İngiltərə Superkubokunun qalibi bəlli o odu .....                        Zəlzələdən sonra 4 nəfər dağıntılar altından çıxarıldı .....                        Zəlzələdən sonra 10 bina çökdü .....                        Pezeşkiandan Zəngəzur açıqlaması: məsələ şişirdilir .....                        Ərdoğandan zəlzələ ilə bağlı paylaşım .....                        Dəniz daha bir can aldı .....                        Türkiyədə güclü zəlzələ - Son durum AÇIQLANDI .....                        Türkiyədə güclü zəlzələ .....                        Pezeşkian məcburi hicabdan danışdı .....                       
Tarix : 14-11-2016, 11:22
Səyyar ASAN xidmət Astara, İmişli, Qazax və Sumqayıtda

Səyyar ASAN xidmət 14 noyabr-13 dekabr tarixlərində Astarada, 14-28 noyabr tarixlərində isə İmişli, Qazax və Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Butov.az xəbər verir ki, ASAN-dan Trend-ə verilən məlumata görə, bundan başqa, Səyyar ASAN xidmət avtobusları 24 oktyabr-22 noyabr Qubada, 7-16 noyabr Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 7-21 noyabr Naftalanda, 7 noyabr-6 dekabr tarixlərində Şamaxı və Yevlaxda vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!