ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirir .....                        Ukrayna ordusu Xəzərdə Rusiya platformalarını vurdu .....                        Ötən ay kanalda batan Zaminin meyiti tapıldı .....                        ABŞ-İran danışıqlar sabah baş tutacaq .....                        Küləyə Pıçıldanmış Həqiqət .....                        İmişlidə 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı .....                        Vens İranla danışıqlar üçün Pakistana getdi .....                        Tramp: "İran nüvə silahından imtina edəcəyini deyir" .....                        Agentliyin sabiq sədri açıqladı - “Pullar Talıbova çatırdı” .....                       
3-04-2026, 14:20
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək


Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.
Məsələ Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqını dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bu Qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.
3-04-2026, 14:15
Baş idarə əməliyyat keçirdi - 3 nəfər həbs olundu - VİDEO


Baş idarə əməliyyat keçirdi - 3 nəfər həbs olundu - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr gətirən bir qrup şəxsin cinayət əməlləri ifşa edilib.
Daxili Işlər Nazirliyindən verilən məlumata görə, Astara və Qaradağ rayonlarında keçirilən tədbirlər zamanı əvvəllər qəsdən adam öldürmə, həmçinin oğurluq cinayətlərinə görə məhkum olunan Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar.
Onlardan 43 kq 300 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Hər üç şəxs şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı rayonlardan qazac əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

3-04-2026, 12:37
Sabahdan hava pisləşəcək - yağış, dolu, qar


Sabahdan hava pisləşəcək - yağış, dolu, qar

Azərbaycanda aprelin 4-də intensiv yağış yağacaq, güclü külək əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.
3-04-2026, 11:51
Azərbaycanlı nazir müavinin yarım milyardlıq əmlakı müsadirə olundu


Azərbaycanlı nazir müavinin yarım milyardlıq əmlakı müsadirə olundu

Dağıstanda əslən azərbaycanlı olan sabiq daxili işlər nazirinin müavini Rüfət İsmayılov mühakimə olunub.
Moskva məhkəməsi Baş Prokurorluğun qaldırdığı iddialara cavab olaraq Rüfət İsmayılovun 533 milyon rubl dəyərində əmlakını müsadirə edib.
Onun aktivlərinin ümumi dəyəri 2010-2022-ci illər əldə etdiyi rəsmi gəlirindən (19,6 milyon rubl) və həyat yoldaşının gəlirindən (3,3 milyon rubl) dəfələrlə çox olduğu üzə çıxıb. Prokurorluğun məlumatına görə, İsmayılov (əlaqəli qurumlar vasitəsilə) 8 torpaq sahəsinə, Dərbənd və Mahaçqalada 5 əmlaka, Moskvada bir mənzilə və 6 xarici istehsal avtomobilə sahibdir. 2023-cü ildə Rüfət İsmayılov ümumi məbləği 1,3 milyon rubl olan iki rüşvət epizodunda ittiham olunub.
Onun müavini Dalqat Əbdülqapurov, müstəntiq Əbdül Abakarov və iki iş adamı da cinayət işində ittiham olunur. İsmayılov ittihamları rədd edir və işdə kifayət qədər dəlil olmadığını, həbsdə olduğunu bildirir.
Xatırladaq ki, Rüfət İsmayılov 1975-ci ildə Dağıstanın Dərbənd şəhərində azərbaycanlıların ailəsində doğulub.
3-04-2026, 11:43
Nizami Kino Mərkəzinin divarını yazanlar SAXLANILDI


Nizami Kino Mərkəzinin divarını yazanlar SAXLANILDI

Nizami Kino Mərkəzinin divarına qrafit çəkən şəxslər saxlanılıb.
Qrafit tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B ilə valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.
Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.
3-04-2026, 11:10
Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu


Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu

Nazirlər Kabineti yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında qərar qəbul edib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, ödənişli avtomobil yolunun başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri, son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri müəyyən edilib.
Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri aşağıdakı kimidir:

- ödənişli avtomobil yolunun 1,4-cü kilometri – Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu;

- ödənişli avtomobil yolunun 27-ci kilometri – Füzuli Beynəlxalq Hava Limanının giriş yolu;

- ödənişli avtomobil yolunun 32-ci kilometri – Füzuli şəhərinə giriş yolu;

- ödənişli avtomobil yolunun 32-ci, 47-ci və 67,5-ci kilometrlərində – Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu).

Ödənişli avtomobil yolunun texniki dərəcəsi – I c, hərəkət zolaqlarının sayı: 0–46-cı kilometr hissəsində – 6, 46–81,7-ci kilometr hissəsində – 4, hərəkət zolağının eni – 3,5 metr, yol çiyninin eni: 0–46-cı kilometr hissəsində – 2,5 metr, 46–81,7-ci kilometr

hissəsində – 2 metr, torpaq yatağının eni: 0–46-cı kilometr hissəsində – 29,5 metr, 46–81,7-ci kilometr hissəsində – 21,5 metr, yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr, ayırıcı zolağın eni – 2 metrdir.
Alternativ ödənişsiz avtomobil yolunun marşrutu, uzunluğu və əsas texniki göstəriciləri aşağıdakı kimidir:

- Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu):

- uzunluğu – 101 kilometr;

- texniki dərəcəsi: 0–17-ci kilometr hissəsində – III, 17–101-ci kilometr hissəsində – II;

- hərəkət zolaqlarının sayı – 2;

- hərəkət zolağının eni – 3,5 metr;

- yol çiyninin eni: 0–17-ci kilometr hissəsində – 1,5 metr, 17–101-ci kilometr hissəsində – 2,5 metr;

- torpaq yatağının eni: 0–17-ci kilometr hissəsində – 12 metr, 17–101-ci kilometr hissəsində – 14 metr;

- yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr.

Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla təsdiq etməli, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
3-04-2026, 01:53
Gəncədə 41 yaşlı kişi bıçaqlandı


Gəncədə 41 yaşlı kişi bıçaqlandı

Gəncə şəhərində xəsarətalma hadisəsi baş verib.
Şəhər sakini 1985-ci il təvəllüdlü E.Həsənov bud nahiyəsindən kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib və vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
41 yaşlı kişinin hansı şəraitdə xəsarət alması hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
3-04-2026, 01:02
Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub


Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub

Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 2-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə,
Əvvəlcə MDB-yə üzv ölkələrin müdafiə nazirləri fəxri qarovulun və hərbi orkestrin müşayiəti ilə Moskva şəhərindəki Qələbə abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Nümayəndə heyəti rəhbərlərinin xatirə fotosu çəkdirilib.
Keçirilən məhdud tərkibli iclasda ölkələrimiz arasındakı regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri, həmçinin digər məsələlər müzakirə olunub.
Səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun rusiyalı həmkarı, Andrey Belousov ilə ikitərəfli görüşü də olub.
Görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib.

3-04-2026, 00:51
Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi


Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi

Elvin Cəfərquliyev "FIFA Series - 2026" beynəlxalq turnirinin oyunçularından biri seçilib.
Bu barədə məlumat FIFA Dünya Çempionatının rəsmi sosial media hesabında paylaşılıb.
3-04-2026, 00:00
Salyanda dördotaqlı ev kül oldu


Salyanda dördotaqlı ev kül oldu

Salyanda yanğın hadisəsi baş verib.
Hadisə rayonunun Şəkərli kəndində qeydə alınıb. Belə ki, kənd sakini Şahbazov Təyyar Vəlixan oğluna məxsus dörd otaqlı fərdi yaşayış evində anidən yanğın başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülərək alovun ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, 150 kv.m sahəsi olan ev yararsız hala düşüb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!