DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                       
30-04-2023, 15:30
Bu gün 48 mindən çox şagird imtahan verdi


Bu gün 48 mindən çox şagird imtahan verdi

Bakı şəhərinin Xəzər, Nizami, Pirallahı rayonlarında, Naxçıvan MR-də, Mingəçevir, Naftalan, Sumqayıt (II hissə), Şirvan, Yevlax şəhərlərində, Abşeron (II hissə), Ağstafa, Balakən, Bərdə, Cəlilabad (II hissə), Goranboy, Göyçay (II hissə), Xaçmaz (II hissə), İsmayıllı, Qax, Qazax, Quba (II hissə), Lerik, Masallı (II hissə), Salyan, Şamaxı, Tərtər, Ucar və Zaqatala rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Bu gün həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrinin nəzdində yerləşən məktəblər), eləcə də tədris ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirilib. Çilov adasında yerləşən məktəbə isə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 208 imtahan binası, 3664 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 600 imtahan rəhbəri və ümumi rəhbər, 4533 nəzarətçi-müəllim, 669 buraxılış rejimi əməkdaşı (mühafizə), 208 bina nümayəndəsi ayrılıb. İmtahanda 48065 şagirdin iştirakı gözlənilirdi. İmtahanda 15 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün surdopedaqoqlar təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı, 2 nəfər isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Bundan əlavə, Şirvan şəhərində 1 nəfər kənar şəxs (11-ci sinif şagirdi) pəncərədən imtahan binalarının birinə daxil olmağa cəhd edib və bunun qarşısı alınıb. Bütün qeyd olunan hallarla bağlı araşdırma aparılır. Mayın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 1 ay ərzində elan olunması nəzərdə tutulur.

30-04-2023, 15:00
Ukrayna “Baykar” ilə 3 illik müqavilə imzaladı


Ukrayna “Baykar” ilə 3 illik müqavilə imzaladı

Ukrayna Türkiyənin pilotsuz uçuş aparatı istehsalçısı "Baykar" ilə 3 müqavilə imzalayıb. Bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin açıqlayıb. Onun sözlərinə görə, İstanbulda keçirilən Teknofest 2023 beynəlxalq aviasiya texnikası sərgisi çərçivəsində razılıq əldə olunub.
30-04-2023, 14:30
Rusiya Federasiyası ilə müharibə torta bənzəyir - Zelenski


Rusiya Federasiyası ilə müharibə torta bənzəyir - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya ilə müharibəni bir dəfəyə yeyilə bilməyən böyük tortla müqayisə edib. O, belə bir müqayisəni ukraynalı jurnalist Dmitri Komarovla xüsusi layihə üçün müsahibəsində aparıb. "Rusiya Federasiyası ilə müharibə torta bənzəyir. Siz bütöv tortu bir dəfəyə yeyə bilməyəcəksiniz - ağzınızı cıracaqsınız, həcm baxımından. Rusiyada həcminə görə böyük bir ölkədir", - Zelenski deyib. "Ona görə də müharibə parçalara bölünməlidir. Və bunlar bir-birinin ardınca qələbələrdir. Bəzən paralel olur, lakin əksər hallarda ardıcıldır", - Ukrayna prezidenti bildirib.

30-04-2023, 14:00
Sabahın hava proqnozu - Yağış yağacağı gözlənilir


Sabahın hava proqnozu - Yağış yağacağı gözlənilir

Azərbaycanda mayın 1-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 18-23° isti, dağlarda gecə 2-6°, gündüz 6-9° isti olacağı bildirilir.
30-04-2023, 13:30
Türkiyədə hərbiçi daşıyan avtobus aşdı - 45 nəfər xəsarət aldı


Türkiyədə hərbiçi daşıyan avtobus aşdı - 45 nəfər xəsarət aldı

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Şırnak vilayətində baş verib. Belə ki, hərbçiləri daşıyan avtobus aşıb. Hadisə nəticəsində 2 əsgər həlak olub, daha 45 sərnişin isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Hadisənin səbəbləri araşdırılır.
30-04-2023, 13:00
“Formula 2” üzrə sprint yarışı başa çatdı


“Formula 2” üzrə sprint yarışı başa çatdı

Bakıda "Formula 2" üzrə əsas sprint yarışı başa çatıb. "Prema Racing" komandasının klubu Oliver Bearman bütün rəqiblərini geridə qoyaraq qalib gəlib. "Rodin Carlin"dən Enzo Fittipaldi ikinci, "Art Grand Prix"dən Teo Purşer üçüncü olub.
30-04-2023, 12:30
Zelenski: “Mənim özümün də silahım var, mən atəş edə bilirəm”


Zelenski: “Mənim özümün də silahım var, mən atəş edə bilirəm”

Ukrayna prezidenti Volodimir Zelenski hər zaman yanında tapança gəzdirdiyini açıqlayıb. Bunu “The World Inside Out” kanalına müsahibəsində deyib. Zelenski bildirib ki, o, silahdan istifadə etməyi bacarır. “Bankovada (Ukrayna Prezidentinin və digər dövlət qurumlarının yerləşdiyi küçə - red.) müxtəlif nöqtələrdə silah, patron olan qutularımız var. Mənim özümün də silahım var, mən atəş edə bilirəm”, - Ukrayna lideri qeyd edib.
30-04-2023, 12:00
ADNA-da baş verən terrordan 14 il ötür


ADNA-da baş verən terrordan 14 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 14 il ötür. 2009-cu ilin 30 aprel tarixində ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov sonuncu mərtəbəyə qədər qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açıb. Güllə 25 nəfərə tuş gəlib. Onlardan 13-nün həyatını xilas etmək mümkün olsa da, 12 nəfər dünyasını dəyişib. Fərda Qədirov sonda özünü güllələyib. Onun üzərindən "Makarov" tipli tapança, hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrontaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar insanları əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.
30-04-2023, 11:30
Ermənilərin özbaşınalığını göstərən videogörüntülər yayıldı


Ermənilərin özbaşınalığını göstərən videogörüntülər yayıldı

Ermənistan ordusundakı özbaşınalığı əks etdirən videogörüntülər yayılıb. Videogörüntülərdə Ermənistan ordusunun mövqelərinin birində baş verən nizam-intizamsızlıq qeydə alınıb. Görüntülərdən erməni əsgərləri arasında mühabisənin düşdüyü görünür. Əl-qol hərəkətləri ilə bir-birini itələyən iki əsgəri kənardan silah yoldaşları izləyir. Sonda davada iştirak edən erməni əsgərlərindən biri oradan uzaqlaşır. Göründüyü kimi, Ermənistan ordusundakı özbaşınalığı, nizam-intizamsızlığı Azərbaycana qara yaxmaqla ört-basdır etmək istəyir. Lakin faktlar bunun əksini söyləyir və göstərir. Ermənistan Müdafiə Nazirliyinin həqiqətə uyğun olmayan xəbərlər yaymağı adət halına çevirdiyi hamıya bəlli olan faktdır. Xüsusən 44 günlük Qarabağ müharibəsində bunun bariz nümunələrinin şahidi olduq. Lakin düşmən müharibədən sonra da biabırçı adətindən əl çəkmir. Belə ki, Ermənistan Müdafiə Nazirliyi aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə məlumat yayıb. Azərbaycanın Müdafiə Nazirliyi həmin məlumatı qəti surətdə təkzib edirək bəyan edib ki, bu, Ermənistanın növbəti dezinformasiyadır. Nazirlik Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlərin ciddi problem olaraq qaldığına diqqət çəkib.
30-04-2023, 11:00
Paşinyan Blinkenlə telefonda bir sıra məsələləri müzakirə etdi


Paşinyan Blinkenlə telefonda bir sıra məsələləri müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Telefon danışığı zamanı regionda yaranmış hərbi-siyasi və humanitar vəziyyət müzakirə olunub. Bundan əlavə, Ermənistan-Azərbaycan danışıqlar prosesi, o cümlədən Vaşinqtonda keçiriləcək müzakirələr ətrafında da fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!