Laçında möhtəşəm atəşfəşanlıq .....                        İstanbuldan Azərbaycanın iki şəhərinə birbaşa uça biləcəyik .....                        İstanbuldan Azərbaycanın iki şəhərinə birbaşa uça biləcəyik .....                        Kurtulmuş yenidən sədr seçildi .....                        Atambayev barədə həbs qərarı verildi .....                        Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşdü .....                        Deputat parlamentdə özünün çılpaq fotosunu göstərdi .....                        Onlar Vardanyanın məhkəməsində ifadə verdilər .....                        Daha iki tiktoker azadlığa buraxıldı .....                       
Tarix : 25-12-2015, 12:55
Nazir qalmaqallı diplomatlardan danışdı: “Əqidəsinə xilaf çıxanlar…”


Xarici İşlər Naziri Elmar Məmmədyarov 2015-ci ildə nazirlik sıralarından uzaqlaşdırılan və könüllü şəkildə xaricdə qalan diplomatlarla bağlı qalmaqallara aydınlıq gətirib.


Butov.az AzNews.az-a istinadən xəbər verir ki, nazir peşə fəaliyyətində ciddi qüsurlara yol verən, xidmətə yaramayan və əqidəsinə xilaf çıxan əməkdaşların olmasını istisna etməyib.

“Digər dövlət qurumlarında olduğu kimi, Xarici İşlər Nazirliyində də peşə fəaliyyətində ciddi qüsurlara yol verən, xidmətə yaramayan və əqidəsinə xilaf çıxan əməkdaşların olması istisna deyil. Bu kimi faktlar müəyyən edildiyi halda, müvafiq araşdırma aparılaraq, işdən xaric etmək də daxil olmaqla, ciddi intizam tədbirləri görülür. Əməkdaş tərəfindən hər hansı bir xidməti nöqsana yol verildiyi halda, Diplomatik xidmət haqqında qanunun tələblərinə uyğun olaraq, kompleks yanaşma tətbiq edilir. Onun dövlətə və xalqa sadiqliyi, qüsursuz xidməti fəaliyyəti, əqidəsi, peşəkarlığı, xidmətə uyğunluğu və sair bu kimi amillər nəzərə alınaraq, qərar qəbul edilir. Xidmətdən azad edilmiş hər hansı şəxs özünün və ailəsinin yaşayış yerini seçməkdə sərbəstdir.

Qanunun tələblərinə uyğun olaraq, belə intizam tədbirləri həmişə olub və bundan sonra da davam etdiriləcək.

Amma burada əmək müqaviləsinə xitam verilmiş bir neçə şəxsdən söhbət getdiyi halda, bəzi qərəzli internet media orqanlarının məsələni qəsdən şişirtməsi, vicdan və ləyaqətlə ölkəmizə xidmət edən bütün Xarici İşlər Nazirliyi sistemi əməkdaşlarına şamil edilməsi və ya qarayaxma cəhdləri yolverilməzdir”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!