DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                       
2-05-2023, 18:00
İsrail raket atəşinə tutuldu


İsrail raket atəşinə tutuldu

İsrailin cənubuna 20-dən çox raket atılıb. Sderot və Qəzza ilə həmsərhəd yaşayış məntəqələrinə raket zərbələri endirib. Bildirilib ki, nəticədə 3 nəfər yaralanıb. Biri ağır, iki nəfər isə orta dərəcəli xəsarətlərlə Aşkelondakı Barzilay xəstəxanasına aparılıb. Hadisə ilə bağlı Müdafiə Nazirliyində əməliyyat müşavirəsi keçirilib.
2-05-2023, 15:00
Gürcüstanda silahlı insident qeydə alınıb


Gürcüstanda silahlı insident qeydə alınıb

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində naməlum şəxslər avtomobillə yaxınlaşaraq bir nəfəri güllələyiblər. Bu barədə "Sputnik Georgia" məlumat yayıb. İlkin məlumatlara görə, Pirosmani küçəsində baş verən hadisə zamanı ümumilikdə 3 güllə atılıb. Bundan sonra avtomobil avtobusa çırpılıb və daha sonra hadisə yerindən uzaqlaşıb. Qeyd olunub ki, yaralı xəstəxanaya çatdırılıb, polis hadisə yerindədir. Səbəblər araşdırılır.
2-05-2023, 14:30
Vaşinqton görüşünə Kremldən reaksiya


Vaşinqton görüşünə Kremldən reaksiya

Kreml Azərbaycan və Ermənistan XİN başçıları arasında ABŞ-da keçirilən görüşə münasibət bildirib. Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında danışıb. "Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar istisna olmaqla, problemin nizamlanması üçün başqa hüquqi əsaslar yoxdur. İrəvanla Bakı arasında vəziyyətin nizamlanmasına yardımı alqışlamaq olar, ancaq yuxarıda qeyd olunan razılaşmalar əsasında", - Kreml rəsmisi əlavə edib. Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Blinken əvvəlcə Ararat Mirzoyan, sonra Ceyhun Bayramovla görüşüb, ardınca üçtərəfli görüş keçirilib. Görüşlər zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub.
2-05-2023, 14:00
İsrailin XİN rəhbəri Avropa Parlamentinin prezidenti ilə görüşdü


İsrailin XİN rəhbəri Avropa Parlamentinin prezidenti ilə görüşdü

İsrailin xarici işlər naziri Eli Kohen Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə görüşüb. Kohen bu barədə twitter səhifəsində yazıb. Bildirilib ki, görüşdə İrana qarşı iqtisadi və siyasi sanksiyaların genişləndirilməsi vurğulanıb. İranın nüvə enerjisinə qarşı qətiyyətli mübarizənin təşviq edilməsi yolları müzakirə edilib. "SEPAH-ın terror təşkilatları siyahısına əlavə etməyi də müzakirə etdik", - deyə Kohen qeyd edib.
2-05-2023, 13:30
Hikmət Hacıyev NATO generalı ilə görüşdü


Hikmət Hacıyev NATO generalı ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb. Onlar Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
2-05-2023, 13:00
Xudavəng monastrındakı erməni keşişlər oranı tərk etməlidir - Komitə sədri


Xudavəng monastrındakı erməni keşişlər oranı tərk etməlidir - Komitə sədri

"Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, səbəb onların monastra aidiyyətlərinin olmamasıdır: "Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yoluna qoyulacaq. Ermənilərin ora aidiyyəti yoxdur".
2-05-2023, 12:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah - mayın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadının bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Sabah Azərbaycanın rayonlarındaə qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Dağlıq ərazilərdə qar yağacaq. Yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.
2-05-2023, 12:00
İTV-nin Yayım Şurasına yeni üzv seçildi


İTV-nin Yayım Şurasına yeni üzv seçildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlər müəyyənləşib. Bununla bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət İTV-nin Yayım Şurasına yeni üzv seçiliblər.
2-05-2023, 11:30
İlham Əliyev Səmərqənd Sazişini təsdiq etdi


İlham Əliyev Səmərqənd Sazişini təsdiq etdi

Prezident İlham Əliyev “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Dövlət başçısı həmçinin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu da imzalayıb. Qeyd edək ki, sənədlər 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.
2-05-2023, 11:00
Parlamentdə Fəridin ölümüylə bağlı məsələ qaldırıldı


Parlamentdə Fəridin ölümüylə bağlı məsələ qaldırıldı

İdman zalındakı görüntülər sarsıdıcıdır. Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar məşq zamanı uşağın ölməsi məsələsi ilə bağlı müvafiq addımlar atmalıdır”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov bildirib. “Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır. Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir. İdman məktəblərində müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Eyni zamanda uşaqlara da səslənirik ki, belə hallarla qarşılaşdıqda polisə bildirsinlər”, - deyə deputat vurğulayıb. Qeyd edək ki, aprelin 29-da Sumqayıtda 7 yaşlı uşaq idman məktəbində aldığı xəsarət səbəbindən dünyasını dəyişib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!