Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini vəfat etdi .....                        Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər .....                        Ceyhun Bayramov Fidana zəng etdi .....                        Ərdoğan Kobaxidze ilə danışıqlar apardı .....                        Türkiyədə helikopter qəzaya uğradı .....                        Mərkəzi Asiya ikinci Fars körfəzinə çevrilə bilər .....                        Ermənistan anklavları Azərbaycana təhvil verir? .....                        Abşeron kanalında balıqlar tələf oldu .....                        Suraxanıda bina yandı - ÖLƏN VAR .....                       
2-04-2024, 18:06
İran Baş prokurorunun müavini Bakıya işgüzar səfərə gəldi - FOTO


İran Baş prokurorunun müavini Bakıya işgüzar səfərə gəldi - FOTO

İran İslam Respublikası Baş prokurorunun ədliyyə, ictimai hüquq və cinayətlərin qarşısının alınması üzrə müavini Qolam Abbas Torkinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.
Baş Prokurorluqdan verilən xəbərə görə, aprelin 2-də nümayəndə heyətini qəbul edən Baş prokuror Kamran Əliyev ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində dövlətlərarası əlaqələrimizin bir çox sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb. Azərbaycan və İran prokurorluqları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edən Baş prokuror ikitərəfli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Kamran Əliyev ötən ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını törətmiş şəxsin müvafiq cəzaya məhkum edilməsi ilə bağlı İranın hüquq mühafizə orqanlarının obyektiv qərarının təqdirəlayiq olduğunu bildirib.
Qolam Abbas Torki qonaqpərvirliyə və qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbəsi, həmçinin 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızın azad olunması münasibətilə təbriklərini ifadə edib.
Baş prokurorun müavini ölkəmizdə keçirilən Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşünün Azərbaycanın ekoloji problemlərin həllinə verdiyi önəmin bariz nümunəsi olduğunu vurğulayıb.
Kamran Əliyev təbriklərə görə təşəkkürünü bildirərək dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işlərinin aparıldığını qeyd edib.
Baş prokuror həmçinin, dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.
Hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, humanitar və digər məsələlər barədə səmərəli fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi iştirak edib.



2-04-2024, 17:51
Azərbaycan pəhləvanı dünya rekorduna imza atdı


Azərbaycan pəhləvanı dünya rekorduna imza atdı

Azərbaycan pəhləvanı Vüsal Cavadov dünya rekordunu qırıb.
O, bunun üçün müxtəlif hərəkətlərdə gücünü sınayıb.
İdmançı ilk olaraq şüşə qırıntıları üzərinə çıxaraq bıçaqdan asılı olan 33 kiloqram ağırlığında çəki daşlarını qaldırıb. Sonra pəhləvan ağzında iti bıçağın kəsici tərəfi ilə avtomobili dartıb. Bununla da V.Cavadov yeni dünya rekorduna imza atıb.
“Ginnes” rekordçuları və Dünya Rekordlar Federasiyasının nümayəndələri prosesi qeydə aldıqdan sonra təsdiqləyiblər.
2-04-2024, 17:44
Azyaşlı övladını boğaraq öldürən şəxslə bağlı məhkəmə qərar verdi


Azyaşlı övladını boğaraq öldürən şəxslə bağlı məhkəmə qərar verdi

Sumqayıtda azyaşlı övladını dənizdə boğaraq öldürməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Bu gün Sumqayıt şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Yeşil Ahmet Turanın barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə Bakı şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun məlumatına görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
2-04-2024, 17:28
Azyaşlı qızını amansızlıqla qətlə yetirən ata danışdı: “Psixoloji sıxıntılarım var idi” - VİDEO


Azyaşlı qızını amansızlıqla qətlə yetirən ata danışdı: “Psixoloji sıxıntılarım var idi” - VİDEO

Sumqayıtda 1 yaş 4 aylıq qızını dənizdə boğaraq qətlə yetirməkdə ittiham olunan Ahmet Turan Yeşil danışıb.
O, Baku TV-yə açıqlamasında psixoloji problemləri olduğunu bildirib.
“Psixoloji sıxıntılarım, problemlərim var idi. Maddi problemlərim vardı”, - o deyib.
Qeyd edək ki, martın 31-i Sumqayıtda azyaşlı Zeyneb Yeşilin dəniz sahilində meyiti tapılıb. Onun qətlə yetirilməsi məlum olub və atası 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşil şübhəli şəxs qismində tutulub.

2-04-2024, 17:03
Azərbaycanda tutulan casus qadın İranda da həbs olunub


Azərbaycanda tutulan casus qadın İranda da həbs olunub

Azərbaycanda dövlətə xəyanətə görə tutulan Validə Yusifova barədə toplanmış materiallar Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Validə Yusifova bundan əvvəl İranda 1 il həbsdə qalıb.
O, 2023-cü ilin yanvar ayında Türkiyədən İrana getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və uzun müddət Evin həbsxanasında qalıb, iyulun 16-da isə bu həbsxanadan Astara həbsxanasına köçürülüb.
31 yaşlı Validə Yusifova həbs olunan zamanı sənədlərin tam olmamasında ittiham olunub. Bu ittiham tezliklə dəyişdirilib və müstəntiqlər ona qarşı narkotik ittihamı irəli sürüb.
2023-cü ilin iyununda Tehran İnqilab Məhkəməsində Validə Yusifovanın işi üzrə iclas keçirilib. Hakim Validə Yusifovanın narkotiklə bağlı ittihamlarına bəraət qazandırıb və onu casusluqda ittiham edib.
Validə Yusifova 27 iyul 2023-cü il axşamı azad edilib. Həmin gün İslam Respublikasının ədliyyə məmurları onu Azərbaycan sərhədçilərinə təhvil verib.
2-04-2024, 16:54
Muxtar Babayev konqolu nazirlə COP29-un hazırlıq tədbirlərindən danışdı


Muxtar Babayev konqolu nazirlə COP29-un hazırlıq tədbirlərindən danışdı

Konqo Demokratik Respublikasının ətraf mühit, davamlı inkişaf və hövzə üzrə naziri xanım Arlette Soudan Nonault ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
2-04-2024, 16:47
Zakir Həsənov Haluk Görgünlə görüşdü


Zakir Həsənov Haluk Görgünlə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin iki qardaş ölkənin ordularının müdafiə qüdrətini daha da artıracağına əminliyini ifadə edib.
Cənab H.Görgün öz növbəsində göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib, dövlət başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud olan ikitərəfli hərbi əməkdaşlığın hazırki vəziyyətindən məmnunluq ifadə olunub, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı qeyd edilib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcının və bu ölkənin aparıcı hərbi sənayə şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
2-04-2024, 16:35
Tərtərdə 3 nəfər minaya düşdü


Tərtərdə 3 nəfər minaya düşdü

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki,1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!
2-04-2024, 16:17
Taksi fəaliyyəti üçün bu sənədlər tələb olunur


Taksi fəaliyyəti üçün bu sənədlər tələb olunur

Taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin alınması üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) //e-xidmet.ayna.gov.az/ portalı üzərində elektron qaydada müraciət etməlidirlər. E-xidmətə VÖEN-ə bağlı gücləndirilmiş elektron imza (SİMA, ASAN imza və s.) ilə daxil olmaq mümkündür.
İcazənin alınması üçün AYNA-ya ərizə təqdim edilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

1. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (EHİS-dən inteqrasiya edilir);

2. Ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti (EHİS-dən inteqrasiya edilir);

3. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti (EHİS-dən inteqrasiya edilir);

4. Sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələri (EHİS-dən inteqrasiya edilir);

5. Hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələri (EHİS-dən inteqrasiya edilir);

6. Taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

7. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri;

8. Taksi minik avtomobillərində taksometrin (taksometr funksiyalarının proqram təminatı əsasında həyata keçirildiyi hallar istisna olmaqla) metroloji yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə;

9. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat;

10. «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).

«Dövlət rüsumu haqqında» Qanuna əsasən, buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
Buraxılış vəsiqəsini aldıqdan sonra hüquqi və ya fiziki şəxslər sistemə daxil olaraq, heç bir əlavə sənəd yükləmədən mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduqları nəqliyyat vasitələrinə icazənin əlavəsi olan buraxılış kartı üçün müraciət edə bilərlər.
Buraxılış vəsiqəsinin alınması üçün sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.
2-04-2024, 15:54
Xankəndidə pianonun içindən qumbara aşkarlandı - FOTO


Xankəndidə pianonun içindən qumbara aşkarlandı - FOTO

Xankəndidə pianonun içində ermənilər tərəfindən qoyulmuş qumbara aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
“Xankəndi şəhərində elə bir mülki obyekt yoxdur ki, döyüş ləvazimatı-silah aşkarlanmasın. Dünən şəhər ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlifçaplı patron və digər sursatlar tapılıb”, - məlumatda bildirilib.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!