EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ .....                        ABŞ-İran müharibəsinə hazırlıq gedir? .....                        TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək .....                        Qalatasaray Yuventusu darmadağın etdi .....                        Çox ölkədə Ramazan sabah başlayır .....                        Bakıda torpaq sürüşməsi baş verib - VİDEO .....                        Cenevrədə danışıqların birinci günü başa çatıb .....                        İranla ABŞ barışır .....                        Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub .....                       
Tarix : 17-01-2017, 20:35
Ərzurumda “erməni soyqırımı” böhtanlarını puça çıxaran kitab çap edilib

Türkiyənin Ərzurum şəhərindəki Atatürk adına universitetin nəşriyyatı “erməni soyqırımı” iddialarını ifşa edən kitab çap edib. Butov.az xəbər verir ki, APA-nın Türkiyə bürosunun məlumatına görə, 2 cilddən ibarət 1600 səhifəlik kitaba Atatürk universitetinin 6-8 may 2015-ci ildə təşkil etdiyi “Türk-erməni münasibətləri və böyük qüvvələr” mövzundakı II beynəlxalq simpoziumun məruzələrinin mətnləri daxil edilib. İki cildlikdə Türkiyə, Azərbaycan, Şərqi Avropa, AB ölkələri və ABŞ-dan 110 mütəxəssis alimin məqaləsi öz əksini tapıb. Kitabın ön sözündə Atatürk universitetinin rektoru professor Hikmət Koçak diqqəti bu nöqtəyə cəlb edərək yazıb: “Ciddi əməyin məhsulu olan “Sevk ve İskan Kanununun 100 yılında II Uluslararası Türk-Ermeni İlişkileri ve Büyük Güçler” mövzusundakı simpoziumun məruzələrinin daxil edildiyi bu kitabın təkcə bu günün deyil, gələcək nəsillərin də faydalanacağı bir mənbə olacağına inamım tamdır”.

Kitaba ön sözündə Ankaradakı Avrasiya Analizləri Mərkəzinin (AVİM) fəxri sədri, istefada olan səfir Ömər Lütəm erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsində Türkiyənin roluna toxunub: “Türkiyə isə Qarabağ və digər işğal edilmiş Azərbaycan torpaqları məsələsində hər fürsətdə və hər yerdə Azərbaycanı dəstəkləməkdədir. Türkiyənin Azərbaycanla xüsusi münasibətləri olduğuna görə, başqa siyasət güdməsi mümkün deyil. Türkiyə öz strateji planlarında da Azərbaycana arxa çıxmalıdır. Unudulmamalıdır ki, Azərbaycan Qafqazın yüksələn ulduzudur”, - deyə istefada olan səfir Ömər Lütəm vurğulayıb.

Atatürk universitetinin çıxardığı kitab satışa verilməyərək kitabda məqaləsi olan müəlliflərə, elmi-araşdırma qurumlarına və bəzi kitabxanalara göndərilib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!