30-01-2023, 06:26
Səfirliyin bağlanması Təbrizdəki konsulluğun fəaliyyətinə şamil olunmur“Əlbəttə, bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.” Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. "Eyni zamanda nəzərə alaq ki, bizim bir çox vətəndaşlarımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”, - nazir müavini bildirib.
29-01-2023, 23:06
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırdıAzərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırıb. Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. "Səfirliyin inzibati binasının və əmlakının qorunması üçün əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər", - deyə XİN başçısının müavini qeyd edib.
29-01-2023, 22:56
Qəbələ rayonunda kişi skeleti aşkarlandıBugün günorta saatlarında Qəbələ rayonu Nohurqışlaq kəndinin dağlıq ərazisində kişi skeleti aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Həmin şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.
29-01-2023, 22:54
İran zəlzələdən zərər çəkən həmvətənlərimizə sahib çıxmırİran hakimiyyəti zəlzələdən zərər çəkən azərbaycanlılara sahib çıxmır. Bu barədə “Azad İran” teleqram kanalında məlumat yayılıb. Zəlzələdən zərərçəkənlər şaxtalı havada küçədə qalıblar. Qeyd edək ki, dünən Güney Azərbaycanın Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ən azı iki nəfər ölüb, daha 440 nəfər xəsarət alıb, çoxlu sayda evlər dağılıb. Zəlzələnin təsiri qonşu kəndlərdə də hiss olunub.
29-01-2023, 22:27
Prezident xanımı ilə MacarıstandaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.
29-01-2023, 17:29
Prezident Macarıstana rəsmi səfərə getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.
29-01-2023, 17:18
Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçirildiDövlət İmtahan Mərkəzi (DİM) yanvarın 29-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçirilib. Bu barədə DİM-dən bildirilib. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanın idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb. Sınaq imtahanı ilə bağlı DİM-də operativ qərargah da fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub. İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.
29-01-2023, 15:46
Sabaha olan hava
proqnozuAzərbaycanda yanvarın 30-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 30-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
29-01-2023, 11:49
Həkimlər vaqnerçilərin müalicəsindən imtina etdilərLuqansk vilayətinin Yubileynoe qəsəbəsindəki hospitala 300-ə yaxın vaqnerçi gətirilib, lakin həkimlər onları müalicə etməkdən imtina ediblər.
Butov.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, gətirilənlərin əksəriyyəti QİÇS, sifilis, vərəm və pnevmoniya olduqları üçün həkimlər onlara tibbi yardım göstərməkdən imtina ediblər.
29-01-2023, 10:34
NATO kursunu bitirən ilk qadın hərbçimizAzərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Samirə Kərimzadə NATO-nun İtaliyanın paytaxtı Romadakı Müdafiə Kollecinin yüksəkixtisaslı kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçudur:
Bu barədə
Butov.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Ötən il avqustun 16-dan bu il yanvarın 27-dək davam edən kursda təkcə NATO-ya üzv dövlətlərin deyil, həm də alyansın tərəfdaşı olan ölkələrin hərbi qulluqçuları iştirak ediblər. Zabitlərin hazırlanmasına və təliminə yönələn kurs müddətində ölkələrin silahlı qüvvələrinin, mədəniyyətinin, ənənələrinin və milli mətbəxinin təqdimatları da olub.
Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının yüksək səviyyədə olmasının göstəricisidir.
Qeyd edək ki, NATO Müdafiə Kolleci ilə Azərbaycan artıq uzun illərdir əməkdaşlıq edir. Bu kollecdə kurs keçən zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.