin sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
17-02-2026, 21:17
Şirvanda turistlər "Qırmızı kitab"a düşən quşları ovlayırlar?


Şirvanda turistlər "Qırmızı kitab"a düşən quşları ovlayırlar?

Şirvan şəhərində xarici vətəndaşların adı "Qırmızı kitab"a düşən quşları ovladıqları bildirilir.
Bu barədə məlumat və görüntülər sosial şəbəkələrdə yayılıb.
İddialara görə, ov edən şəxslər Suriya vətəndaşlarıdır. Bildirilir ki, onlar Şirvanda yerləşən hotellərin birində qızılquşlarına yem məqsədilə təbiətdən tutulmuş bəzgək quşlarını saxlayırlar.
Mövzuya cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, bu iddia qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb:
"17 fevral 2026-ci il tarixində səhər saatlarında sözügedən hotelin ərazisinə keçirilən baxış zamanı ovlanmış bəzgək quşlarına rast gəlinməyib. Lakin qeyd olunan görüntülərin nə zaman çəkilməsi və qanun pozucularının kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırmalar davam etdirilir".
17-02-2026, 20:53
2026-cı ilin ilk Günəş tutulması başa çatdı


2026-cı ilin ilk Günəş tutulması başa çatdı

2026-cı ilin ilk Günəş tutulması başa çatıb.
Halqalı tutulma əsasən Antarktida və Cənub yarımkürəsinin digər bölgələrindən müşahidə olunub.
Bakı vaxtı ilə saat 13:56-da başlayan tutulma 18:27-də sona çatıb.
Növbəti Günəş tutulması avqustun 12-də olacaq və bu dəfə tam tutulma şəklində baş verəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!