Ramazanın 10-cu günü: Dua, imsak və iftar vaxtı .....                        Big Ben-ə çıxan fəal həbs edildi .....                        Suriyada qaz elektrik stansiyasında növbəti qarşıdurma .....                        Kolumbiyada torpaq sürüşməsi - Ölən var .....                        Kolumbiyada torpaq sürüşməsi - Ölən var .....                        İsraildən Qəzzaya növbəti zərbələr .....                        Ağ Ev yaxınlığında atışma .....                        ABŞ Ukraynaya yardımı bərpa etməyəcək - İDDİA .....                        DİN-dən xəbərdarlıq - Təhlükəli sahələrə daxil olmayın! .....                       
Tarix : 19-05-2016, 17:11
Azərbaycanda 1500-ə yaxın məscid axundsuz qalıb



Azərbaycanda 1500-ə yaxın məscidin imam və axundu yoxdur.

Bunu QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 2100-ə yaxın məscid mövcuddur. Lakin onların təxminən 600-ə yaxını rəsmi qeydiyyatdan keçib və imam, axundlarla təmin olunublar: "Amma 1500-ə yaxın məscid yenə də boş, yəni imamsız, axundsuz qalıb. Bu da müəyyən xoşagəlməyən halların meydana çıxmasına səbəb olur. Yəni dini ixtisas cəhətdən axsayan adamlar bəzən həmin məscidlərdə imamlıq, yaxud axundluq etməyə başlayırlar. Bu da islama ziyandır".

S.Həsənli bildirib ki, xaricdə dini təhsil alıb gələnlər həmin məscidlərə sərbəst şəkildə yiyələnirlər.

Onun fikrincə, belə halların olmaması üçün Bakı İslam Universitetinə ayrılan plan yerlərinin sayı artırılmalı və bu məktəbin məzunlarına verdiyi diplom tanınmalıdır.

QMİ sədrinin müavini əlavə edib ki, bu il hökumətdən universitet üçün daha çox plan yeri istənilsə də, cəmi 125 plan yerinin ayrılmasına qərar verilib: "Biz əslində daha çox yer istəyirdik. Çünki ehtiyac çoxdur. 1500 məscisdimiz boşdursa, xaricdə oxuyub gələnlər və sairlər ölkəyə gələrək məscidlərə sərbəst şəkildə yiyələnirlər. Çünki Allah Evidir, əgər bura hər hansı iş adamı və ya kollektiv tərəfindən tikilibsə, o, işləməlidir, Allah Evi bağlı qala bilməz. Bəs, kimin hesabına? Biz tələb olunan sayda kadr verə bilmirik. Təklif etdiyimiz kadrların da diplomları tanınmadıqlarına görə onlar işə qəbul oluna bilmirlər".


Trend.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!