TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
9-10-2023, 17:22
Azərbaycanın sədrliyiylə İƏT üzv dövlətlərin görüşü keçirildi


Azərbaycanın sədrliyiylə İƏT üzv dövlətlərin görüşü keçirildi

Bu gün Azərbaycan Respublikasının sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sədrliyi altında baş tutub.
Görüş zamanı sabah Şuşa şəhərində keçiriləcək İƏT-in xarici işlər nazirləri şurasının 27-ci iclasına hazırlıq və təşkilatçılıq məsələləri, habelə tədbirin gündəliyində duran sənədlər müzakirə olunub.
9-10-2023, 16:29
Vardanyanın məhkəməyə şikayəti rədd edildi


Vardanyanın məhkəməyə şikayəti rədd edildi

Bir neçə gün əvvəl həbs edilmiş seperatçı rejimin "dövlət naziri" Ruben Vardanyanla bağlı həbs qərarından şikayət verilib.
R.Vardanyanın vəkili Afət Qazıyeva müvakkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılıb.
Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq, şikayəti rədd edib.
Qeyd edək ki, R.Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittihasm irəli sürülüb, barəsində həbs qərimkan tədbiri serçilib.
9-10-2023, 15:57
İsraildə azərbaycanəsilli hərbçi öldü


İsraildə azərbaycanəsilli hərbçi öldü

İsraildə azərbaycanəsilli hərbçi həlak olub.
“Baku TV”nin məlumatına görə, İsrail ordusunun zabiti, Azərbaycanın Sumqayıt şəhərindən olan 36 yaşlı Emin Axundov Beer-Şeva şəhərində gedən döyüşlərdə həyatını itirib.
Emin Axundovun valideynləri, bacısı, həyat yoldaşı və iki övladı qalıb.
Dəfn mərasimi Beer-Şeva hərbi qəbiristanlığında baş tutub.
9-10-2023, 14:10
Yayılan virusun əlamətləri koronavirusun klinik çalarlarıyla eynidir - İnfeksionist


Yayılan virusun əlamətləri koronavirusun klinik çalarlarıyla eynidir - İnfeksionist

"Azərbaycanda yayılan virusun əlamətləri koronavirusun klinik çalarları ilə eynidir".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, payız və qış aylarında havaların soyuması baş verən zaman kəskin respirator virus infeksiyaları daha çox yayılır: "İstər böyüklər, istərsə də uşaqlar arasında çoxsaylı xəstələnmə halları törədir. Bu viruslar müxtəlifdir, hər mövsümdə bəziləri yenilənir. Onların törətdikləri xəstəliklərin əlamətləri oxşardır. Bu, koronavirusun klinik çalarları ilə eynidir. Ona görə hər bir şəxs özündə bu cür əlamətlər olduqda müraciət edərək özündə məhz koronavirus infeksiyasının olub-olmamasıını müəyyən edə bilər, yəni laborator üsullarla yalnız bu suala cavab verilə bilər. Onu da qeyd edək ki, qrip və koronavirusdan savayı adıçəkilən respirator viruslar yüngül keçir, çox az hallarda, əsasən risk qruplarına daxil olan insanlarda müəyyən fəsadlar verə bilir. Ona görə də bu cür mövsümi virus infeksiyaları xüsusi hallar olmadıqda heç bir ölkədə rutin identifikasiya olunmur".
"Ümumilikdə isə epidemioloji durum stabil olaraq qalır, hər ildə olduğu kimi fon səviyyəni aşmır. O cümlədən statistik göstəricilər bizə deməyə əsas verir ki, ölkədə koronavirusun yayılması kiçik həddədir, son vaxtlar yoluxma sayında artımlar olsa da bu hallar kütləvi deyil. İstər koronavirus, istərsə də bütün respirator viruslardan qorunma yolları eynidir.Yəni pandemiya dövründə öyrəndiyimiz qızıl qaydalar bizləri qoruya bilər. Risk qruplarına daxil olan insanların isə bundan əlavə qrip və koronavirusdan peyvənd vasitəsilə də qorunmaları tövsiyə olunur", - T.Eyvazov bildirib.
9-10-2023, 12:06
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.
9-10-2023, 12:06
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.
8-10-2023, 17:48
Azərbaycan XİN-dən Əfqanısfana başsağlığı


Azərbaycan XİN-dən Əfqanısfana başsağlığı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib. Başsağlığında deyilir:
"Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqının yanındadır".
8-10-2023, 16:24
Azərbaycan icması Varşavada Sülh Yürüşü keçirdi


Azərbaycan icması Varşavada Sülh Yürüşü keçirdi

Oktyabrın 8-də Varşava şəhərində Azərbaycan icmasının məşhur “Plac Zamkowy” meydanından başlayan Sülh Yürüşü keçirilib.
Polşa Azərbaycanlıları Şurası və Polşa Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə 12.00-dan 13.30-dək baş tutan aksiya Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun şəkildə Qarabağda sülh naminə atdığı addımların, Qarabağ münaqişəsinin başlandığı gündən indiyədək nümayiş etdirdiyi sülhpərvər mövqeyinin polyak və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə gerçəkləşdirilib.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan aksiya zamanı polyak və ingilis dillərində “Qarabağ Azərbaycandır!”, “Biz beynəlxalq ictimaiyyətdən qərəzsizlik tələb edirik!”, “Anti-Azərbaycan kampaniyasına son qoyulsun!”, “Ədaləti dəstəkləyin, nifrəti yox!”, “Biz Ermənistanı qarşıdurmaya deyil, danışığa çağırırıq!”, “Biz Ermənistana sülh qapılarını açırıq!”, “Erməni separatizminə və ikili standartlara son qoyulsun!”, “Mina terrorunu dayandırın!”, “Ermənistanın mina terrorunun qurbanı olan azərbaycanlıları unutmayın!”, “Dünya erməni terroruna susur!”, Biz manipulyasiya ilə deyil, faktlarla danışırıq!” və sair şüarlarnın əks edildiyi plakatlar, bannerlər nümayiş etdirilib və səsləndirilib.
“Sigizmund Sütunu” abidəsinin önündə çıxış edən Polşa Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri və digər soydaşlarımız Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycana və xalqımıza qarşı törətdiyi qəsbkarlıq, təcavüz, etnik təmizləmə, soyqırımlar siyasətini, vandallıq aktlarını, İkinci Qarabağ savaşından sonra Ermənistan tərəfindən ölkəmizin işğaldan azad edilmiş ərazilərində hərbi təxribatları və mina terrorunu davam etdirdiyini faktlarla Varşava sakinlərinin diqqətinə çatdırıblar. Sülhsevər və multikultural Azərbaycan dövlətinin Qarabağdakı erməni əhalisinə qarşı heç bir etnik təmizləmə aparmadığı, bütün digər etnik azlıqlar kimi ermənilərə də Azərbaycan vətəndaşlığını qəbul etməyi, bərabərhüquqlu vətəndaşlar kimi sülh, barış və rifah içində birgə yaşamağı təklif etdiyi xüsusilə vurğulanıb. Yürüş iştirakçıları beynəlxalq ictimaiyyətdən və təşkilatlardan Azərbaycana qarşı qərəzli mövqedən əl çəkməyə, ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmağı tələb ediblər.
Varşavanın Foksal küçəsində başa çatan yürüşün təhlükəsizliyi Polşa polisi tərəfindən yüksək səviyyədə təmin edilib. Yürüşlə maraqlanan paytaxt sakinlərinə Azərbaycan həqiqətlərini əks etdirən broşürlər paylanıb.
8-10-2023, 15:13
Ermənistandan da eyni yanaşmanı gözləməliyik - İlham Əliyev


Ermənistandan da eyni yanaşmanı gözləməliyik - İlham Əliyev

Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatında deyib.
Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd edib: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”.
8-10-2023, 14:51
Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb - Prezident


Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb - Prezident

Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.
Azərbaycanın və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!