Tramp 350 demişdi, Zelenski 100 deyir .....                        Lavrov Türkiyədə .....                        Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ .....                        BDU tələbələrinin nəzərinə! - Sabah dərslər... .....                        “Mançester Siti” öz meydanında məğlub oldu .....                        Bakıda taksi qiymətləri kəskin artıb .....                        Kansler məğlub olduğunu etiraf etdi .....                        Sabah universitetlərdə dərslər onlayn olacaq .....                        Almaniya seçkiləri: ilkin nəticələr məlum oldu .....                       
Tarix : 9-05-2017, 08:38
Vaqif Əsədov: “Bakıda bizi narahat edən statistika piyada vurulması ilə bağlıdır”

“Bakıda bizi narahat edən statistika piyada vurulması ilə bağlıdır”.
Butov.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Ölkə.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda yol polisi tərəfindən bu məsələ diqqətdə saxlanılır.

“Piyadaların vurulması ilə nəticələnən yol qəza hadisələrinin sayı artıb. Vaxtı ilə piyada vurulmaları 50 faizə qədər idisə, indi bu tipli qəzalar 60 faizdən çoxdur. Bu da ciddi narahatçılıq törədir. Artıq bu gün piyada-sürücü münasibətləri əsas məsələlərdən olmalıdır. Bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün hər kəs bilik və bacarığını əsirgəməməlidir. Bu gün piyadaların təhlükəsizliyinin təmin edilməsilə bağlı 100-ə yaxın piyada keçidi istifadəyə verilib. Bundan əlavə, bu istiqamətdə xeyli sayda piyada keçidləri tikilməkdədir. Yəni piyadaların da təhlükəsizliyi nəzarət altındadır”, - deyə V. Əsədov bildirib.

Palkovnik əlavə edib ki, ilin əvvəlindən bu günə qədər Bakı şəhərində 40 minə yaxın piyada yol polisi tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Bunun nəticəsində hadisələr də qismən azalıb. Vaqif Əsədov bu istiqamətdə görüləcək işlərdə KİV nümayəndələrindən də kömək istəməyi unutmadı:

“Yaxşı olar ki, piyadalar arasında təbliğat işlərinin aparılmasında jurnalistlər də bizə dəstək versinlər. Bu zaman müsbət nəticələr əldə etmək olar. Bəzilərinin tənbəl olması, bəzilərinin harasa tələsməsi, kiminin guya görmədən hərəkət etməyi və s. amillər belə xətalar törətməklə nəticələnir”.

Bundan başqa, V.Əsədov söhbət zamanı əvvəllər özü də yol qaydalarını pozduğunu etiraf etdi:

“Əgər vaxtı ilə yol polisi olmağımla qürrələnib, müəyyən xəta törədirdimsə, məsələn kəmər vurmurdumsa, lazımsız yerə sürət artırırdımsa, indi o qədər texniki vasitələr var, ona görə, belə etmirəm. İndi fəaliyyətimizə, hərəkətlərimizə ciddi nəzarət edirlər. O qədər ciddi nizam-intizam var ki, artıq mən öz hərəkətimə diqqət edirəm. Bunlar o deməkdir ki, kimliyindən asılı olmayaraq, hər kim qayda pozursa, mütləq inzibati qaydada cəzalandırılır. Ümumiyyətlə yol polisi əməkdaşlarının qazandığı bu kimi nəaliyyətlər rəhbərliyimizin biz polis əməkdaşlarına olan diqqəti, qayğısı və tələbkarlığıdır”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!