TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
27-09-2023, 18:58
Reinteqrasiya istiqamətində dialoq aparılır - İlham Əliyev


Reinteqrasiya istiqamətində dialoq aparılır - İlham Əliyev

Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən deyib.
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək.
Ərazidə infrastrukturun bərpası ilə bağlı işlərin aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın erməni sakinlərə humanitar yardımlar göndərdiyini bildirib, yardımların göstərilməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə də əməkdaşlığın həyata keçirildiyini deyib.
Dövlətimizin başçısı qeyd edib ki, rəsmi Bakı ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazırdır.
27-09-2023, 18:46
Prezident USAID-in rəhbərini qəbul etdi


Prezident USAID-in rəhbərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Görüşdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində yaranmış hazırkı vəziyyət barədə fikir mübadiləsi aparıldı.
Yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə olunduğunu vurğulayan Azərbaycan Prezidenti bildirdi ki, ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələri və BMT-nin Rezident Əlaqələndirici Ofisinin nümayəndəsi də toplanmış silah və hərbi texnikaya baxıblar.
Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edildiyini deyən Prezident İlham Əliyev onların Azərbaycan ərazisindən çıxarılması prosesinin həyata keçirildiyini bildirdi.
Azərbaycan Prezidenti qeyd etdi ki, antiterror tədbirləri zamanı mülki əhaliyə ziyan dəyməyib, hədəf ancaq qanunsuz erməni silahlı birləşmələri və hərbi obyektlər olub.
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezidenti İlham Əliyev vurğuladı ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.
Ərazidə infrastrukturun bərpası ilə bağlı işlərin aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın erməni sakinlərə humanitar yardımlar göndərdiyini bildirdi, yardımların göstərilməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə də əməkdaşlığın həyata keçirildiyini dedi.
Dövlətimizin başçısı qeyd etdi ki, rəsmi Bakı ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazırdır.
Söhbət zamanı bölgədə sabitliyin təmin edilməsi və yerli ermənilərlə dialoqun vacibliyi vurğulandı.
27-09-2023, 18:19
Ceyhun Bayramov Anım Gününə həsr olunmuş tədbirdə çıxış etdi


Ceyhun Bayramov Anım Gününə həsr olunmuş tədbirdə çıxış etdi

27 sentyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş anım tədbiri və qanvermə aksiyası keçirilib.
Nazir Ceyhun Bayramov, müharibənin və münaqişənin bitməsinə baxmayaraq ölkəmizin 3 il bundan öncə Ermənistana sülh təklif etdiyini, sülh prosesinin irəlilədillməsi istiqamətində səy göstərdiyini, Ermənistanın isə bunun qarşılığında yenə də 30 ilə yaxın işğal dövründəki təcrübəni təkrarladığı, sözdə ərazi bütövlüyümüzü tanıdığını bildirsə də, əməldə bunun əksinə olaraq təxribatları və mina təhdidini davam etdirdiyini bildirib.
Bu xüsusda, Ermənistanın növbəti təxribatların qarşısının alınması üçün ölkəmizin lokal anti-terror tədbirləri gördüyü, bu tədbirlər nəticəsində ərazilərimizdə 30 illik işğal dövrünün qalıqları olan qeyri-qanuni erməni silahlı qüvvələrinin varlığıına son qoyulduğu, habelə ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasının hər kəs üçün aydın olduğu diqqətə çatdırılıb.
Bundan sonra da ölkəmizin normallaşma və sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı şəkildə səylərini davam etdirəcəyi, gələcəyə baxışımızın sülh üzərində qurulduğu vurğulanıb.
Bugünkü post-münaqişə dövrünün reallıqlarının, torpaqlarımızın azad edilməsinin isə şəhidlərimizə borclu olduğumuz, bu xüsusda onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı bildirilib.
27-09-2023, 17:23
Xankəndi-Laçın yolunda asfalt örtüyü çökdü


Xankəndi-Laçın yolunda asfalt örtüyü çökdü

Son günlər Qarabağdan gedən ermənilərin hərəkət etdiyi Xankəndi-Laçın yolunda asfalt örtüyü çöküb.
Bunu əks etdirən fotoşəkil sosial mediada yayılıb.
Hadisənin başvermə səbəbi barədə məlumat verilməyib.
Xatırladaq ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 22 km təşkil edir və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr təşkil edir.
Azərbaycan Respublikasının büdcəsi hesabına inşa olunan Xankəndi-Laçın yolu 2022-ci ildə istifadəyə verilib.
Qeyd edək ki, Qarabağ ermənilərinin axını ilə əlaqədar hazırda Xankəndi-Laçın yolunda böyük tıxac yaranıb.
27-09-2023, 16:50
Qanunvericiliyə uyğun yaşamaq istəyən ermənilər bizim vətəndaşımız sayılacaq


Qanunvericiliyə uyğun yaşamaq istəyən ermənilər bizim vətəndaşımız sayılacaq

Azərbaycan qanunvericiliyinə uyğun şəkildə yaşamaq istəyən erməni sakinlər də bizim vətəndaşımız sayılacaq.
Bunu bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə deyib.
"Digər vətəndaşlarımız kimi bütün xidmətlərdən yararlana biləcəklər", - deyə o, əlavə edib.
Qeyd edək ki, Qarabağın erməni sakinləri Azərbaycan qanunları altında vətəndaşlıq qəbul edərək yaşaya bilərlər. Qarabağın erməni əsilli sakinləri arasında Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edənlərin olduğu da bildirilir.
27-09-2023, 16:09
Şimali Kiprin Prezidenti İlham Əliyevə təşəkkür etdi


Şimali Kiprin Prezidenti İlham Əliyevə təşəkkür etdi

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkür edib.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
O, Türk Dövlətləri Təşkilatının (TDT) növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi qərarına verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Bundan başqa, E.Tatar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprin dünyadakı səsi olduğunu söyləyib: “R.T.Ərdoğan hər zaman bizə dəstək verir. Nə yaxşı ki, güclü lider, güclü Türkiyə var”.
27-09-2023, 16:04
Türkiyə Prezidenti Anım Günüylə bağlı paylaşım etdi


Türkiyə Prezidenti Anım Günüylə bağlı paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir:
“Qarabağın və işğal altındakı Azərbaycan torpaqlarının dastanlara layiq azadlıq mübarizəsinin başlanğıcı olan Anım Günündə bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm. Qarabağ Azərbaycandır!”
27-09-2023, 15:03
Erməni əsilli sakinlər üçün növbəti dəfə yanacaq göndərildi


Erməni əsilli sakinlər üçün növbəti dəfə yanacaq göndərildi

Qarabağda yaşayan erməni əsilli sakinlər üçün Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha bir nəqliyyat vasitəsi göndərilib.
Yanacaq daşıyan avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Qeyd edək ki, yanacaq Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərinin nümayəndələrinin bölgəyə yanacaq göndərilməsi ilə bağlı xahişləri nəzərə alınaraq Azərbaycan mərkəzi hökuməti tərəfindən göndərilib. Ötən gün də Xankəndiyə dizel və Aİ 92 markalı benzin daşıyan avtomobillərin gedişi təmin edilib.
26-09-2023, 22:50
Millimiz UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı


Millimiz UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.
Komanda ikinci oyununda səfərdə Monteneqro yığmasını 1:0 hesabı ilə üstələyib.
Oyunda yeganə qolu 84-cü dəqiqədə Nazlıcan Parlak vurub.
26-09-2023, 22:44
Qarabağdakı ermənilərə yardım bundan sonra da davam edəcək - Hikmət Hacıyev


Qarabağdakı ermənilərə yardım bundan sonra da davam edəcək - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyri-qanuni erməni silahlıllarına qarşı antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan tərəfindən atılan addımlar haqqında paylaşım edib.
Hikmət Hacıyev bu barədə “X” hesabında yazıb.
“İndiyədək Azərbaycanın Qarabağ bölgəsindəki erməni yaşayış məskənlərinə humanitar yardımlar çatdırılıb və bundan sonra da davam etdiriləcək!”, - paylaşımda qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!