İki azərbaycanlı ailə Rusiyadan deportasiya edildi .....                        Leyla Əliyevanın doğum günüdür .....                        “Kurtlar Vadisi”nin aktyoru vəfat etdi .....                        Masazırda yanğın söndürüldü - YENİLƏNİB .....                        Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib - Prezident .....                        Kanalda batan yeniyetmənin meyiti tapıldı .....                        Daha bir azərbaycanlı həbs edildi .....                        Azərbaycan və Özbəkistan liderləri “Sea Breeze”də - FOTO .....                        Rusiyaya cavab verilmədiyi iddiaları əsassızdır .....                       
Tarix : 31-05-2016, 13:23
Sabahdan 1334 adda dərman yeni qiymətl satılacaq


Azərbaycanda dövlət qeydiyyatına alınmış 10 mindən çox dərman vasitəsindən indiyədək 7075-nin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib.

Butov.az xəbər verir ki, Tarif (qiymət) Şurasından Modern.az saytına verilən məlumata əsasən, bunlardan 5741-i apteklərdə artıq təsdiq edilmiş qiymətlərlə satılır.

Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.

Beləliklə, sabahdan etibarən qiymətləri tənzimlənmiş 7075 dərman vasitəsinin hamısı ölkə ərazisində bütün apteklərdə təsdiq edilmiş qiymətlərlə satılmalıdır.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qiymətləri təsdiq edilmiş dərman vasitələrinin, qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilmişdir. Bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir.

Qeyd olunanları nəzərə alaraq, istehlakçılara qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!